Gürcüstanın Avropa İttifaqı ilə əlaqələrində növbəti inteqrasiya prioriteti, mühakimənin təmkinlənməsi və məqsədəuyğun olaraq məhkəmədə vettinqin təşkil edilməsidir. Məqalədə, məhkəmədə vettinqin təşkililinin zəruriliyinə işarə edən məqamları vurğulayacağıq.
Bu məsələ ilə niyə maraqlanmalıyam?
Vettinq haqqında tövsiyələr, bir qrup hakimin məhkəmələrdə təsirinin necə güclənməsi, onların hakimiyyətlə əlaqəsi, hesabatlılıq sisteminin necə dağıdılması, korrupsiya ilə bağlı söhbətlərin qızışması bir sıra hüquqi və siyasi qiymətləndirmələri qabaqlamışdır.
Mənim şərhim
2012-ci ilə qədər Gürcüstan məhkəmələrində vəziyyət olduqcaq ağır idi. 2012-ci ildə baş verən siyasi dəyişikliklər fonunda məhkəmələrin müstəqilliyi istiqamətində müsbət dinamika müşahidə olunsa da, o, tezliklə dəyişdi. Məhkəmə və hakimiyyət „əməkdaşlıq“ rejiminə keçdilər. Siyasi dəstək ilə bir qrup hakim gücləndi hansı ki, məhkəməyə tam nəzarəti ələ keçirdi və ona qarşı loyallığa əsaslanan idarəetmə modeli yaratdı. Bu proseslər mühakimənin vəziyyətinə ədalətli qiymət verilməsi ilə nəticələndi. Problemlərin miqyasını nəzərə alsaq, bu gün xüsusi mexanizmlərdən istifadə etmədən sistemi təkmilləşdirmək mümkün deyil.
İmtahan testləri məsələsi
2016-cı ildə Tiflis Şəhər Məhkəməsinin o vaxtkı sədri hakimlər üçün nəzərdə tutulan testlərin öncədən açıqlandığı barədə bildirdi. Mamuka Axvledianinin açıqlaması bu faktı araşdırmaq əvəzinə, Ali Ədliyyə Şurası tərəfindən prosessual pozuntulara yol verdiyinə görə vəzifəsindən uzaqlaşdırılma ilə nəticələndi. Bu qədər illər keçməsinə baxmayaraq, imtahan testlərinin mümkün açıqlanmasına istintaqın heç bir cavabı yoxdur.
Ali Məhkəmə sədrinin istefası
2018-ci ildə Ali Məhkəmənin və Ali Ədliyyə Şurasının sədri Nino Qvenetadze qəfildən tutduğu vəzifədən istefa verdi. Onun nüfuzlu hakimlər qrupu ilə qarşıdurması haqqında bir sıra şübhələr var idi. Vaxtından əvvəl şura sədri vəzifəsini tərk etməsi, ondan əvvəl isə apellyasiya məhkəməsinə təyin olunmaq üçün Levan Murusidzenin namizədliyini dəstəkləməməsi sistemdə qeyri-rəsmi proseslərlə bağlı şübhələri daha da gücləndirdi.
Dövlət əmlakının ehtimal istifadəsi
2016-cı ildə Tbilisi Apellyasiya Məhkəməsinin keçmiş sədri Valeri Tsertsvadze maraqların toqquşmasına etinasızlıq göstərməkdə və dövlət əmlakından qanunsuz istifadədə ittiham olunurdu. Bu məsələ bu günə qədər cavabsız olaraq qalmaqdadır. Diqqətəlayiqdir ki, 2023-cü ildə digər üç hakimlə birlikdə ABŞ hakimiyyəti Valeri Tsertsvadzenin əhəmiyyətli korrupsiyada iştirakını əsas götürərək ona viza məhdudiyyəti qoydu.
Hakimlərlə mümkün sövdələşmələr
2018-ci ildə Studio Monitor tərəfindən hazırlanan materialda hakimlərlə sövdələşmək/onların hakimiyyətə tabe olumasının mümkün sxemindən bəhs edilirdi. Jurnalist araşdırmasına əsasən, “Gürcü Arzusu” hakimiyyətə gəldikdən sonra üç hakim vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə istintaqa cəlb edildi. Lakin qısa müddət sonra istintaq dayandırıldı, bu da 2013-cü il Ali Ədliyyə Şurasına seçkilərin nəticələri ilə bağlı idi.
Ehtimal olunan əsaslandırılmamış mülkiyyət haqqında suallar
2022-ci ildə Studio Monitor-un Levan Murusidze və Mixeil Çinçaladzenin ehtimal olunan əsaslandırılmamış mülkləri ilə bağlı hesabatları dərc olundu. 2024-cü ildə Studio Monitor Levan Murusidzenin ehtimal olunan korrupsiya sövdələşməsində iştirakı ilə bağlı daha bir material hazırladı. Qeyd etmək lazımdır ki, 2024-cü ildə bəzi hakimlər, o cümlədən Mixeil Çinçaladze və Levan Murusidze məhkəmə vasitəsilə onların əmlakının Korrupsiyaya Qarşı Mübarizə Bürosu tərəfindən yoxlanılması prosesini dayandırıb.
Ali Məhkəmənin loyal kadrlarla komplektləşdirilməsi
2019-cu ildə nüfuzlu hakimlər qrupunun və hökumətin maraqlarına uyğun gələn namizədlərin seçilməsi ilə yekunlaşan Ali Məhkəmə hakimlərinin təyin edilməsi proseduru başladı. İki namizədlə bağlı Şuranın iki hakim üzvünün maraqlarının toqquşması faktı üzə çıxdı. Hakim olmayan üzv Zaza Xarebava da, monitorinq təşkilatlarının onun səlahiyyətlərinin dayandırılması tələbi ilə parlamentə müraciət etməsinə baxmayaraq, namizədləri dəstəklədi. Təşkilatlar bunun icazəsiz bir qurum tərəfindən təqdim edildiyini hesab edirdilər. Keçmiş baş prokuror, Ali Məhkəmənin hakimliyinə namizəd Şalva Tadumadzenin diplomunun həqiqiliyi ilə bağlı suallar da cavabsız qaldı.
Ali Məhkəmənin belə komplektləşmə prosesi və müvafiq islahatlardan imtina, Avropa İttifaqının ölkəyə makromaliyyə yardımı verməsindən imtinasına səbəb oldu.
Ali Məhkəmənin nöqsanlı komplektləşməsi bu il də davam eddi. Ədliyyə Şurası 21 may 2024-cü il tarixli fərmanı ilə Ali Məhkəmənin üç hakiminin parlamentə təqdim edilməsi üçün namizədliyini təsdiqlədi. Mayın 30-da Şura Ekatrine Qasitaşvilinin yerinə başqa hakimin seçilməsi üçün ərizələrin qəbulunu elan etdi. Onun səlahiyyət müddəti 1 ildən sonra başa çatır. Bu il ikinci dəfədir ki, Şura hakimlərin səlahiyyət müddətinin bitməsinə demək olar ki, bir il qalmış ərizələrin qəbuluna başlayır, bu, təbii olaraq şübhəli bir qərardır və prosesi süni surətdə sürətləndirmək istəyindən xəbər verir.
Müxalif səsləri məhkəmədən qovmaq
Fərqli fikirlərin təqibinin ən bariz və ilkin təzahürlərindən biri 2015-2016-cı illərdə Apellyasiya Məhkəməsinin keçmiş hakimi, Hakimlər Assosiasiyasının fəal üzvü Baya Bakradzenin yenidən vəzifəyə təyin edilməsinə qarşı əsassız etirazlar oldu. Şuranın bu mövqeyi ehtimal ki, Maya Bakradzenin fəallığı və tənqidi fikirləri ilə bağlı idi. Strasburq məhkəməsi ifadə azadlığının məhdudlaşdırılması və ona qarşı ayrı-seçkilik rəftarını müzakirə edir.
Yenidən təyin olunmaya qarşı əsas olaraq, keçmiş hakim Ana Ğelekva da Xalq Müdafiəçisinin hesabatında müzakirə olunan Şuraya sadiqlik meyarına işarə edirdi. Ananın bildirdiyinə görə, o, Levan Murusidzenin şəxsən ona dediyi sədaqət meyarını yerinə yetirə bilməyib.
2021-ci ildə müxalif fikirlərə görə hakimə təsir etmək üçün qanunvericilik məhdudiyyətləri də artdı. Dəyişikliklər hakimlərin Şuranın özbaşına qərarı əsasında başqa məhkəməyə göndərilməsinə şərait yaratdı, həmçinin intizam qanunvericiliyi çətinləşdi. Hakimlərin bəziləri qanunvericilik dəyişikliklərinin konstitusiyaya uyğunluğu ilə bağlı mübahisəyə başladılar.diqqətə layiqdir ki, Bolnisi Rayon Məhkəməsinin hakimi Nino Qiorqadze də öz tənqidini açıq şəkildə bildirdi. 2023-cü ildə, üç illik sınaq müddəti başa çatdıqdan sonra Şura onu ömürlük təyin etmədi. Yəqin ki, Şuranın bu qərarı onun tənqidi fikir bildirməsi ilə bağlıdır.
Rəqabətsiz „seçkilər“
2022-ci ildə Ədliyyə Şurası rəqabətsiz seçim nəticəsində nüfuzlu qrupun lideri Mixeil Çinçaladzeni Apellyasiya Məhkəməsinin sədri seçdi. Mixeil Çinçaladze 2017-ci ildən parlamentin reqlamentləri pozaraq qəbul etdiyi qanun əsasında Apellyasiya Məhkəməsinin ömürlük hakimidir.
Elə həmin il rəqabətsiz seçkilər nəticəsində hakimlər konfransının yekdil qərarı ilə Levan Murusidze və Dimitri Qvritişvili şuraya qayıtdılar. Diqqətəlayiqdir ki, o zaman şura tam olaraq hakim üzvləri ilə komplektləşmişdi. Lakin konfrans gününə qədər onlardan ikisi qəfildən vəzifələrini erkən tərk etdilər.
Şura üzvlərinin rəqabətsiz və qeyri-şəffaf seçilməsi prosesi Avropa İttifaqı və ABŞ səfirliyi tərəfindən tənqid edildi. Onların tənqidi texniki funksiya orqanı olan və Hakimlər Korpusu adından çıxış etmək səlahiyyətinə malik olmayan Hakimlər Konfransının İnzibati Komitəsi tərəfindən də səsləndi və yüksək qiymətləndirildi. Digər tərəfdən, 16 hakim inzibati komitənin bəyanatı ilə açıq şəkildə razılaşmayıb ki, bu da məhkəmədə bu miqyasda fikir ayrılığının təzahürünün nadir və müstəsna halı idi.
Şuranın komplektləşməsi
2023-cü ildə parlament çoxluğu müxalifətlə əldə edilən şübhəli sövdələşmə nəticəsində öz istədiyi 5 nəfər hakim olmayan üzvü Ədliyyə Şurasına seçdi. Çoxluğun onları təyin etmək üçün yetərli səsi olmadığı üçün illər boyu bu vəzifələr boş idi. Bəzi müxalifətçilərin hakimiyyətin üstünlük verdiyi namizədlərə gözlənilmədən dəstək verməsi gizli sövdələşmə təsiri bağışladı. Hakim olmayan üzvlər seçildikləri vaxtdan heç bir mühüm məsələ ilə bağlı tənqidi və ya fərqli mövqe bildirməyiblər hansı ki, onlardan gözlənilirdi.
Hakimlərə təzyiq
2022-ci ildə Ali Məhkəmənin keçmiş hakimi Besarion Alavidze nüfuzlu hakimlər tərəfindən ona təzyiq praktikasından danışdı. Lakin onun açıqlamaları heç bir hüquqi cavab ilə nəticələnmədi. 2024-cü ilin iyununda Besarion Alavidze yenidən təzyiq və klan idarəçiliyi hallarını xatırlatdı. Onun ifadələrində cinayətə işarə olmasına baxmayaraq, bu iş hələ də araşdırılmayıb.
Diqqətəlayiqdir ki, bu təcrid olunmuş bir hal deyil. Xalq müdafiəçisi parlamentin 2022-ci il hesabatında daha bir neçə hakimin işi üzrə məhkəmə fəaliyyətinə qanunsuz müdaxilə və təzyiqləri haqqında yazırdı. Bu işlərin heç biri araşdırılmayıb.
Vətəndaş cəmiyyəti parlamentdən belə faktların araşdırılması üçün istintaq komissiyasının yaradılmasını tələb edirdi. Sonda hakim partiya konstitusiyaya zidd olaraq istintaq komissiyasının yaradılmasına mane oldu və müxalifətə bu mexanizmdən istifadə imkanını buraxmadı.
Avropa Hakimlərinin Məşvərət Şurasının (CCJE) üzvü, Ali Məhkəmənin hakimi Nino Bakakurinin vaxtından əvvəl dəyişdirilməsi müstəqil, fərqli rəyin təqibi kimi qiymətləndirildi.
Hakimlər üçün ABŞ-a viza məhdudiyyətləri
2023-cü ildə Valerian Tsertsvadze ilə birlikdə ABŞ nüfuzlu qruplaşmanın liderləri - Levan Murusidze, İrakli Şenqeliya və Mixeil Çinçaladzeyə korrupsiya fəaliyyətlərində iştirak etdiklərinə görə viza məhdudiyyəti qoydu. Məsələnin ciddiliyinə baxmayaraq, bu fakt ölkədə heç bir hüquqi reaksiya doğurmadı. Öhdəliyə baxmayaraq, institusional müstəqilliyə kifayət qədər təminat verilmədiyinə görə müstəqil müfəttiş də məsələni öyrənməyə başlamamışdır. Camaat lazımi cavab əvəzinə dövlətin sanksiya qoyulmuş hakimlərə birbaşa dəstəyini gördü. Baş nazir İrakli Qaribaşvili Avropa İttifaqının vettinqin zəruriliyi ilə bağlı çağırışına cavab olaraq Şura üzvləri ilə görüşəndə hökumətin nüfuzlu hakimlər qrupuna dəstəyini gördük.
İntizam məsuliyyətinin pozulmuş olduğu sistem
Bəzi hakimlərin işində intizam məsuliyyəti sistemi tamamilə yararsızdır, nüfuzlu qrupa arzuolunmaz fikir bildirən bəzi hakimlər üçün isə daimi utanc və psixoloji təzyiq mexanizmidir.
2023-cü il parlament hesabatında Xalq Müdafiəçisi hakimlərin intizam pozuntusu hallarını obyektiv və qərəzsiz öyrənmək üçün müstəqil müfəttişin üzərinə düşən xüsusi vacib yük haqqında yazırdı. Diqqətəlayiqdir ki, Ali Ədliyyə Şurası qanuna zidd olaraq illərdir müfəttişin hazırladığı rəylərə baxmayıb. Bununla da bəzi hakimlərə qarşı intizam pozuntusuhaqqında yekun qərarın verilməsinə qəsdən mane olur.