İşsizlik o qəbil problemlərdəndir ki, onun həll edilməsi ölkənin iqtisadi vəziyyətinə və insanların rifahına əhəmiyyətli dərəcədə təsir edəcəkdir.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Gənclərin işsizlik məsələsi xüsusilə əhəmiyyətlidir, çünki ölkənin iqtisadi gələcəyini məhz elə bu qrup yaradır. Beləki, dövlətin bu qrupun işə götürülməsini təşviq etmək üçün nə etdiyini və ölkədə gənclərin işə götürülməsilə bağlı vəziyyəti bilməyimiz zəruridir.
Rəyimiz
Gənclərin nəinki işə götürülmə ilə bağlı daxili maneələri (kompetensiyaları, təcrübələri) var, onları habelə əmək bazarının yüksək rəqabət, aşağı gəlirlər, əmək hüquqlarının kobud pozulmaları və s. kimi ümumi səciyyələri də narahat edir. Beləliklə, Dövlət strategiyaları da həmin bu çağırışları aradan qaldırmaq üçün yönəlməlidir.
Nəyi bilməliyik?
- İşsizlik gənclər arasında daha yüksəkdir, misal üçün: ortalama20-34 yaşınadək insanlarda işsizlik − 24%-dir; 25-dən 34 yaşınadək − 20%, 20-dən 25 yaşınadək − 32%, halbuki, bütün əhali arasında işsizlik 16%-dir. İşə götürmə göstəricisi də eyni məntiqi təkrarlayır, gənclər daha az işləyirlər, nəinki başqa yaşdan olan insanlar.
- 2023 -cü ilin verilmişləri ilə, avropa ölkələrində 15-29 yaşlı gənclərin ən pis göstəricisi, hansılar ki, oxumurlar, işləmirlər və təlimlər keçmirlər Rumınyadadır (20%), Gürcüstanda isə bu rəqəm 27%-dir. Avropada o əsasən 10-15% çərçivəsində oynayır.
- Gürcüstanda, gənclərin yalnız 37% öz gəlirləri olduğunu deyir, yerdə qalanlarsa başqasının köməyindən asılıdır, əsasən isə valideynlər və ya onların partnyorlarından.
- Gənclərin təxminən üçdə biri ölkədən 1-dən 5 illik getmək istəyir. Bunun səbəbi, 57%-ə gəldikdə orda mövcud olan aşağı maaşlardır. Keyfiyyət araşdırma çərçivəsində isə, Gürcüstanda mövcud olan iqtisadi ehtiyaca görə gənclərin getdiyi göstərilir.
Gənclərin işsizliyini azaltmaq üçün nə işlər görülür?
- -ci ildə „Dövlətin gənclik strategiyası 2023-2026“ təsdiq edildi. Strategiyanın əsas hədəfi gəncləri iqtisadi cəhətdən gücləndirməkdir. Əlavədə əsas problem kimi universitetlərdəki praktiki iş və stajorluq qabiliyyətləri qəbul etməyin azlığıdır, bunu müxtəlif yenidən hazırlanma proqramlarının vasitəsilə planlaşdırılır. Habelə, strategiyada gənc sahibkarların dəstək məsələsi də yazılıb.
Buna baxmayaraq gənclərin bələdiyyə proqramları və xidmətləri haqqında məlumatları olduqca qıtdır. Müxtəlif bələdiyyədəki gənclərin 56%-75%-i bu proqramlar haqqında ümumiyyətlə məlumatları yoxdur. Gənclər təcrübə və stajorluq proqramlarının, əcnəbi dilin öyrənilməsinə dəstəyin və peşə bacarıqlarının inkişafı imkanının azlığından şikayət edirlər. Habelə, Dövlət idarələrinin də işarə etdiyi daxili sədlərdən əlavə, gənclər başqa maneələri də görürlər, məsəlçün: iş yerlərinin azlığı, aşağı əmək haqqı, əmək hüquqlarının müdafiəsi cəhətdən çağırışlar; nepotizm. Bunun haqqında isə işsizliyin azaldılması strategiyasında heç nə yazılmayıb.