Gürcüstanda işsizlik təməl problemlərdən biridir. Ölkənin sağlam Sosial müdafiə sistemi yoxdur. İnsanlar mövcud ehtiyaclarla özləri əlləşməli olur və nəticədə, başqa iş tapa bilmədikləri üçün, qeyri-formal (qeyri-rəsmi) işlərə cəlb olunmağa məcbur qalırlar. Bununla isə zəhmətkeşin həyatı proqnozlaşmaqdan uzaq qalır.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Qeyri-formal iş sosial müdafiə sisteminin natamam və fraqmental olduğu ölkələrdə bir növ xilas olmaq vasitədir.
Gürcüstanda da belədir. Burda işsiz qalmış insana Dövlət bazis sosial müdafiəni belə təklif edə bilmir, məsələn:
- Müəyyən vaxtla maliyyə cəhətdən təmin edə bilmir;
- Hamıya peşə üzrə inkişaf/yenidən hazırlanma imkanı vermir;
- İşlə təmin etməyə dəstək verən proqramları təklif etmir. Həmin proqramlarda insanın təcrübəsi və peşə bacarıqları nəzərə alınmalıdır.
Bunun fonunda, ölkədə qeyri-formal əməyə qoşulmuş şəxslərin müdafiə səviyyəsi aşağıdır, çünki Qanun qeyr-formal işlə təmin olunanların hüquqlarını müdafiə etmir.
Bizim rəyimiz:
- Dövlət qeyri formal əməyin mərhələvi şəkildə formal (rəsmi) olması üçün aydın və praktiki alətlər hazırlamalıdır;
- Dövlət qeyri-formal olaraq işlə təmin olunanların məlumatlandırılmasını, formal işin üstünlüklərini və faydalarını göstərməyi təmin etməli və formal işdə işləməyin tranzisiyasının nə kimi faydaları olduğunu onlara izah etməlidir;
- İşlə təmin etmə Agentliyinin səlahiyyətləri artırılmalıdır. Yenidən hazırlanma və səriştələrin yüksəldilmə proqramları əlçatan olmalıdır ki, qeyri-formal əməyə cəlb edilmiş şəxslər sonradan müvafiq vakansiyalarda asand iş tapa bilsinlər;
- Dövlət qeyri-formal şəkildə işləyənlərin hüquqlarını qorumalıdır. Bu hissədə Əmək Müfəttişliyinin mandatının güclənməsinə ehtiyac duyulur;
- Hazırda, faktiki olaraq, bazis sosial müdafiə zəmanətləri mövcud deyildir, formal işlətəmin isə işçisinə ləyaqətli maaş və vacib benefitlərini təklif etmir. Bu vəziyyət isə qeyri-formal şəkildə işləyənlərin bir hissəsi üçün əlverişli deyildir, çünki iş rəsmiləşdikdə onlar yenidən aşağı maaşla işləməli və əlavə vergilər ödəməli olacaqlar.
Probmel nədir?
Müstəqilliyi əldə etdikdən sonra Dövlət qeyri-formal əməyin rəsmiləşdirilməsi istiqamətində lazım olan islahatları həyata keçirməmişdir.
2022-ci ildən etibarən Gürcüstan Hökuməti müxtəlif layihəni işə saldı ki, onlar işlə təminə dəstək verməyi, o cümlədən, qeyri-formal əməyin rəsmilişdirilməsinə aiddir. Bu yarımproqrama əsasən, işlə təmin olunan özü təşəbbüs göstərməli və işə götürəndən əmək münasibətlərinin rəsmiləşdirilməsini şəxsən özü tələb etməlidir.
Dövlət tərəfindən, bir sıra hallarda, qeyri-formal işçilərə qarşı zorakılıq etməsi halları üzərə çıxır. Dövlət tərəfindən həmin zorakılığa küçə ticarətçiləri məruz qalırlar. Yerli bələdiyyələr küçə alverçilərinə müxtəlif lokasiyalarda alver etmələrini qadağan edir. Dövlət tərəfindən əməyin rəsmiləşdirilməsi tələbi zamanı işləyənin ehtiyacları – gəlirsiz və minimum əmək haqqsız qala bilməsi təhlükəsi - nəzərə alınmır.
Paralel olaraq:
- Əmək bazarında seqmentasiyası, formal sektorun sabit olmaması, bunun fonunda işçilərin hüquqlarının tez-tez pozulması müşahidə olunur;
- Qeyri-formal əməyə cəlb olunmuş insanlar, bir qayda olaraq, yoxsuldurlar. Onlar çox işləyirlər və bir çox hallarda bir neçə yerdə işləyirlər, ancaq iqtisadi varı yenə də toplaya bilmir və inkişaf edə bilmirlər;
- İşə götürən, hansı ki qeyri-formal olaraq işə götürür, işləyənlə iş münasibətinə əmək öhdəliklərindən və məsuliyyətdən yayınaraq girir.
Problemi həll etmək üçün nə etmək olar?
Dövlətin qarşısında dayandığı mövcud problemlər interseksiyalı öyrənməyi tələb edir.
- Problemin həllinin mexanizmlərindən biri rəsmiləşdirilməni təşviq edən siyasət ola bilər;
- Dövlət idarələri ümumi koordinasiyalı şəkildə qeyri-formal sektorun, həmçinin qeyri-formal əməyin rəsmiləşdirilməsi üzrə işləməlidirlər.
Əhəmiyyətlidir ki, qeyri-formal işçilərlə araşdırmalar aktiv şəkildə aparılmalıdır və onlar haqqında verilmişlər statistik cəhətdən yenilənməlidir. Sadalananlar həm onların ictimai vəkillikləri, həm də standartları hazırlamaq üçün faydalı olacaqdır. Belə bir məlumatı toplamaq Dövlətə bu kimi sosial məsələlərə diqqət verməkdə kömək edəcəkdir:
- Yetkinlik yaşına çatmamışların əməyi
- Evdə işləmək
- Bayırda işləmək
- Və s.
Qeyri-formal işçilərdən bir çoxu yoxsulluqdan yaxa qurtara bilmir. Əslində, onların işlədikləri şərtlər onların əlverişsiz vəziyyətlərinin və yoxsulluqlarının davam etməsinə zəmin yaradır. Dövlət mövcud problemləri aradan qaldırması və qabaqlaması üçün öz rolunu görməli və ayrıca fərdləri təqsirkarlandırmağa cəhd etməməlidir.
Beynəlxalq əmək təşkilatının tövsiyyələri
Beynəlxalq əmək təşkilatı 2015-ci ildə Cenevrədə keçirdiyi 104-cü sessiada tövsiyyələr, təqdim etmişdir. Tövsiyyələr qeyri-formaldan formal iqtisadiyyata keçməyi nəzərdə tutur:
- Ölkələr zəhmətkeşlərin və iqtisadi vahidliklərin formal (rəsmi) iqtisadiyyatına elə köçməyə dəstək verməlidirlər ki, sahibkarlıq imkanı təmin edilsin və işçi gəlirdən və minimum əmək haqqından məhrum olmasın;
- Formal iqtisadiyyatında müəssisələrə və ləyaqətli iş yerlərinin yaradılmasına, saxlanılmasına və sabitliyə dəstək versin, həmçinin formal iqtisadiyyatın qeyri-formallaşmasının qarısını alsın.
ILO-nun tövsiyyələrinə əsasən, formal iqtisadiyyata keçməyə dəstək verəcək ardıcıl və inteqrələşdirilmiş strategiyaları hazırlayarkən ölkələr bunları nəzərə almalıdırlar:
- Qeyri-formal iqtisadiyyatda işçilərin və iqtisadi vahidliklərin səciyyələrin, halların və ehtiyacların müxtəlifliyi;
- Qeyri-formal iqtisadiyyatda fəaliyyət göstərən bütün insan hüquqlarının effektli şəkildə dəstəyi və müdafiəsi.
Dövlətin məqsədi dayanıqlı inkişaf, yoxsulluğun aradan qaldırılması, iqtisadi artım strategiyalarına dəstək və formal iqtisadiyyatda ləyaqətli iş yerlərini yaratmaq olmalıdır. Müvafiq tənzimləyici orqanın yaradılması və ya mövcud olanın gücləndirilməsi. Nəticədə, tənzimləyici orqanın nəzarət mandatı olacaq və əmək təftişlərini daha effektli şəkildə aparacaqdır.
Problemlər
Qeyri-formal əmək/sektor Gürcüstanda və dünyada işləyənlərin əhəmiyyətli hissəsini əhatə edirlər.
Müəyyən ölkələrdə onun göstəricisi artmaqdadır. COVİD-19 pandemiyası buna dəstək vermişdir. Belə bir ehtimallar da var ki, işə götürmənin yeni-yeni formaları üzərə çıxacaq və buda özü ilə bərabər yeni problemlər gətirəcəkdir.
Pandemiya tərəfindən irəli gələn iqtisadi böhran qeyri-formal işlə təmin edilmənin zəifliklərini və onun qeyri-sabitliyini üzərə çıxarmış oldu. ILO-nun məlumatına, əsasən qeyri-formal şəkildə işlə təmin olunan insanların iqtisadi vəziyyətləri pandemiya dövründə ölkələr qapandıqda (lokdaunlar) daha da qeyri-sabit oldu. Bu proseslər xüsusilə sosial müdafiə sistemlərinin müntəzəm olmadığı ölkələr, o cümlədən Gürcüstan üzərində daha ağır şəkildə əks olundu.
Dövlətin maraqlarına nə daxil olmalıdır?
Dövlət vətəndaşlar üçün formal işlə təmin olmanı müxtəlif alətlərdən istifadə edərək cazibədar etməlidir. Bu işdə isə Sosial müdafiə Sistemi və əlavə mənfəət əhəmiyyətli rol oynayır.
Ölkədə bunların təmin edilməsi əhəimyyətlidir: ləyaqətli pensiya; ləyaqətli minimum əmək haqqı; işsizlərə müavinət/sığorta; işlə təmin edilməyə dəstək; dekret məzuniyyəti; təhlükəsiz əmək şərtləri, əlçatan səhiyyə və s.
Dövlət əmək müfəttişliyinin rolunu gücləndirməli və artırmalıdır, çünki o, ölkədə işlə təmin edilənlərin Qanunvericilik hüquqlarının icrası üzrə məsul olan əsas orqandır. Əmək müfəttişliyi qeyri-formal işlə təminedilməsi üçün mərhələvi şəkildə dəstəkləyən alətlər hazırlamalı və sektoru rəsmiləşdirərək zəhmətkeşlərin və iqtisadi vahidliklərin dəstəyi/təşviqinə yönəlməlidir. Əmək müfəttişliyi əmək müqaviləsinin bağlanması tövsiyyəsini, işə götürənlə, işlə təmin olunan arasında başqa növ şifahi və ya yazılı razılıq olduqda belə aktiv şəkildə verməlidir.
Qeyri-formal şəkildə işləyən insanlar qeyri-bərabər şəraitdə işlədikləri üçün əməli addımlar atılmalıdır. Dövlətin vərəndaşın qayğısına qalması, ona sistemli, təşkilatlanmış sosial müdafiə təklif etməsi son dərəcə əhəmiyyətlidir, əks təqdirdə, vətəndaşlar qeyri-formal sektorda yenə də işləməli olacaq, yenə də yoxsulluqda, sosial müdafiədən, əlavə mənfəətdən və iqtisadi sabitlikdən kənarda qalacaqlar.
Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.
Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.