“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Sosial müdafiəyə kimin əli çatmır?
May 30, 2024

 Ölkədə sosial müdafiə mexanizmləri sistemli deyil əksər hallarda fraqmental xarakterlidir. Qeyri-formal əməkdə işləyən insanlar üçün bu problem daha ağırdır, çünki onlar güzəştlər sosial müdafiənin fövqündədirlərBununla belə, bəzən, formal sektorda işləyənlərin belə sosial müdafiənin müəyyən alətlərinə əlləri çatmır  

 Bu mövzu ilə niyə maraqlanmalıyam? 

 

Əməkçilərin müxtəlif sektorda nə kimi sosial müdafiə mexanizmlərinə əllərinin çatdığını yaxşı bilməliyik. Bu bizə  onların nə kimi çağırışlar qarşısında dayandıqlarını və harda işləmək lazım olduğunu bilməkdə kömək edəcəkdir.  

 

Rəyimiz 

 

Dövlət, əməkçilərin, onların iş yerlərindən asılı olmadan,  sosial müdafiə alətlərinə əllərinin çatmasını təmin etməlidir. 

 

 

Nəyi bilməliyik? 

 

Əməkçilər üçün ən başlıca problemlərdə biri sosial müdafiəyə əlçatımlıqdır.  İşlə təminin müəyyən sahələrində əməkçilərin qismən və ya ümumiyyətlə baza hüquqlarına əlləri çamır, məsələn: maaşlı ezamiyyət, dekret məzuniyyəti və onun əmək haqqı məsələsi, səhiyyə sığortası, Müvəqqəti  əməkqabiliyyətsizliyi ekspertizası və xəstəxana kağızına əsasən məzuniyyət (bülletin) və s. 

 

Müxtəlif əmək sektorunda vəziyyət necədir? 

Evdə işləmək (Məs. dayələr və köməkçilər) sahəsi üçün daha çox  hər növ faydaya əlmçatımlığın məhdudlaşdırılması səciyyəvidir.  

  •  Əmək müqaviləsinin olmaması bir çağırışdır. Evdə işləyən insanların əksəriyyəti ailələrlə yalnız şifahi bir razılaşma bağlayır, habelə, Əmək məcəlləsi onlara şamil edilmir. Bu milli qanunvericiliyinin  başqa əməkçilər üçün nəzərdə tutduğu sosial benefitlərdən onları məhrum edir. Məsələn: Maaşlı məzuniyyət, bülletin, səhiyyənin sığortası, normalaşdırılmış iş saatları, iş müddətindən artıq işləməyin əmək haqqı,  pensiya sistemində iştirak etmək və s.  ailədə işləyənlər, bir sıra hallarda,  bəzi bu haqlardan istifadə edirlər, ancaq bunun üçün işə götürənlə razılaşmaq lazımdır. Lakin bu amil yenə də çağırış kimi qalmaqdadır, çünki hər işə götürən bunun vacibliyini görmür və ya təmin etmək imkanı yoxdur.   

Qiq-iqtisadiyyat da, habelə müqavilənin xüsusiyyətindən irəli gələrək, əməkçiləri sosial müdafiə sisteminin fövqündə qoyur.   

  •  Əmək müqaviləsinin mövcud olmaması bir çağırışdır, çünki  platforma əməyinə  qoşulmuş insanların (məs. kuryerlər) tərəfdaş(əmək deyil) müqavilələri olur. Beləliklə, işə götürən həmin şəxslərlə heç bir əmək-hüquq öhdəliyi götürmür.  Bu Qiq-əməkçilərin  məzuniyyət, səhiyyə sığortası, iş saatları, iş müddətindən artıq vaxtda işləməyin əmək haqqı, işdən ədaləsiz şəkildə azad edilməkdən qorunmaq  və s. kimi faydalı şeylərdən kənarda qoyur.  

 Sosial müdafiə hasilat sektorunda da problemli olaraq qalır.  Şaxtalarda işləyənlərin onların real tələblərini qarşılayacaq səhhət sığortasına əlləri çatmır.  Eyni məsələ  nəqliyyat sektorunda da  özünü büruzə verir. Metroda işləyənlər saatlarla yerin altında saatlarla qalmalı olur və bu müəyyən xəstəliklərə, əməkqabiliyyətlərini itirməyə, fiziki zəifliyə səbəb olur. Bu peşənin  nə kimi peşə xəstəliklərinə səbəb olduğu  Gürcüstanda heç araşdırılmayıb da, belə ki, adekvat müalicə, müvafiq səhhət sığortası və prevensiya ölçüləri də mövcud deyildir.   

 


Qarşıdakı məqalə Amerika xalqı tərəfindən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Milli-Demokratik İnstitutuna (NDI) maliyyə dəstəyi ilə hazırlanmışdır. Qeyd olunan məqalənin məzmunu üzrə məsuliyyət müəllifin üzərinə düşür və onda söylənilən fikirlər Milli-Demokratik İnstitutu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID)   və Amerika Birləşmiş Ştatları Hökumətinin baxışlarını əks etdirməyə bilər.  

Məqalə hazırlanmışdır
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru