Sosial müdafiə sxemlərinin məqsədi ictimaiyyətin müdafiə olunmayan üzvlərinə, onların güclənməsi, yoxsulluğun öhdəsindən gəlməsi və əmək bazarında ləyaqətli şəkildə iş tapmaları üçün yardım göstərməkdir.
Beynəlxalq Əmək Təşkilatının verilmişlərinə əsasən, 2020-ci ilin vəziyyətilə, qlobal əhalinin 47%-i minimum bir sosial müdafiə güzəştilə əhatələnmişdi. Həmin güzəştlərdən istifadə edənlərin əksəriyyəti Amerika və Avropa qitəsində yaşayanlardır. Bu heç də təəccüblü deyildir, çünki tarixən güclü milli sosial təhlükəsizlik sistemlərinin təşəkkülü uzunmüddətli bir prosesdir və onun kamil, dayanıqlı inkişafına vaxt və düzgün, vətəndaşlara uyğunlaşdırılmış, siyasi addımlar lazımdır.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Gürcüstanda yoxsulluq əhəmiyyətli problemlərdən biri olaraq qalır. Bunun fonunda, ölkədə sosial cəhətdən müdafiəsi olmayan statuslu insanların sayı böyükdür. 2023-cü ilin birinci rübünün verilmişləri ilə, ölkə əhalisinin 17.4%-i sosial müavinət alır. Beləliklə, sosial yardımlar sisteminin təhlili bizə həmin sistemin necə işləməyini öyrənməkdə kömək edəcəkdir.
Rəyimiz
Ölkədəki sosial yardım sistemi qüsurludur və kamil deyildir. Nəticədə, o sosial cəhətdən müdafiə olunmayanların yoxsulluq səviyyəsini azaltmır. Bunu statistika da təsdiqləyir. Müxtəlif xidmətləri göstərdikdə onun əlçatımlılığı yalnız xallarla müəyyənləşdirilməməlidir, qiymətləndirmə sistemi isə daha da təkmilləşməlidir, çünki bir çox illik təcrübə qüvvədə olan qiymətləndirmə sisteminin dərhal köməyə ehtiyacı olan insanları bir çox hallarda sosial müdafiədən kənarda qoyur.
Beynəlxalq praktika və yanaşmalar
2012-ci ildə BMT „Sosial Müdafiə üzrə Minimum Hədd“ konsepsiyasını qəbul edir. İctimaiyyətin bütün üzvlərinin, xüsusilə də müdafiə edilməyən kütlələrin, sosial müdafiəyə əlləri çatmalıdır. Bu əsasən iki komponentə əsaslanır:
- Müvafiq məbləğ ödəməklə sosial dəstəyin baza paketi və
- Səhiyyə, təhsil, qida, yaşayış yeri kimi vacib ehtiyaclar və sosial xidmətlərin fundamental səviyyələrini təmin etmək.
Dünya miqyası ilə, sosial müavinətlərlə bağlı müxtəlif tipli yanaşmalar və metodologiyalar mövcuddur, onların vasitəsi ilə qəbul edən kütləni eyniləşdirmək, dəstək çərçivələrini ölçmək mümkündür. Aşağıda bir neçə, geniş şəkildə yayılmış yanaşmanı sizə təqdim edirik:
- Ehtiyacı müyyənləşdirən test (means test) - Bu metodun başlıca ideyası fərdin və yaxud, bir ailənin maliyyə vəsaitələrinin və gəlirlərinin səviyyəsini qiymətləndirməkdir. Qiymətləndirmə sayəsində kimə daha çox kömək lazım olduğunu aşkar edirlər. Bu metoddan hökumətlər və sosial rifah agentlikləri pul vəsaitləri, ödənişsiz qidalanma, yaşayış yerinin subsidiyalaşdırılması və ya səhiyyəni qarşılamaq üçün istifadə edirlər.
- Kateqoriyalara görə yardım- Bəzi proqramlardan konkret kateqoriyalara və ya kütləyə mənsub olan şəxslər, məsələn yaşlılar, sağlamlıq imkanları məhdud şəxslər, tənha valideynlər və s. üçün istifadə edilir. Bu yanaşma demoqrafik xüsusiyyətlərə əsaslanır, gəlirlərə deyil. Bu halda Means test-dən istifadə edilmir.
- Şərtə bağlı dəstək - bu yanaşmaya əsasən, Dövlətlər ailələrə və fərdlərə yalnız onlar konkret meyarları və tələbləri təmin etdikdə kömək edirlər. Bu şərtlər, bir qayda olaraq, insan kapitalının inkişafına dəstək verən əməlləri nəzərdə tutur, məsələn: yardım alanın uşaqlarını məktəbə aparmaq öhdəliyi, mütəmadi tibbi yoxlanışdan keçməsi və ya qabaqlayıcı səhiyyə ölçüləri almalı. Bu yanaşmanın əsas məqsədi, yardım alanların rifahlarını və gələcək perspektivlərini gücləndirəcək davranışlarını təşviq etməkdir.
- Universal bazis gəlirləri - Bu sosial rifah konsepsiyasıdır, o ölkənin hər bir vətəndaşı və ya sakini üçün, onların gəlirləri, işlə təmin statusu və ya demokrafik amillərinə baxmayaraq, pul müavinətlərini nəzərdə tutur. Lazım gəldikdə ehtiyacları müəyyənləşdirən proqramlardan fərqli olaraq, hansılar ki, yalnız konkret gəlir və/ya ehtiyacı olan şəxsləri əhatə edir, bu yanaşma, sadə bir çıxış kimi, müyyən coğrafi arealda hamı üçün mütəmadi və ardıcıl pul dəstəyini təklif edir.
Sistemlərin ümumi tənqidi
Hədəf sistemlər fərdləri və ya daxili təsərrüfatları bir çox hallarda kənarlaşdırır, çünki onlar ehtiyac içində olsalar da, konkret meyarları təmin etməyə bilərlər. Bu isə onların sosial kənarlaşdırılmasına və bərabərsizliyin dərinləşməsinə səbəb ola bilər.
Ehtiyacları müəyyənləşdirən test halında (means test), sərt məhdudiyyətlər effektsiz ola bilər ki, buda müxtəlif daşınmaz və daşınar əmlak mülkiyyətçisi olmaqla şərtlənə bilər. Bundan əlavə, o inzibati cəhətdən yüklü bir prosesdir, bu isə daha çox bürokratiya tələb edir. Nəticədə, faydaların çatdırılmasını effektsiz edə və gecikdirə bilər. Habelə, benefisiyarın konkret olaraq hansı növ yardıma ehtiyacı olduğu da doğru qiymətləndirilməyə bilər və ya benefisiyar elə qiymət/xal ala bilər ki, zəruri yardımsız qala bilər. Gürcüstanda məhz bu sistem tətbiq edilir.
Gürcüstanda mövcud olan model
Gürcüstanda Hədəf sosial yardım, qanuna əsasən, yoxsulluğun öhdəsindən gəlmək üçün nəzərdə tutulan bir proqramdır. O, iqtisadi cəhətdən müdafiə olunmayan ailəyə pul yardımını nəzərdə tutur. Həmin müavinəti, ailə, müvafiq verilmişlər bazasında qeydiyyatdan keşdiyi təqdirdə və reytinq xalının qanunla müəyyənləşdirilmiş xaldan aşağı olduğunda alır. Yoxsulluq səviyyəsini hesablamaq üçün qiymətləndirmə (PMT) istehlak xərci, sosial-demoqrafik yerləşmə və gəlir kimi amilləri nəzərə alaraq keçirilir.
Gürcüstanda qüvvədə olan sistemə əsasən, sosial müavinət almaq səlahiyyətini müəyyənləşdirmək prosesi bir neçə pilləni əhatə edir;
- İlk növbədə, ailə nümayəndəsi, sosial müavinət tələbi ilə Sosial Xidmət Agentliyinə müraciət edir və verilmişlər bazasında qeydiyyatdan keçir.
- Sonra, sosial agent ailəni qiymətləndirmək üçün ona baş çəkir, məlumat toplayır, onu kompüter proqramına daxil edir və müvafiq verilmişlər bazalarında yoxlayır.
- Həmin verilmimşlərdən irəli gələrək, ailəyə reytinq xallar verilir. Xalların vasitəsilə müavinətin təyin edilib edilməyəcəyi müəyyənləşdirilir.
Yaşayış müavinətinin miqdarı ailə üzvlərinin miqdarı ilə müəyyənləşdirilir və yetkin yaşlı üzv üçün 30-dan 6- lari arasında məbləğ təşkil edir, 16 yaşındakı şəxs üçünsə 200 larilik dəstək müəyyənləşdirilmişdir.
Habelə, ölkədə mövcud olan sosial yardım sistemi benefisiyara bələdiyyə və mərkəzi səviyyədə fərqli yardım təklif edir. Bunlardan biri birbaşa maliyyə yardım praktikasıdır. O, Mərkəzi və ya bələdiyyə hakimiyyəti tərəfindən bir dəfəlik və ya mütəmadi şəkildə verilir. Müxtəlif tipli subsidiyaları əhatə edən və və Mərkəzi və/ya bələdiyyə hakimiyyəti tərəfindən verilən birbaşa olmayan maliyyə yardım. Bu yardımda müxtəlif xidmət də nəzərdə tutulur.
Nə kimi problemlər var?
Gürcüstanda sistemə qarşı bəslənilən ən böyük tənqid Dövlətin vətəndaşlara təklif etdiyi (Mərkəzi və bələdiyyə səviyyəsində) mövcud paketlər, benefitlərin üzərinə düşür ki, onlar kifayət və kamil deyildir. Bu insanlar daima yoxsulluq içərisində yaşayırlar və cüzi maliyyə yardımı bu statusu olan adamın iqtisadi cəhətdən varlanmasına imkan yaratmır. 2016-cı ildə, Dövlət Autid Xidmətinin rəyində oxuyuruq ki, ölkənin benefisiyarların sayını azaltmaq və yoxsulluğu aradan qaldıracaq heç bir strateji sənədi yoxudur.
Bundan əlavə, artıq illərdir ki, yoxsulluğun qiymətləndirilməsinin mövcud metodunun özü belə tənqid predmetinə çevrilmişdir. Xalları hesablayan alqoritm bir çox hallarda real olaraq dərin ehtiyac içində yaşayan ailələri sistemdən kənarda qoyur. Məsələn, evsizlər status ala bilməyən qruplardan biridirlər, çünki agentin gedib yoxlayacaq və əmlaklarını uçota götürəcək bir əmlakları yoxlarıdır.
Habelə, müxtəlif benefitlərin əlçatımlılığı da reytinq xallarına uyğun şəkildə mümkün ola bilməsi də əhəmiyyətli bir problemdir. Məsələn: ola bilsin ki, fərdə/ailəyə yalnız pul müavinəti kəsilsin, ancaq onların təhsilə, səyihhəyə və başqa xidmətlərə əlləri çatmasın. Minimal müavinətlə isə müxtəlif ilkin tələbatları təmin etmək isə mümkün deyildir.
Bundan əlavə, sosial müavinəti təyin etmə prosesi vaxt içərisində uzanmışdır. Bu isə ani, vaxtlı köməyə ehtiyaxı olan insana zərər belə verə bilər. Əgər ailə/fərd alınan reytinq xallarını şikayət etsə, bu proses ən azı bir ay davam edir və bu müddətdə onların problemləri daha da kəskinləşə bilər və yaxud, başqa xidmətlərə əlçatımlığın da xallardan asılı olduğu üçün, səhiyyə paketindən və yaxud, istənilən servisdən vaxtlı imtina etməyə bilər.
Bələdiyyə yardım proqramları da problemlidir, çünki müxtəlif xidmətlərə əlçatımlılıq bələdiyyər arasında da fərqlidir. Bu onların büdcəsindən irəli gəlir. Həssas qruplar arasında bərabərsiz imkanlar isə bərabərsizliyə səbəb olur, çünki Tbilisidə yaşayan benefsiyarın, bölgələrdə yaşayanlardan fərqli olaraq, daha çox xidmətlərə əli çatır.
Nəhayət,
Sosial Müdafiə Sisteminin başlıca qayəsi daima ehtiyac içində yaşayan insanlara sosial problemlərini həll etməkdə kömək göstərməkdir. Sosial Müdafiə Sistemi ifrat yoxsullar arasında yoxsulluğun kəskin şəkildə azalmasını, yaşayış minimumunu müvafiq sabitliklə təmin etməli və onları elə gücləndirməlidir ki, əmək bazarına yenidən qayıda bilsinlər.
Onun üçün də vacibdir ki,
Dövlət sosial müdafiə sxemlərinin əhəmiyyətinə holistik baxsın, Mərkəzi və yerli səviyyədə daha da koordinasiyalı olmalıdır ki, ictimaiyyətin müdafiə olmayan qrupları sosial müdafiədən kənarda qalmasınlar. Buna, bir tərəfdən, Qanunvericilikdə dəyişikliklər gərəkdir, ikinci tərəfdənsə, praktikada. Həmin addımlar bunlar ola bilər:
- Yaşayış müavinəti axtaranların reytinq xallarını hesablamaq üçün lazım olan qiymətləndirmə sistemi daha kompleksiv olmalıdır ki, ən həssas qruplar belə sistemdən kənarda qalmasınlar.
- Mərkəzi və bələdiyyə hakimiyyətləri arasında sağlam irtibat qurulsun. Bu resursların bərabərcə bölüşməsinə zəmin yaradacaqdır. Bununla belə, təklif edilən xidmətlərin sistemli və effektli olması lazımdır.
- Yardımın təyin olunması üçün ayrılmış vaxr azalsın. Hazırda o təxminən 3-4 ayadək davam edir, bu isə dərhal köməyə ehtiyacları olan benefisiyarlar üçün kifayət qədər böyük vaxtdır;
- Sosial cəhətdən müdafiə olunmayanlara yoxsulluğun öhdəsindən gəlməkdə, stabillik əldə etməkdə kömək edən strateji plan hazırlanmalıdır.
Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.