“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Yoxsulluğun tanınması uğrunda mübarizə
September 25, 2023

Sosial hüquqların konstitusionallaşdırılması və müdafiəsi bu günə qədər ən əhəmiyytli çağırış olaraq qalır. Beynəlxalq insan hüquqları sistemi liberal ideologiyaya əsaslanaraq inkişaf etdi. Həmin ideologiyaya görə isə, azad rəqabətə yönəlmiş bazar iqtisadiyyatı sosial rifaha əhəmiyyətli təsir bağışlamalı idi. Bu yanaşma güclü iqtisadiyyatı ləyaqətli həyatın ilkin şərti kimi qəbul edirdi. Bu modeldə bazar lazımlı iş yerləri və zənginliyi təmin etməklə „Rifah istehsal edirdi.“  Həmin yanaşma sosial hüquqlar üzrə məsuliyyəti dövlətdən fərdin və özəl sektorun boynuna atdı. Bu, bir baxışdan köhnəlmiş ritorika dövlətlərin sosial siyasəti təməllərində hələ də qalmaqdadır. Həmin yanaşma sosial hüquqların tanınması və müdafiəsinin lazımlı sisteminin yaradılmasına mane oldu, çünki onu məhkəmə yolu ilə icra etmək mübahisəyə çevrildi. Lakin bu gün artıq insan hüquqları üzrə müasirdoktrina həmin yanaşmaya qəti şəkildə qarşı çıxır. O, məhkməyə sosial hüquqların müdafiəsi istiqamətində əhəmiyyətli rol verir.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Sosial müdafiə və təhlükəsizlik məsələsi, yoxsulluğun yüksək göstəricisi Gürcüstanda yenə də kəskin  şəkildə dayanır.  2022-ci il verilmişlərilə,  mütləq yoxsulluq həddi kənarında əhalinin 15.6% yaşayır. 2022-ci ildə müavinət alanların sayı 659 005-ə çatdı.  Buna baxmayaraq, sosial yardımın reqlamentləşdirmə qaydası  eyni qalır. Bunun fonunda sosial müdafiə məsələlərində məhkəmənin rolunu aktivləşdirmək daha da əhəmiyyət kəsb edir.

Rəyimiz

Gürcüstan qanunvericiliyi ilə, sosial müdafiə hüququ ilə bağlı məsələlərin məhkəmədəki müzakirəsi sosial dövlət  ideyasına cavab verə bilmir və nəticədə, vətəndaş dövlətlə qeyri-bərabər mübarizəyə məcbur edir.

 Sosial dövlət ideyası nəyi nəzərdə tutur?

Gürcüstan Konstitusiyasının Preambulası  sosial dövlətin  qurulmasını  vətəndaşların sarsılmaz iradəsi kimi qəbul edir.  Həmin qeyd Kinstitusiyanın maddi, Dövlətin hədəfini müəyyənləşdirən  prinsip kimi  qəbul edilir.  Sosial dövlətin bir çox fərqli izahını oxuya bilərik.  Lakin, geniş anlayışla, o iqtisadi təşkilatçılıq və idarəçiliyində  dövlətin fəal iştirakını nəzərdə tutur.  Sosial dövlət ideyası, dövlətin iştirakı ilə, zənginliyinin bərbərcə bölüşdürülməsi  konsepsiyasına əsaslanır. Bu prinsiplə dövlət vətəndaşların sosial rifahı üzrə öhdəlik götürür. Bu maddi  yardımı, dövlət tərəfindən maliyyələşdirilmiş səhiyyə, təhsil və başqa xidmətlərin çatdırılmasını ehtiva edir.

Gürcüstanda bu ideyanın inkişafı tendensiyası necədir?

Gürcüstanda müstəqilliyin  bərpasından sonra sosial hüquqların müdafiəsi heç bir siyasi elita çərçivəsində prioritetli ola bilmədi.  Əksinə, illər boyu aparılan kəskin antisosial iqtisadi siyasət, sosial rifah haqqında qayğını faktiki olaraq siyasi  gündəlikdən qaldırmışdır. Sosial siyasətin yaşılaşdırılmasına Konstitusiya məhkəməsi belə nail ola bilmədi. O, sosial hüquqlarla münasibətdə konvensiv yanaşmağa dəstək verdi. Həmin yanaşmağa əsasən,  sosial müdafiə məsələlərində icraçı hakimiyyət məziyyətli bir rola malikdir.  Bunun fonunda 2017-2018-ci illərin Konstitusiya dəyişikliyi əhəmiyyətli bir addım idi. O, Dövlət orqanlarına sosial dövlət ideyası çərçivəsində hərəkət etməyi tapşırdı.  Dəyişikliklə  Dövlətin boynuna vətəndaşları sosial cəhətdən müdafiə etmə  öhdəliyi  qoyuldu.  Həmin reqlament məhkəmənin sosial hüquqlarının müdafiəsindəki rolunu artırdı və həssas məsələlərlə bağlı praktika yaratmağı tapşırdı.

Məhkəmənin əlçatımlılığı

Sosial hüquqların müdafiəsi və bu hüququn məhkəmə yolu ilə icrasının başlıca komponenti ədalət mühakiməsinə əlçatımlılıqdır. Məhkəmənin sosial hüquqların müdafiəsi məsələlərindəki  rolu da ondan asılıdır. Süni maneələrin təyin edilməsi həm şəxsi öz hüququnu müdafiə etməkdən əməhrum edir, həm də məhkəmənin icraçı orqanlara nəzarət etmək mandatını əlindən alır.

Biz əlçatımlılığın iki məsələsinə diqqət yetirəcəyik:

  • Xərclər;
  • Hüquqi yardım.

Sosial müdafiə ilə bağlı mübahisələr aparıldıqda sosial cəhətdən müdafiə edilməyənlər bazasında qeydiyyatdan keçmiş və müavinət alan şəxslər dövlət rüsumu və başqa  xərclərdən azad olsalar da,  əgər şəxs müavinətin təyin edilməsini və ya bərpasını tələb edirsə, yalnız rüsumdan azad edilir, başqa məhkəmə prosesi xərclərini isə ödəməli olur.

Sosial müdafiə məsələsi ilə bağlı kamil ödənişsiz hüquqi yardım almaq məhduddur. Bu yardım nəinki hüquqi məsləhətləşməni, habelə sənədlərin hazırlanmsını və məhkəmədə nümayəndəlik etməyi də əhatə edir. Qanunla, bu cür kamil  hüquqi yardım işin çətinliyi və əhəmiyyətindən  asılıdır.  Hüquqi yardım xidmətindən alınan məlumata əsasən, işin çətinliyini və əhəmiyyətini dəqiq müəyyənləşdirən heç bir reqlament və ya rəhbər tutulacaq prinsip mövcud deyildir. Bundan irəli gələrək,  o hər bir konkret halda fərdi şəkildə qiymətləndirilir.  Bu isə o deməkdir ki,  bu halda insan dəstək ala bilməyəcəkdir.  2022-ci ildən  2023-cü ilin sentyabrına qədər xidmət sosial müdafiə ilə bağlı 666 məsləhət vermişdir,  106 dəfə məhkəmədə nümayəndəlik etmişdir, inzibati orqanda nümayəndəlik isə 8 şəxs üçün təmin etmişdir.

Məhkəmənin publik şəkildə əlçatımlı işlərində  müavinət alan şəxsin təşəbbüsü ilə başlamış  mübahisələrə az rast gəlinir. Misal üçün,  2020-ci ildə, birinci instansiya məskəməsinin sosial yardımla bağlı yalnız 7 qərarı əlçatımlıdır.   Burdan, mübahisənin təşəbbüskarı  yalnız bir halda 1 vətəndaş olmuşdur. 6 iş agentlik tərəfindən qaldırılmışdır. Agentlik müavinət alana qarşı “həddindən çox” və ya “qeyri-dəqiq” müqavinətlə aldığı müavinəti büdcəyə qaytarmasını davalayır.  2019-cu ilin verilmişlərilə,  10 işdən 9  bu əsasla başlamışdır.  Əlavə məlumat olmadan müavinət  alan şəxslərin təşəbbüsü ilə başladılmış mübahisələrin azlığını şərtləndirənin nə olduğunu bilmək çox çətindir. Məlumatsız müavinət alan şəxslərin təşəbbüsü ilə başladılan mübahisələrin niyə belə az olduğunu bilmək çətindir. Lakin, əlçatımlılıq sədləri vətəndaşlar üçün əhəmiyyətli maneələr ola bilər.

 Bərabər səviyyədə olmatan tərəflər arasında yarışma

Yaşayış müavinəti ilə bağlı  mübahisələr dispozisionallıq və tərəflər arasında yarışma prinsipinə əsaslanır.

Dispozisionallıq  işin aparılma iplərini tərəflərə həvalə edir.  Tərəf mübahisəyə başlayır, mübahisənin predmetini müəyyənləşdirməkdə o tamamilə sərbəstdir, şikayət tələbini azalda və yaxud artıra, şikayətdə imtina və yaxud işi sövdələşməklə bağlaya bilər.   Bu prinsipə əsasən  məhkəmənin şikayət tələbinin çərçivələrini aşmaq hüququ yoxdur, hətta bununla hüququn ədalətli şəkildə həyata keçirmənin əldə olunacağını düşünsə belə.

Yarışma  prinsipi ilə  əsaslandırma predmetini müəyyənləşdirmək və mübahisə ilə bağlı faktların təsdiq edilməsi yükü, tamamilə tərəflərin boynuna düşür. Yarımanın mahiyyəti eyni şəraitdə olan tərəflərdədir.  Beləliklə,  o, prosesdə tərəflərin bərabərliyi təmin edildikdə məna kəsb etmiş olur.  Başqa hallarda isə bu prinsip əks təsir verir və bərabərsizlik şəritində həmişə güclünün nəfinə işləyir.   Sosial müdafiə ilə bağlı mübahisələrin özünəməxsusluğu isə ondan ibarətdir ki, o açıq-aşkar bərabərsiz  olan tərəflər mübahisəsidir.  Bir tərəfdə özünü bütün inzibati və maliyyə resursları ilə təchiz edilmiş dövlət dayanır, ikinci tərəfdə isə  həmin dövlətdən yoxsulluğu üçün mübarizə aparan  vətəndaş.

Doğrudur, inzibati mübahisələrdə  qanunun gözləntisi yarışmaq, tərəflər tərəfindən  öz mövqelərini əsaslandırmaqdır, lakin  yarımaq məhkəmənin rolunu istisna etmir və ədalətin ortaya çıxarılmasını yalnız tərəflərin üzərinə atmır. Yarışmağa paralel olaraq,  məhkəmənin işin obyektiv və  hərtərəfli araşdırma öhdəliyi var.  Məhkəmə işi müzakirə etdikdə insan hüquqları, ictimai və şəxsi maraqların proporsionallığını təmin etməli və qeyri-bərabər vəziyyətdə olan hər iki tərəf arasındakı müvazinəti bərpa etməlidir.Sosial mübahisələrdə inkvizitiv rolun fəallaşması olduqca əhəmiyyətlidir. Burda məhkəmə müavinətin ehtiyacları və  dövlət səylərinin səfərbərliyi öhdəliyi haqqında müzakirə aparmalıdır.  Lakin praktikaya nəzər yetirdikdə məhkəmələrin həmin prinsipi məhdudlaşdırılmış şəkildə izah etdiklərini və lazımınca istifadə etmədiklərini görürük.

Bu özünü xüsusilə də Dövlətin vətəndaşdan “artıq müavinət”-i geri tələb etdikdə büruzə verir. Məhkəmə bir qayda olaraq, dövlətin tələbinin ədalətli olub olmamasını müzakirə etmir.  Bu cür işlərlə bağlı məhkəmə, real olaraq, notariat funksiyalarını yerinə yetirməli olur – o, mübahisədə dövlətin tələblərini təsdiq edir. Praktikanın göstərdiyi kimi, Dövlət öz sosial hüquqlarından istifadə etmək istiqamətində vətəndaşa qarşı süni maneələr yaradır. Vətəndaşlar nəinki  yaşayış müavinəti almaq üçün mübarizə etməli olurlarç habelə onu qoruyub saxlamaq üçün də. Yenidən yoxlandıqda onların yoxsulluq göstəriciləri bir dəfəlik pul yardımı və ya dəmir toplamaqdan əldə etdikləri məbləğ əsasında da dəyişə, bunun əsasında  “artıq” alınan pulun  budcəyə geri qaytarılmanın öhdəliyini yarada bilər.  Bu mübahisələrdə dominant rol tərəflərin əlindədir, lakin yarışma çərçivəsində də belə məhkəmə inkvizitiv səlahiyyətlərinin fəallaşdırılması ilə sosial cəhətdən duyarlı praktika yarada bilər. Konstitusiya məhkəməsinə müraciət etmək də hüququn  həyata keçirilməsi ilə bağlıdır.  Lakin, əldə edilən məlumata əsasən, Konstitusiya məhkəməsi sosial məsələlərlə bağlı hələ müraciət almamışdır.

İşlərin qəbuluna icazə

Yaşayış müavinəti ilə bağlı 2023-2022-ci illərdə Ali məhkəmədə təxminən 14  qərar tapılır. Burdan 11 işi məhkəmə yolverilməz elan etdi. İşin qəbuluna icazə vermək barədə müzakirə edərkən məhkəmə həmin məsələni həll etmək üçün istinad etdiyi maddələrə baxır. Lakin,  məhkəmənin  yaşayış müavinətilə bağlı  formalaşdırdığı standartlarını həmişə nəzərə almır və bunun əsasında oxşar məsələ üzərində yeni qərar çıxarmağın vacibliyini düşünmür.  Ali məhkəmə presedent tipli qərar çıxara bilər. Həmin qərarın nəinki konkret mübahisəyə təsiri ola bilər, habelə siyasəti müəyyənləşdirən orqanlar, tərəflər  üçün rəhbər tutulacaq presedent halına gələ bilər.

 

Yekunlaşdırmaq

Sosial hüquqların məhkəmə yolu ilə müdafiyəsi və onların yerinə yetirilməsi çox çətindir, çünki məhkəmənin bu işdəki rolu hələ də qaranlıq və zəif olaraq qalır. Məhkəməyə əlçatımlılıq üzrə mövcud səddə  bir o da əlavə olunur ki, bu sonuncusu bəzi hallarda “Notariat” funksiyalarını yerinə yetirir və qanunun ona verdiyi inkvizitiv səlahiyyətlərdən lazımınca istifadə etmir. Bu, praktikanın yaxşılaşdırılması ilə birlikdə, Qanunvericiliyin dəyişdirilməsini də tələb edir. Dəyişiklik sosial müdafiə işlərində məhkəmənin roluinu artırmalıdır. Sosial hüquqların lazımınca icrası Hüquqi yardım sisteminin yaxşılaşdırılmasını da tələb edir, bunun üçünsə Qanunvericilik tənzimləmələrindən əlavə, xidmətin institusional gücləndirilməsi də lazımdır.


Məqalə Komentar tərəfindən USAID Hüququn Aliliyi Proqramının dəstəyilə hazırlanmışdır. Proqram Şərq-Qərb İdarə İnstitutu (EWMI) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsilə hazırlanmışdır. Məqalənin məzmunu üzrə tamamilə Komentarın üzərindədir və məqalədə söylənilən düşüncələr yuxarıda adı çəkilən beynəlxalq təşkilatının nəzərlərini əks etdirməyə bilər.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
სოფო ვერძეული
Sopo Verdzeuli
Şərikli təsisçi, Hüquq siyasəti istiqaməti redaktoru