“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Xalqa yönəlmiş ədalət mühakiməsi nə deyir?
January 25, 2023

Xalqa yönəlmiş ədalət mühakiməsi ədalət mühakiməsi üzərində işləməyin indiyədək mövcud olan metodunu dəyişməlidir. Onun məqsədi, ədalət mühakiməsi sistemi mərkəzində xalqı görməkdir, təsisatları deyil.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Son 30 il ərzində keçirilən tədqiqatlar göstərir ki,  ədalət mühakiməsi təsisatları əhalinin qarşısında dayanan tələbləri yerinə yetirə bilmir.   Daha konkret,  problemlərin  10%-dən azı ədalət mühakiməsi sistemləri tərəfindən həll edilir.   Dünya əhalisinin təxminən2/3-nün ədalət mühakiməsinə əli lazımınca çatmır.  Yoxsulluq, zorakılıq, bərabərlik həssas qruplar üçün problemi daha da kəskinləşdirir.

Rəyimiz

Xalqa yönəlmiş ədalət mühakiməsi dəyərli konsepsiyadır, çünki o təsisatların deyil,  insanların ehtiyaclarını görməyə çalışır. Buna baxmayaraq həmin konsepsiya yenə də təcrid olunmuş şəkildə görülməməli və daha geniş siyasi yanaşmanın bir hissəsi olmalıdır.

Xalqa yönəlmiş ədalət konsepsiyası nəyi nəzərdə tutur?

 Xalqa yönəlmiş ədalət mühakiməsi diqqəti ictimai ehtiyaclara verir, məsələn: sağlamlıq, sosial, ailəvi, qonşuluq və hüquqi həddi olan başqa növ məsələlərə. Bu yanaşma sosial, iqtisadi, gender baryerlərini qabağa çəkməyə çalışır və onları hüquqi sistemlərdən istifadə etməklə uyğunlaşdırır.

Yeni yanaşma hansı ünsürlərdən ibarətdir?

Yeni konsepsiya bunları ehtiva edir:

 -  Hüquqi ehtiyacları üzərə çıxarmaq üçün dəlillər və tədqiqatlara əsaslanmış işlər;

- Bərabərlik və inklüziyanı  sosial, iqtisadi, marqinallaşdırılmış və ya başqa həssas qrupların problemlərini yenmək üçün;

-  Əlçatımlılığın  mövcud baryerlərini aradan qaldırmaq üçün;

- Qabaqlanmaq, proaktivlik, vaxtlılığı. Bu nəinki konkret hüquqi məsələlərin vaxtlı həllini, habelə problemə səbəb olan sistemli səbəblərin aradan qaldırılmasını;

-  Yerli hallar və fərdi ehtiyaclara uyğunlaşmağı;

- İnsanlar və onların hüquqi imkanlarını  gücləndirməyi;

- İnteqrəedilmiş xidmətləri.  Onlar insanların nəinki hüquqi, başqa problemlərinin həllini də nəzərdə tutur;

- Ədaləti və nəticəyə istiqamətlənməyi.  Bu nəinki hüquqi prosesin ədaləətli olmasını, habelə nəticənin ədalətliliyinə də diqqət verir;

-   Sistemin daimi inkişafını tələb edən effektivliyi.

 Yeni konsepsiyanın yayılması nəylə bağlıdır?

İllər ərzində, ədalət mühakiməsi haqqında danışarkən təsisat və provayderlərə diqqət verirdilər. Bu aşağıdan yuxarı yanaşma  yalnız qismən effektli olmuşdur. Ədalət mühakiməsinin formal sistemi xalqın ehtiyacları və maraqlarına lazımınca cavab verə bilmədi.  Yeni yanaşma qlobal problemə reaksiyadır, o ədalət mühakiməsi ilə kamil surətdə istifadə etmənin kritik qıtlığına işaarə edir.  O,BMT  dayanıqlı inkişaf məqsədlərinə də səsləşir. Həmin məqsədlərə görə,  2030-cu il üçün ədalət mühakiməsinə hamının əli çatmalıdır.


Məqalə Komentar tərəfindən USAID Hüququn Aliliyi Proqramının dəstəyilə hazırlanmışdır. Proqram Şərq-Qərb İdarə İnstitutu (EWMI) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsilə hazırlanmışdır. Məqalənin məzmunu üzrə tamamilə Komentarın üzərindədir və məqalədə söylənilən düşüncələr yuxarıda adı çəkilən beynəlxalq təşkilatının nəzərlərini əks etdirməyə bilər.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlarIWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
თორნიკე გერლიანი
Tornike Qerliani
Hüquqşünaslıq bakalavrı
სოფო ვერძეული
Sopo Verdzeuli
Şərikli təsisçi, Hüquq siyasəti istiqaməti redaktoru