Məhkəmə yolu ilə hüquqları müdafiə etməyi maliyyə xərcləri müşaiyət edir. Bəzən həmin labüd xərclər vətəndaşı hüquqi mübahisədən yayınmağa təkan verir və problemlərin bu yolla həllindən imtina etdirir. Qarşıdakı məqalə məhz məhkəmə mübahisəsi ilə bağlı xərcləri müzakirə edir.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Problemlərin məhkəmə yolu ilə həllinin müxtəlif ictimai qruplar üçün mütəlif çətinlikləri var. Lakin, məhkəmə xərcləri əhalinin 35%-i üçün əsas maneədir. Etnik azlıqlar Gürcüstanda sosial və iqtisadi cəhətdən ən həssas qruplardan hesab edilir və beləliklə, ədalət mühakiməsi əlçatmalıq onlar üçün daha da çətinləşmişdir
Rəyimiz
Ədalət mühakiməsinə əlçatımlılıq geniş məfhumdur və birmənalı şəkildə Dövlətin şəxsin sosial vəziyyətinə baxmayaraq ədalət mühakiməsinə eyni cür əlçatımlılığın təmin etmə öhdəliyini nəzərdə tutur.
Məhkəmə xərcləri haqqında nəyi bilməliyik?
Ədalət mühakiməsinin əlçatımlılığı kontekstində xərclərin iki kateqoriyası əhəmiyyətlidir:
- Məhkəməyə müraciət etməklə bağlı xərclər;
- İşin müzakirəsilə bağlı xərclər.
- Məhkəməyə müraciət etmək ödənişlidir. Mübahisənin nə ilə əlaqəli olmasından irəli gələrək şəxs konkret, qanunla müəyyənləşdirilmiş məbləği, Dövlət rüsumunu ödəyir. Birinci instansiyada rüsum 3 000-5 000 larini keçmir. Maqistr hakimin müzakirə edəcəyi işlər üçün bu məbləğ yarıya enir. Apellyasiya və Ali məhkəmələr üçün müraciətin qiyməti isə daha yüksəkdir.
Şəxsi rüsum ödəməsindən azad edən istisnalar da mövcuddur, məsələn:
- Mübahisənin kateqoriyası − Aliment üzrə aparılan mübahisə rüsumdan azaddır;
- Sosial status – Sosial cəhətdən müdafiə olunmayan ailələrin verilmişlər bazasında qeydiyyatda olan şəxs rüsumdan azad edilir.
- İşin müzakirəsilə bağlı xərcləri isə tərəf şahidin, ekspertin, konkret sahə mütəxəssisi və ya, misal üçün, məhkəməyə təqdim ediləsi qeyri-gürcü dilli sənədləri tərcümə etmək üçün lazım gələ bilər.
Məhkəmə xərclərinin azaldılması mümkündürmü?
Məhkəmənin şəxsi rüsum və işin müzakirəsilə bağlı xərclərin ödənməməsindən qismən və ya tamamilə azad edə bilər, ödəməni təxirə sala bilər. Lakin belə bir zəruriyyətin olduğunu, danılmaz dəlillərlə şəxsin özü sübuta yetirməlidir.
Nəzərə almaq lazımdır ki, çəkilməli olan xərclər yalnız rüsumla, ekspert və sənədlərin tərcüməsi üçün ödənilməli məbləğlə bitmir. O, məhkəmə xərclərini də əhatə edir və o cümlədən, ilk növbədə, vəkilin xidmətini nəzərdə tutur. Hüquqi dəstək ədalət mühakiməsinə əlçatımlılığın ayrılmaz hissəsidir. Bu mövzuda növbəti məqalələrdə danışacağıq.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.