Dövlət məhkəmə prosesinin uzunmüddətli, çətin və baha başa gələn prosesinin öhdəsindən gələ bilməyən şəxslər üçün ödənişsiz, kamil hüquqi yardım təklif edir. Lakin, bu xidmət ümumi deyildir, yəni onu hamı şərtsiz-şürutsuz ala bilməyəcək. Bu isə xüsusilə etnik azlıqlar üçün problemlidir.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Keyfiyyətli və geniş hüquqi yardım xidməti hüquqların effektli müdafiəsindən əlavə, onun üçün əhəmiyyətlidir ki, ictimaiyyətin hər bir qrupu hüquqi sistemə özünün də mənsub olduğunu hiss etsin.
Rəyimiz
Mövcud maneələrin və qaynaqların qıtlığı şəraitində, etnik azlıq nümayəndələri ödənişsiz hüquqi xidmətindən kənarda qalırlar. Bu isə onların həssaslığını daha da artırır.
Nəyi bilməliyik?
2007-ci ildən, Gürcüstanda ödənişsiz hüquqi yardım xidməti istənilən şəxsə istənilən hüquqi məsələdə məsləhəti, bəzi hallarda isə hüquqi sənədlərin tərtibi və məhkəmədə nümayəndəliyi təklif edir.
Etnik azlıqlarla məskunlaşmış bölgələrdə vəziyyət necədir?
- Samtsxe-Cavaxetidə və Kvemo kartlidə Axaltsixe və Rustavidə bir neçə bələdiyyəyə tam hüquqi dəstək verən bürolar fəaliyyət göstərir;
- Bələdiyyələrdə məsləhətləşmə mərkəzləri də fəaliyyət göstərir, lakin, onların xidməti yalnız hüquqi məsləhət verməkdən ibarətdir;
- Əhəmiyyətlidir ki, məsləhətləşmə mərkəzləri Qardabanidə, Bolnisidə və Tetritsğaroda yalnız 2023-cü ildə açılmışdır, ona qədər isə əhalinin yaxında yerləşən ödənişsiz hüquqi xidmətə fiziki əlçatımlılığı məhdudlaşdırılmışdı;
- Paralel olaraq, Marneuli Məsləhətləşmə Məkəzi məsləhətçisi olmadığı üçün bir neçə aydır ki, fəaliyyət göstərə bilmir.
Qanunvericilik maneələri
Hüquqi dəstək almaq üçün xidmətə fiziki/ərazi yaxınlıq əhəmiyyətlidir, lakin bu kifayət deyildir. Əgər məsləhət almaq hamı üçün əlçatandırsa, sənədləri hazırlamaq və məhkəmədə nümayəndəlik etməklə bağlı situasiya dəyişir. Məsələn:
- Mülki və inzibati işlərdə hüquqi sənədlərin tərtib edilməsi sosial statusla, daha konkret ödəmə qabiliyyətinin olmaması ilə əlaqəlidir. Nümayəndəlik isə əlavə olaraq – işin çətinliyi və əhəmiyyətilə bağlıdır;
- İstisnalar da mövcuddur. Həmin istisnalara görə nümayəndənin təyini bu hər iki ilkin şərti təmin etməyi tələb etmir, lakin bu istisnalar əhalinin real hüquqi ehtiyaclarına cavab vermir;
- Rustavi hüquqi yardım bürosu və Axalkalaki məsləhətləşmə mərkəzindən alınan məlumata əsasən, yerli əhalinin problemləri, əsasən, bank borclanmaları, boşanmalar və alimentin təyin edilmə məsələləri və torpaq qeydiyyatı ilə əlaqəlidir. Bu işlərdə nümayəndəlik üçün şəxs ödəmə qabiliyyətsiz ola bilər, işsə − əhəmiyyətli və mürəkkəb.
Qanunvericilik maneələrdən əlavə, Samtsxe-Cavaxeti və Kvemo kartli bölgələrində kifayət edilməz qaynaqlar və infrastruktur çağırışları gözə dəyir, misal üçün: həddindən artıq yüklənmiş bürolar, vəkillərin kifayət etməyən miqdarı, nəqliyyat problemi. Sadalanan problemlər həm müxtəlif bələdiyyələrdən ezam edilən vəkillərin, habelə müxtəlif yerlərdən bürolara məsləhət almaq üçün müraciət edən əhalinin qarşısına çıxır.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Bi rləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.