Təhsil hüququ Gürcüstan Konstitusiyası ilə zəmanət verilmiş bir hüquqdur. Bu hüququn kamil surətdə realizəsi Demokratik bir Dövlət qurmaq üçün vacibdir. Eyni zamanda, təhsilin əlçatanlığı cəhətdən maneələri insanları kamil surətdə yaşamaq imkanından məhrum edir.
Etnik azlıqlar üçün keyfiyyətli təhsil almaq potensiallarının, vərdiş-bacarıqlarının, bilik və imkanlarının inkişaflarının ilkin şərtidir, çünki ictimai həyatda onların effektli inteqrasiyaları üçün zəruridir.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Etnik azlıqların təhsil hüquqlarının realizəsi təhsilin hər bir mərhələsində maneələrlə əlaqəlidir. Beləki, onların nə kimi çağırışlar qarşısında dayandıqları və çıxış yolunun necə olması ilə bağlı məlumatlı olmağımız olduqca əhəmiyyətlidir.
Rəyimiz
Etnik azlıqların təhsili istiqamətində onillərdir ki, islahatlar aparılır, lakin, o bir sıra əhəmiyyətli dəyişikliklərə baxmayaraq heç vaxt vahid sistemli proses olmamışdır. Dövlət tərəfindən atılan addımlar mövcud problemlərin öhdəsindən gəlmək üçün bu günün özündə belə kifayət deyildir.
Problemlər nədən ibarətdir?
Erkən və məktəbəqədər təhsil
Etnik azlıqlarla məskunlaşmış bölgələrdə məktəbəqədər müəssisələr lazımi miqdarda deyildir. Habelə, uşaq bağçalarına əlçatımlıq cəhətdən uşaqların nəqliyyat vasitələrilə daşınma imkanları da məhduddur.
Detallı şəkildə baxın:
Etnik azlıqlarda məktəbəqədər təhsilin əhəmiyyəti
Bundan əlavə, etnik azlıqların dil ehtiyaclarına uyğunlaşdırılmış keyfiyyətli erkən təhsil istiqamətində başqa çağırışlar da mövcuddur:
- Bilinqval təhsil qıtlığı – Təhsil Nazirliyinin verdiyi məlumatla, bilinqval proqram 2022-2023-cü ildə 14 bağçada həyata keçirilirdi, 2023-2024-cü tədris ilində isə 34 bağda tətbiq edilir, lakin burdan yalnız 4 uşaq bağçası etnik azərbaycanlılarla məskunlaşmış bölgələrdə yerləşir.
- Uşaqların ehtiyaclarına müvafiq olan kadrlar qıtlığı.
- Müvafiq keyfiyyətli resurslara əlçatımlıq problemi.
Ümumi təhsil
Məktəb təhsili, məktəbəqədər təhsil müəssisələrinə nisbətən daha əlçatandır. Lakin, qeyri-gürcüdilli məktəblərdə məktəblərdə keyfiyyətli təhsil almaq problemdir. Gürcüdilli məktəblərdə zaman-zaman tətbiq edilən müxtəlif dəyişikliklər, qeyri-gürcüdilli məktəblərdə ya ümumiyyətlə tətbiq edilmir, ya da gecikərək tətbiq edilir. Bundan əlavə, təhsil siyasətini formalaşdırdıqda yerli kontekst və ehtiyaclar nadir hallarda nəzərə alınır.
Detallı şəkildə baxın:
Etnik azlıqların ümumi təhsil istiqamətindəki çağırışları
Peşə təhsili
2016-cə ildən etibarən etnik azlıqların peşə testlərini ana dilində vermək və Dövlət qrantı ilə peşə təhsili müəsisələrinə qəbul edilmək imkanları var. Bununla belə, onlar gürcü dilindən hazırlıq kursu keçirlər. Nəticədə, onların daha çox peşə proqramına əlləri çatır və bu istiqamətdə müsbət tendensiyalar da gözə dəyməkdədir. Eyni zamanda, müəyyən çağırışlar da var:
- Peşə təhsil proqramları etnik azlıqların fəaliyyəti istiqamətlərinə tamamilə inteqrə olunmayıbdır, habelə, müddətlər və coğrafi yerləşmə cəhətdən də bir o qədər də çevik deyildir.
- Doğrudur, peşə təhsili tələbələri üçün Dövlət dilini yaxşılaşdırma proqramları əlçatımlıdır, lakin tələbələrin qəbul edildikləri baza səviyyələri qısa müddətdə dili, proqramın öhdəsindən gəlmək üçün mənimsəmələrində kifayət deyildir.
Burdaca onu da vurğulamaq gərəkdir ki, etnik azlıqların peşə təhsilinə əlçatımlıqlarını yaxşılaşdırmaq üçün, yeni kolleclər tikilir, mövcud müəssisələr də inkişaf etdirilir.
Ali təhsil
1+4 proqramı əhəmiyyətli və nailiyyətli mexanizmlərdən biridir. Onun fəaliyyətə başlamasından sonra universitetlərdə etnik azlıqların nümayəndəsi olan tələbələrin sayı demək olar ki, hər il artmaqdadır. Lakin, bu güzəştli siyasət özündə çatışmazlıqları da ehtiva edir və yaxşılaşdırılmağa ehtiyac duyur.
Detallı şəkildə burda baxın:
Etnik azlıqlar üçün 1+4 proqramı – nəyi bilməliyik?
Bir çox hallarda, etnik azlıqlar tələbələri üçün bakalavrlıq proqramlarını uğurla başa çatdırmak çətin olur. Bunu əsasən dil və/ya maliyyə çətinlikləri şərtləndirir, bunun yanında isə ümumi akademik hazırlığı problemi də dayanır. Bunu isə ümumi təhsil pilləsindəki kifayət etməyən keyfiyyətli təhsil şərtləndirir. Nəticədə, təhsili təkr etmək göstəricisi yüksəkdir. Yalnız təxminən üçdə biri tələbə adını qazanır və bakalavrlıq proqramını tamamlaya bilir.s
Köməkçi müəllimlər
1+4 proqramı məzunları üçün „Qeyri-gürcüdilli məktəblərin müəllimlərinin peşə inkişafı proqramı“ mövcuddur. Bu mexanizm çərçivəsində 1+4 proqramı məzunları məktəblərdə köməkçi statusu ilə yerli müəllimlərlə birlikdə işləyirlər. Bu həm müəllimlərin kadr problemlərinin həlli, məktəblərə yeni kadrların daxil olması, həm də 1+4 proqramı məzunları üçün gözəl fürsətdir. Lakin, müəllim statusunu əldə etmək proqrama cəlbolunmuş şəxslər üçün əlavə səylərlə əlaqəlidir. Onlar gürcü dilində fənn imtahanı verməli „Müəllimlərin bir illik hazırlıq proqramı“-nı” keçməlidirlər. Həmin proqram isə universitet məzunlarının (o cümlədən 1+4 proqramının) bölgədə işləməklə paralel oxumaq imkanı vermir. Onlar müəllimin peşə inkişafı sxeminə daxil olsalar da müvafiq statusları yoxdur.
Nə etməli?
Təhsil siyasətində etnik azlıqların xüsusi ehtiyaclarını nəzərə almaq üçün, qərarların alınması və planlaşdırılmasında yerli kontekstə söykənmək olduqca əhəmiyyətlidir. Bunun üçünsə yerli ehtiyaclar müntəzəm və kompleksiv şəkildə araşdırılmalıdır. Çağırışları həll etmək yalnız yaxşıca düşünülmüş, məqsədyönlü dövlət siyasəti vasitəsilə mümkündür. Həmin siyasət azlıqların ictimai inteqrasiyasına yönəlmiş olmalıdır.
Məktəbəqədər pillədə təhsilin əlçatımlığını artırmaq üçün, müvafiq sayda uşaq bağçalarının vaxtlı tikilməsi/başa çatdırılması, habelə, buna paralel olaraq, lazım gəldiyi yerlərdə uşaqları nəqliyyat vasitələrilə daşımağı təmin etmək də əhəmiyyətlidir.
Bilinqval təhsili lazımınca tətbiq etmək üçün tədrisə lazım olan dərsliklərin/resursların vaxtlı işlənməsi gərəkdir; müvafiq saylı ikidilli pedaqoqlar hazırlanmalı; Gürcüstan Milli Təhsil Planının müvafiq məktəb dərslikləri keyfiyyətli şəkildə fənn üzrə mütəxəssislərin iştirakı ilə tərcümə edilməlidir.
Peşə təhsilinə dəstək vermək üçün bölgələrin ehtiyaclarına yönəlmiş, çevik proqramları hazırlamaq lazımdır. O öz növbəsində etnik azlıq icmalarında peşə təhsilinə əlçatımlığı artırır.
Universitet təhsili hissəsində gürcü dilində səriştəni müəyyənləşdirmək məqsədilə, dil səviyyəsini müəyyənləşdirən testin keçirilməsi və sonra tələbə üçün müvafiq proqramın təklif edilməsi, habelə, universitetlərdə sosial inteqrasiyaya yönəlmiş aktivliklərin tətbiqi olduqca əhəmiyyətlidir. Qeyri-gürcüdilli məktəb müəllimləri (o cümlədən, ikidilli müəllimlərin) qıtlığı və 1+4 proqramı məzunlarının işlə təmini probleminin həlli yolu, etnik azlıqları müəllimlik peşəsini seçməyə təşfiq etmək ola bilər. Bunun üçün, ilk növbədə, 1+4 proqramından istifadə edənlər üçün ödənişsiz fakultələrdə oxumaq məhdudiyyətini qaldırmaq lazımdır. Nəzərə almalıyıq ki, həmin fakultələrdə qeyri-gürcüdilli məktəblərdə məhz elə müəllim qıtlığı olan ixtisaslar öyrədilir. Bundan əlavə, o 1+4 proqramını tərk etmək göstəricisinə də təsir bağışlayacaqdır, çünki tələbələr maliyyə problemləri ilə daha az üzləşəcək, iş əldə etmək imkanları artacaqdır. Bu cür müəllimlərin sayının artması həm məktəbdə tədris edilən fənlərin keyfiyyətinə müsbət təsir bağışlayacaq, həm də gürcü dilini bilmək səviyyəsini yaxşılaşdıracaqdır.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.