“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Etnik azıqların ümumi təhsil istiqamətindəki çağırışları
February 26, 2024

Qanunvericiliklə  Dövlət ümumi təhsili dövlət və ya ana dilində almağı təmin etdir. Gürcüstanda erməni, azərbaycan və rusdilli  məktəblər və sektorlar fəaliyyət göstərir. Bu kimi məktəblər təhsil müəssisələrinin təxminən 10%-dir (294). Qeyri-gürcüdilli və ya sektoral məktəblərdə oxuyan qeyri-gürcüdilli şagirdlərin payı isə, 14%-dir.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Beynəlxalq və yerli tədqiqatlarla qeyri-gürcüdilli məktəb şagirdləri nisbətən aşağı akademik nailiyyətləri olur. Bununla belə, tam orta təhsil almayan etnik azlıqların sayı da  yüksəkdir,  vəziyyət xüsusilə  Kaxetidəki etnik azərbaycanlılarda çətindir.

Həmin hadisəni müəyyənləşdirən amilləri və etnik azlıqlara tam və keyfiyyətli təhsil almaqda mane olan çətinlikləri bilməyimiz əhəmiyyətlidir.

Rəyimiz

Etnik azlıqlar məktəblərində şagirdlərin keyfiyyətli təhsil almaq imkanları  yoxdur. Bu isə  azlıqların sosial və iqtisadi həyata cəlbolunmalarını  ləngidir.

İstisnalar da mövcuddur, misal üçün, Nazirliyin hədəf proqramlarının aparıldığı məktəblərdə, vəziyyət daha yaxşıdır, ancaq vəziyyət sistemli şəkildə düzəlməyibdir.

Nə kimi çağırışlar var?

 Kvalifikasiyalı müəllimlərin qıtlığı məktəblərdə əsas problem müəllimlərin  sayının az olması və onların bir hissəsinin aşağı kvalifikasiyasıdır.  2018-2022-ci illərdə 309 müəllim üçün elan edilan vakansiya doldurulmamış  qaldı.  Bundan əlavə,  2022-ci ilin vəziyyətilə, qeyri-gürcüdilli məktəb müəllimlərinin 52%-nin  peşə inkişafının ən aşağı pilləsinin – praktikant müəllim statusu  varıdır.  Bununla belə,  qeyri-gürcüdilli məktəb müəllimlərinin orta yaşı ölkədə mövcud olan orta göstəricidən çoxdur.

Gürcü dili pedaqoqları  problem ikinci dil kimi gürcü dili müəllimlərinin aşağı dil və peşə səriştələridir. Onların bir qismi dili heç kommunikasiya səviyyəsində belə bilmir.

Direktorlar  − Direktorların əksəriyyəti lazımlı peşə və dil  səriştələrinə malik deyillər. Bundan əlavə onların böyük hissəsi sertifikatlaşdırılmamışlar.

Dərsliyin keyfiyyəti qeyri-gürcüdilli məktəblər üçün keyfiyyətli tədris resursları və dərslikləri həm dövlət, həm də ana dilində problemlidir.  Dərsliyin tərcümə keyfiyyəti problemlidir, habelə onların tədris planından  yayınması belə.  Doğrudur, yeni, qrifləşdirilmiş dərsliklərdə bu problem qismən aradan qaldırıldı, lakin, qrifləşdirilmiş dərsliklərin seçilməsi qeyri-gürcüdilli  məktəbləri üçün yenə də problem olaraq qalır.

Bilinqval təhsil tədrisin bu modeli haqqında söhbətlər, Gürcüstan təhsil sistemində son  onilliklərdir  ki aparılır, lakin proses  yavaş-yavaş tətbiq edilir.  Bununla belə, ölkədə ikidilli müəllim kvalifikasiyası olan  kadrlar  azlıq təşkil edirlər.  Burdaca, Təhsil Nazirliyi tərəfindən verilən məlumatla bilinqval proqramın 184 ictimai məktəbdə 2023-2024-cü təhsil ilində tətbiq edilməsi təqdirəlayiqdir.

Dərslərdən qalmaq/məktəbi tərk etmək

 Dərslərdən qalmaq etnik azlıqların nümayəndəsi olan şagirdlərin dərslərə  getməsi  problemdir. Bunu səbəbi şagirdlərdə motivasiya azlığı və ya repetitor yanında hazırlaşmasıdır. Habelə səbəblərdən biri erkən nikah da ola bilər. Bu hala qızlar arasında daha çox  rast gəlinir.  Oğlanlar dərslərdən daha çox yaz və payızda qalırlar, çünki bu vaxtları kənd-təsərrüfat işlərilə məşğul olurlar.

Məktəbi tərk etmək Etnik azlıqlarla məskunlaşmış bölgələrdə təhsili tərk etmək göstəricisi Gürcüstanın başqa bölgələrinə nisbətən   daha yüksəkdir.    Dərslərdən qalmaq kimi, burda da əsas səbəblər  qızların erkən nikaha girmələri, habelə valideynlərin qızların oxumasına əhəmiyyət verməməsi və buna görə  təhsillərini dayandırmalarıdır, oğlanlara gəldikdə isə  bunun səbəbi mövsum işləridir. Göstərilən hallardan irəli gələrək məktəbi tərk etmək göstəricilərinin azalması təmayülü təsbit edilir.  Lakin bu göstərici yenə də  yüksəkdir.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. qalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru