“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Gürcüstanda nümayəndəli demokratiya böhranı – hakimiyyət xalq üçün niyə işləmir?
October 31, 2023

Nümayəndəli demokratiyanın xalq üçün, xalqın gücü ilə və xalqın adından hərəkət etmək iddiası var. Onun başlıca ideyası ictimaiyyətin “idarəçi” və “idarəolunan” hissələrə ayırmanın gətirdiyi disbalansı  pozmaq idi. Həmin modeldə səsvermə yolu ilə seçilmiş elita hakimiyyəti ələ keçirir. Nümayəndəli sistemin xüsusiyyəti ondan ibarətdir ki, onun səlahiyyəti və legitimliyi qaynağı bircə element – ictimai maraqdır. Nümayəndəliklə idarə etmək xalqın maraqlarını uzlaşdırma əsası ilə edilmiş azad seçimə söykəndikdə və həmin maraqlar çərçivəsində hərəkət etdikdə legitimdir. Lakin, müasir ədəbiyyat, tədqiqatlara əsaslanaraq bu modelin yaşadığı  böhrandan tez-tez danışmaqdadır. Bunu bir neçə amil şərtləndirsə də ən çox özünü iki şeydə büruzə verirBunlardan biri seçicinin reprezentasiyasını (kimi siyasi proseslərdən kənar qoyur və kimi həmin prosesə cəlb edir), ikincisi isəseçicinin maraqlarını müdafiə etmək böhranıdır. 

Nümayəndəli demokratiyanın böhranı yalnız gənc dövlətlərin problemi deyildir. Lakin  kövrək və möhkəm demokratiyalarda onun yenə də fərqli əsasları var. Bu məsələni biz Gürcüstan misalında müzakirə edəcək və diqqəti seçicilərin maraqlarına yönəldəcəyik.  

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Son dövrdə, Gürcüstanda baş verən hadisələr və ictimai münasibətlər üzrə tədqiqatlar Parlametin  xalq üçün  işləmədiyini təsdiqləyir. Parlement öz gündəliyi ilə işləyir və həmin gündəliyi də elitaların maraqlarını qorumaq mitivi ilə idarə edir.  

Rəyimiz

Gürcüstan nümayəndəli demokratiya böhran yaşayır. Buna qüvvədə olan siyasi sistem və ondan irəli gələn qütbləşmə də dəstək verir. Xalq konstitusional təsisatlara etibar etmir və onlara inanmır. Böhranı aradan qaldırmaq üçün siyasi fəaliyyətin konstruktiv rejimə keçməsinə və siyasi sistem çərçivəsinə yenidən nəzər yetirməyə ehtiyac duyulur. 

 Nümayəndəli demokratiya böhranına səbəb olan şey nədir?

Nümayəndəli demokratiya böhranı özünü seçici və hakim sinifin yadlaşmasında büruzə verir. Sistem aksenti xalqdan elitanın üzərinə keçirir və nəhayət, yalnız onun maraqlarını təmin etməyin qeydinə qalır.  

  Yanaşmalardan biri nümayəndəli sistemin böhranı haqqındakı müzakirəsinə Demokratiyanın özünün nə qədər işlək olub-olmaması ilə başlayır. Qiymətləndirmə özündə bir neçə komponenti birləşdirir. Onların arasında bunlara da rast gəlirik: (1) Seçicinin fəallığı; (2) Partiya mənsubiyyəti; (3) Siyasi hadisələlərə bəslənən maraq; (4) Siyasətçilərə etibar. Demokratiya öz işləkliyini məhz bu meyarları qorumaqla saxlaya bilir və onların zəifləməsi böhrana səbəb olur.  Bu düşüncə ənənəvi sistemlərdə diqqətamiz və xüsusilə nəzərə çarpandır. Lakin o, nümayəndəlik böhranını vətəndaşların passivliyilə əlaqələndirir. Halbuki, bu amillər səbəb deyil, nəticələrdir.   

Böhranın səbəblərini bilavasitə sistem çəçrivəsində - nümayəndəli demokratiyanın zəifliyində   axtaran  yanaşma daha ədalətlidir. Bu zəiflik xüsusilə də kövrək demikratik sistemlərdə nəzərə çarpır. Bu yanaşma Demokratiyanın  seçici arzularının siyasi icrasını təmsil etməyini və onun üzərində məsuliyyət daşımağını şübhə altına alır. Beləliklə, müzakirəmizə vətəndaş və siyasi sistemlərin münasibətindən başlamağımız daha məsləhətlidir. Liberal demokratiya fəal vətəndaşın klassik anlayışını dəyişmiş və onu ictimai xidmətlərin passiv istehlakçısı səviyyəsinə endirmişdir. Bu sistemdə vətəndaş yaradıcı deyil, elitalar tərəfindən icraedilən siyasətin tamaşaçısına çevrildi. Buna kapitalizm dəstək vermişdir. O siyasi və iqtisadi qüdrəti varlı elitaya ötürdü və vətəndaşı siyasi cəhətdən zəiflətdi. Zəif vətəndaş, hesabatlılıq və nəzarət var-dövlətin elitanın əlində nəzarətisiz şəkildə cəmləşməsini asandlaşdırır.  Beləki, gücün bərabərsiz bölgüsü nümayəndəli demokratiya üçün səciyyəvi ünsürə çevrilmişdir.  baxışlardan  birinə əsasən Demokratiya bəşəriyyətə hakimiyyətə kollektiv şəkildə yiyələnməyi vəd etsə də, məğlub olmuşdur.  O, xalqın səsini elitaların səsilə bərabərləşdirə bilməmişdir. 

 Gürcüstanda vəziyyət necədir?

Yuxarıda təqdim edilən müzakirə bizim kontekstimiz üçün də relevantdır. Lakin, Gürcüstandakı cari siyasi hadisələri müşahidə etmək bizi ölkədəki böhranın başqa ünsürlər tərəfindən gücləndirildiyini düşünməyə də  vadar edir. Əsaslı axtarışa başlasaq, böhranın majoritarlıq idarəsindən  başladığını görərik. Həmin sistem siyasi meydanda azlıq təşkil edən  insanlara yer vermir.  Majoritarizm  elitaya qəraralma təsisatlarında – ilk növbədə isə Parlamentdə çoxluq əldə imkanı verir. Beləliklə,  Dövlət tərəfindən prioritetləri müəyyənləşdirdikdə  proseslərə təsir bağışlamaq da və öz maraqlarını qorumaqda elitanın daha çox rıçaqı var.  

 Bu cür elitalar hakimiyyəti asandca ələ keçirməyi və sonra şəxsi qarşıdurmalar və mənfəətə yönəlmiş siyasi gündəm yaratmağı başardılar.  Majoritarizm ölkədə siyasi qruplar arasındakı qütbləşmənin dərinləşməsinə  kömək edir. Ölkəni idarə edən şəxslər arasında şəxsi qarşıdurma elə kəskinləşdi ki, siyasət üçün səciyyəvi olan müqavimət şəxsi münaqişəylə eyniləşdi. Bu siyasi təsisatların fəaliyyətini dalana saldı və ictimai ehtiyaclar üzərində işləmək öhdəliyini oraktiki olaraq gündəlikdən qovdu.  İctimai fikir tədqiqatları və Parlament fəaliyyətinə müşahidə etmək Qanunvericilik orqanının fəaliyyətinin ictimai tələblərdən, xalqın ehtiyacından  uzaqlaşdığı göstərir. Bu isə nəinki demokratik dəyərlər və ya sosial rifah məsələlərində işləməyi, habelə əhalinin fiziki təhlükəsizliyinin müzakirəsini belə perioritetli hesab etmir.  

 Siyasi elita böhranın yenilməsi mexanizmlərini belə doğru seçmir. Daha doğrusu bunun üçün qəsdən işləməyir belə.  Siyasi elitaya böhranda olan sistem daha əlverişlidir, çünki göründüyü kimi Demokratiyanı zəiflədən şey elitanı gücləndirir. Böhranın öhdəsindən gəlmək üçün əməli bir çərçivə yaratmaq əvəzinə  ölkədə populist hərəkatları dəstəkləyir. Bu təmayül isə böhran simptomudur. Bu metodla  o qütbləşmənin nəticələrinin üstünü örtməyə, qarşıdakı seçkilər üçün etimadı qoruyub saxlamağa və  xalq üçün etibarlı alternativ təklif etməyə çalışır.  

 Çıxış hardadır?

 Demokratik nümayəndəliyin böhranının kompleksiv əsasları var və çıxışıda kompleksiv dəyişikliklərdə axtarmalıyıq. Gürcüstan konteksti özünəməxsusdir və problem yalnız nümayəndəli demokratiya formasında deyildir. Ona baxmayaraq ki, bu modeli yenidən nəzərdən keçirmək böhranı yenməyin əsas komponentidir, eynilə sonuncu stadiyasıdır da. Ona qədər bizə sistemli təhlil və problemin məntiqi zəncirini müəyyənləşdirmək lazımdır – böhrana səbəb olan nədir?  Çıxış yolunu axtarmağa yenə də siyasi sistemi dəyişməklə başlamalıyıq. Daima çoxluğun məğlubiyyəti haqqında danışan nümayəndəli demokratiyanın müasir tənqidi, bizə çıxışın konsensual idarəçiliyin gücləndirilməsində ola biləcəyi fikirini aşılayır. Bu ideya hələki çoxlu tədqiqat və düşünmək tələb edir.  Lakin bir şey aydındır: - Konsensual demokratiyada ölkəni yalnız elitalar qurmayır. O,  idarənin geniş iştirakçılıqla həyata keçirilməsinə, ümumi iştiraka yönəlmiş siyasətin təşəkkülünə dəstək verir və ictimaiyyəti sağlam olmayan siyasi qütbləşməkdən müdafiə rıçaqlarını yaradır.  

Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusaəsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru