“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.

“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır. Funksiyamız həm biliyə əlçatanlığı artırmaq, eləcədə ictimai siyasi proseslərində vətəndaş maraqları müdafiə etməkdir; bunun üçün, ictimai birliyin yeni, xüsusi bir platformasını yaradırıq. Platforma gürcü ictimai həyatında dəyişikliklər etməyə cəhd göstərəcəkdir.

Bu gün,  siyasi proseslər ictimai ehtiyaclarla səsləşmir;  İctimaiyyət üçün lazımlı məsələlər haqqında  vicdanlı şəkildə və ciddi danışmaq üçün, praktiki olaraq, “uyğun” vaxt tapılmır, çünki siyasi qütbləşmə və vəziyyətin bir növ fövqəladəliyi həqiqi informasiyanı, həmçinin əhəmiyyətli bilik, fikir yaymaq imkanını məhv edir.

 

Bizi  narahat edən nədir

Qütbləşmə bütün prosesləri məzmunundan xali edir və bütün rasional şeyləri qapır. Buna görə, alternativ düşüncələr diskussiya məkanından qovulur,  kök salmış siyasi zövq və ideyalarla razılaşmayan hər kəs kənarlaşdırılır;

Yaranan vəziyyətdən radikal siyasi qüvvələr istifadə edərək öz elektoratlarını böyütməyə çalışırlar.  Vətəndaşlara həyati məna kəsb edən məsələlər barədə yalançı çıxışlar təklif edirlər. Bu yanaşma isə bir çox hallarda insan hüquqlarından, eləcə də ölkənin suverenliyindən imtina etməyə əsaslanır;

Liderlər arasındakı ictimai müzakirələr biabırçı, şəxsi qarşıdurma meydanına çevrilir. Parlamentdə, mediada, internet sahəsindəki meynstrim müzakirələr yalnız süni şəkildə irəli atılmış məsələlərə həsr edilir;

Vətəndaşları narahat edən və gürcü demokratiyasının inkişafını ləngidən mövzular isə diqqətdən kənarda qalır. Həmin mövzular  sosial-iqtisadi-mədəniyyət siyasəti və Dövlət qurumları ilə bağlı problemlərdir;

Gürcüstan əhalisinin əhəmiyyətli hissəsi, bir qayda olaraq, müasir dünyanın bizə təklif etdiyi müxtəlif bilik və diskussiyalardan təcrid olunmuş vəziyyətdə yaşayır.

Nəhayət, hazırkı vəziyyət, bir tərəfdən ictimaiyyətə onun üçün əhəmiyyətli problemlərin həlli yollarını əsaslı müzakirə etməsinə, Gürcüstanı qlobal kontekst işığında görməsinə imkan vermir, ikinci tərəfdən isə bütün bunlar xalqda siyasi təsisatlar və proseslərə qarşı ümidsizlik və etibarsızlıq hissi yaradır.

 

Biz nəyi dəyişəcəyik?

Biz yalnız informasiyanı və ya təhlili dərc etmirik. Bizim müəlliflər peşəkardırlar və onlar oxucularla diskussiya üçün yeni mövzular, yeni gendəliklər və çıxış yolları təklif edirlər;

Məqsədimiz, ictimaiyyətə bu böyük əhəmiyyət kəsb edən mövzular barədə bilik verməkdir – gürcü dilində ödənişsiz və hamı üçün əlçatan olan bir resurs yaratmaqdır.

Biz müzakirə üçün alternativ məkan yaradırıq, həmin məkan ictimaiyyətdə baş qaldırmış sualları cavablandırır, habelə demokratik dəyərlər, ədalət və bərabərlik prinsipi üzərinə bina edilmiş biliyi yayırıq.

Redaksiya heyəti
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru
სოფო ვერძეული
Sopo Verdzeuli
Şərikli təsisçi, Hüquq siyasəti istiqaməti redaktoru
Müəlliflər
ალექსანდრა აროშვილი
Aleksandra Aroşvili
Sosial Siyasət tədqiqatçısı
ნინა ჩიხლაძე
Nina Çixladze
Hüquqşünas
ომარ გორდეზიანი
Omar Qordeziani
Sosioloq
ანა გვალია
Ana Qvalia
Sosioloq
ია ერაძე
İa Eradze
İqtisadiyyat istiqamətli məsləhətçi
თორნიკე გერლიანი
Tornike Qerliani
Hüquqşünaslıq bakalavrı
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ზურაბ ქარჩავა
Zurab Karçava
Siyasət üzrə alim
ნინო ხელაძე
Nino Xeladze
Sosioloq
მიხეილ სვანიძე
Mixeil Svanidze
Sosioloq
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas
ზეზვა ზანგურაშვილი
Zezva Zanquraşvili
Siyasi-iqtisadiyyatçı
თეკლა ზუხბა
Tekla Zuxba
Sosioloq