Gürcüstanda məqsədyönlü sosial yardım proqramının məqsədi yoxsulluğu yenmək və sosial müdafiəsinin artması olmalıdır.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Gürcüstanda, sosial yardım proqramı ən həssas əhaliyə maliyyə dəstəyi verir. Onillərdir ki, ölkədə yoxsulluq əhəmiyyətli problemdir, 2023-cü ilin verilmişlərinə görə, yoxsulluğun mütləq həddi altında olan əhalinin payı 12% təşkil edir. Nisbi yoxsulluğun göstərişi 20%-dir. 2023-cü ilin martında, sosial yardım alan şəxslərin miqdarı ən yüksək 676 641 nəfər təsbit edildi. Bu gün ki, bu say 660 000 nəfərdir.
Rəyimiz:
Bölgələrdə resursların qeyri-bərabər bölgüsü xidmət keyfiyyətinin fərqlənməsinə səbəb olur. Proqramın benefisiyarları gücləndirilməsi və dəstək verməsi üçün yerli özünüidarəetmənin effektliliyini yaxşılaşdırmaq və resursların eynicür bölüşdürülməsi zəruridir.
Proqramın modeli və prinsipləri
Gürcüstanda fəaliyyət göstərən sosial yardım sistemi məqsədyönlü yardım modelinə əsaslanır. Bu model Qanunvericiliyə əsasən bir neçə prinsipə söykənir:
- Yoxsulluq səviyyəsini qiymətləndirmək istehlakçı xərclər və gəlirlərin təhlili əsasında müəyyənləşdirilir.
- Təkrar tədqiqatlar benefisiyarın iqtisadi və sosial vəziyyətinin dəyişikliklərini öyrənməyi nəzərdə tutur.
- Maliyyə/xidmətləri ilə yardım verməyi verilmiş xala görə yoxsulluq səviyyəsinin dəyişikliyinə uyğun olaraq yenilənməsini nəzərdə tutur.
- Bölgələrdə resursların paylaşmasını və mərkəzi xidmətləri elə yaratmağı ki, onun sayəsində bütün bölgələrdə yaşayan benefisiyarlar üçün eynicür dəstək təmin edilmiş olsun.
Proqramın tənqidi:
Proqrama qəbul edilmə və proqramdan geri çıxmanın problemləri
Məqsədyönlü sosial yardım proqramında əsas problemlərdən biri qəbul olunma və geri çıxma prosesidir. Bazaya qəbul edilmə səhvləri yardıma ehtiyacı olmayan daxili-təsərrüfatın yardım alması kimi halları əhatə edir.
Habelə, diqqətə almaq lazımdır ki, real yardıma ehtiyacı olan daxili təsərrüfatın/fərdin müəyyən resurslara əlləri çatmaya bilər. Bu kimi problemlər dəqiq olmayan verilmişlər və ya daxili nəzarət mexanizmlərinin effektivsizliyindən əmələ gəlir.
Geri çıxma səhvləri baş verdikdə ehtiyacı olan daxili təsərrüfat yardım ala bilmir. Bu qeyri- dəqiq və ya tam şəkildə doldurulmayan bəyənata, məlumatlar bazasının səhv fəaliyyətinə və ya bürokratiya ləngitmələrinə görə belə ola bilər. Beləliklə, həssas qruplarda xidmətlərin əlçatımlıq məsələsi aktualdır.
Bu modelin mövcudluğu və ya onu tərk etmək şəraitində, bazada qəbul və ordan çıxma problemlərini həll etmək üçün daxili nəzarət mexanizmlərini gücləndirmək və xalların hesablanma sisteminin yaxşılaşdırılması/modifikasiyasını yaxşılaşdırmaq gərəkdir. Habelə, səhvlərin sayını azaltmaq, yardımın ədalətli və məqsədyönlü şəkildə bölüşdürülməsi üçün məlumatlar bazasını yeniləmək və monitorinqi olduqca əhəmiyyətlidir. Aparılan araşdırmalar onu da bəlli edir ki, müxtəlif xidmətlər və benefitlərə əlçatımlılıq reytinq xalına bağlı olmamalıdır ki, vətəndaşalr lazımlı xidmətləri vaxtlı ala bilsinlər.
Mərkəzi və bələdiyyə xidmətləri
Bölgələr görə yaşayış müavinətini alanlar
N1 cədvəl
Məsəl üçün, Raça-Leçxumi və Kvemo svanetidə əhalinin yarısından çoxu yaşayış müavinəti alır, ən az yardımı isə Samtsxe-Cavaxeti və Tbilisi sakinləri alır. Bütün bunları müxtəlif səbəblər şərtləşdirir.
Məqsədə uyğun sosial yardımı proqramı çərçivəsində, xidmətlər mərkəzi və bələdiyyə səviyyəyə görə fərqlənir. Mərkəzi səviyyədə, Sosial Xidmət Agentliyi (SSA) proqramın idarəsi və maliyyələşdirilməsi üzrə məsuldur. Onun funksiyaları maliyyə resurslarının idarəsini, məlumatların toplanmasını, təhlilini və bölgədəki ofislərin dəstəyini əhatə edir. Mərkəzi hakimiyyət büdcənin ümumi məbləğini və bölgələr üzrə onun bölgüsü prinsipini müəyyənləşdirir.
Bələdiyyə səviyyəsində həssas şəxslər və ailələrə kömək etmək üçün müxtəlif proqramlar fəaliyyət göstərir, hansı ki bələdiyyələrə görə fərqlənir. Benefisiyarlar bölgələrə görə fərqli situasiyadadırlar. Daha çox həmin yardımlar, birdəfəlik və çox dəfəli pul dəstəyini də əhatə edir. Tbilisi, başqa bölgələrə nisbətən, rəngarəng və kompleksiv sosial xidmətlərilə fərqlənirdi, bu isə olduqca geniş əhatəni və müxtəlif istiqamətdə ixtisaslaşmağı nəzərdə tutur.
Daha geniş burda bax: ----
Sosial Ədalət Mərkəzi tərəfindən keçirilən tədqiqatda bu məlumatla tanış oluruq: „Bələdiyyələrin büdcələrinin təhlili bizə göstərir ki, xidmətlərə qoşulmaq, Msxeta-Mtianetidən başqa, az qalsın bütün bölgədə, sosial cəhətdən qeydiyyat və xal tələb edir. Lakin, xalların həddi müxtəlif bələdiyyədə fərqlidir və bir çox hallarda sosial yardım həddi ilə (65,000 xal) üst-üstə düşür. Bəzi hallarda, xidmətlərdən asılı olaraq, eyni bələdiyyədə belə xalların həddi fərqlidir“.
Araşdırmalara görə, məqsədyönlü sosial yardım proqramı çərçivəsində qeyd edilənlərin sayı daima artır. 2023-cü il verilmişlərilə, proqramda 375,286 ailə qeydiyyatdan keçib (1,206,980 şəxs), bu isə Gürcüstan əhalisinin təxminən 32.4%-ni təşkil edir. Bölgələrə görə, yoxsulluğun səviyyəsi və sosial yardıma ehtiyac fərqlidir.
Büdcə məsələləri
2023-cü il üçün, məqsədyönlü sosial yardım proqramının büdcəsi 500 milyon lari təşkil edirdi. Büdcənin artması hər il yoxsulluğun səviyyəsi və ehtiyacına müvafiq olaraq artır. Yetkinlik yaşına çatmamışlar üçün maliyyə yardımı 30-60 lari çərçivəsində oynayır və ailə üzvlərinin sayından, xallarından asılıdır. 16 yaşınadək uşaqlar üçün 200 laridir, bu yardım 18 yaşadək də verilə bilər. Maliyyə resursları mərkəzi və bölgə səviyyəsində bölüşdürülüb, bu isə bütün bölgələrdə eynicür yardımı təmin edir.