Son illərdə, ölkədə əmək haqlarının müdafiəsi istiqamətində qanunvericilik islahatları aparıldı. Bunun nəticəsində əməkçilərin hüquqi qarantiyaları, habelə əmək haqlarına nəzarətçilik gücləndirildi. Buna baxmayaraq, Gürcüstanda bir çox sahədə əməkçilər haqları hər gün pozulmaqdadır.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Əməkçilərin fəaliyyətləri müddətincə nə kimi pozuntularla üzləşdiklərini bilməyimiz əhəmiyyətlidir. Bunun sayəsində əmək bazarında mpvcud olan sistemli nöqsanları aydın şəkildə görəcəyik.
Rəyimiz
İşlə təmin edilənlərin əmək haqlarını aydınlaşdırmaq əməkçilərin haqlarını və rifahını lazımınca qorumağı təmin edəcək islahatları müəyyənləşdirmək üçün vacibdir.
Ən çox hansı əmək haqları pozulur?
„Komentar“ tərəfindən keçirilən keyfiyyət xarakterli sosioloji araşdırma göstərdi ki, bir çox sektorda əmək haqlarınının pozulması yenə də hər gün davam edir. Respondentlərin 44%, hazırkı işində əmək haqlarının pozulduğu faktlarının olduğunu deyir. Onlar bu kimi məsələlərə işarə edirlər:
- Təşkilatda yenidənqurma dəyişiklikləri (reorqanizasiya) səbəb gətirərək iş yerindən ədalətsiz şəkildə azad etmək;
- Ayrı-seçkilik/zorakılıq rəftar halları – siyasi, həmkarlar ittifaqı və gender əlaməti ilə ayrı-seçkilik;
- İş müddətindən artıq işləmək – bir çox hallarda əmək haqqı verilmir bu isə əməkçilərin emosiya cəhətdən aşınmasına səbəb olur, iş və şəxsi həyat arasında disbalans yaradır;
- Əmək haqqı ödənilən əmək haqlarından faydalanmanı məhdudlaşdırmaq, məsələn maaşlı məzuniyyət, dekret məzuniyyəti, bülletindən istifadə etmək;
- Təhlükəsizlik normalarından imtina etmək;
- Yazılı kontraktların olmaması;
- İş tətili elan etmək haqqını məhdudlaşdırmaq və s.
Sektorlara görə nə kimi pozuntular var?
Əmək haqlarının sektorlara görə pozulmasına nəzər salmaq da olduqca maraqlıdır. İşin xüsusiyyətindən irəli gələrək çağırışlar da fərqlidir və beləliklə, hər biri fərqli yanaşma tələb edir.
Hasilat və sənaye sektorundakı əsas məsələlər bunları əhatə edir:
- Təhlükəsizlik normalarına göz yumulur;
- İş müddətində artıq işlədilir və bunun üçün heç bir əmək haqqı ödənmir;
- İş tətili haqqı məhdudlaşdırılır;
- Maaşlar gecikir/verilmir;
- Maaşlı məzuniyyətdən istifadə etmək kimi hüquqlardan istifadə etmək məhdudlaşdırılır.
Nəqliyyat sektoru (Metro) fəaliyyətinin növündən irəli gələrək, ilk növbədə, təhlükəsizlik normalarına riayət edilmədiyini vurğulayır. Habelə iş tətlili elan etmək haqqının məhdudlaşdırılması, ayrı-seçkilik/zorakı münasibətlər, işdən ədalətsiz şəkildə azad etmək və iş müddətindən artıq maaşsız işlətmək də bu qəbil problemlərdəndir.
Təhlükəsizlik normalarına riayət etməmək oyun biznesi (onlayn qeyminq) və qeyri-standart əmək (Qiq iqtisadiyyət) sahələri üçün də əlamətdardır. Hər iki sahədə əhəmiyyətli məsələlər kimi iş yerindən ədalətsiz şəkildə azad etmələri və ayrı-seçkilikli münasibətlərə işarə edirlər. Oyun biznesi istiqamətində habelə maaşlı məzuniyyət, dekret məzuniyyəti və bülletindən istifadə etmək hüququndan məhrumetmə hallarının, Qanunvericiliklə nəzərdə tutulmuş şərtləri nəzərə almayan ədalətsiz əmək müqavilələrinin də olduğu deyilir.
Maaşsız iş müddətindən artıq işləmək ən çox səhiyyə/sosial xidmət, evdən işləmək, incəsənət və xidmət (xidmət sahəsi) istiqamətində göstərildi. Evdən işləmək sahəsində bu kimi əhəmiyyətli çağırışlar var: əmək müqaviləsinin olmaması və maaşlı məzuniyyət, dekret məziniyyəti və bülletindən istifadə etməyin mümkün olmaması.
Yazılı müqavilənin olmaması, maaşın gecikdirilməsi/verilməməsi, iş yerindən ədalətsiz şəkildə azad edilmək incəsənət sektoru üçün də səciyyəvidir. Səhiyyə/sosial xidmət və xidmətin (servisi) istiqamətində isə ayrı-seçkilik/zorakılıq münasibət halları da müşahidə edilir.
O ki qaldı təhsil və elm sektoruna, burda əsas pozuntu işdən ədalətsiz şəkildə azad edilmələr, iş müddətindən əlavə işləmək və işə götürən tərəfindən ayrı-seçkilik münasibətlərdir.
Qarşıdakı məqalə Amerika xalqı tərəfindən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Milli-Demokratik İnstitutuna (NDI) maliyyə dəstəyi ilə hazırlanmışdır. Qeyd olunan məqalənin məzmunu üzrə məsuliyyət müəllifin üzərinə düşür və onda söylənilən fikirlər Milli-Demokratik İnstitutu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) və Amerika Birləşmiş Ştatları Hökumətinin baxışlarını əks etdirməyə bilər.