“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Tərcüməçi və ədalət mühakiməsinin etnik azlıqlar üçün əlçatımlı olması
February 5, 2024

Məhkəmədə məhkəmə prosesi gürcücə aparılır, dövlət dilini bilməyən şəxs üçünsə, Dövlət xərcinə tərcüməçi təyin edilir. Bu məqalədə etnik azlıq nümayəndələrinin tərcüməçi xidmətindən istifadə etdikdə nə kimi çətinlikləri olduğundan danışacağıq.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

  • Məhkəmələrə müraciət etdikdə gürcü dilini bilməmək əhalinin 33%-i üçün maneə törədir;
  • Gürcüstanın bölgələrində etnik azlıqların dilini bilənlərin iştirakı ilə keçirilən proseslərin göstəriciləri yüksəkdir;
  • Tərcüməçilərin sayı, səriştəsi və praktikada göstərilən başqa nöqsanlar etnik azlıqların ədalət mühakiməsinə əlçatımlıqda maneçilik törədən amillərdir.

Rəyimiz

Gürcü dilini bilməyən şəxslər məhkəmədə tərcüməçi xidmətindən istifadə edirlər.  Lakin, etnik azlıq nümayəndələri problemlə hələ məhkəməyə müraciət etməzdən əvvəl üzləşirlər, çünki Dövlət onlara hüquqi mübahisənin hazırlıq mərhələsində dəstək təklif etmir.

Nəyi bilməliyik?

Gürcüstanda ədalət mühakiməsinə bərabərcə əlçatımlığın əsasını Konstitusiya  təşkil edir. Konstitusiyaya görə, ədalət mühakiməsi Dövlət dilində aparılır, dili bilməyən üçünsə tərcüməçi təyin edilir. Məhkəmə prosesi zamanı dili bilməyən şəxslər üçün Dövlət xərcinə tərcüməçi xidmətindən istifadə etmək beynəlxalq aktlarla  qəbul edilmiş hüquqdur.

 Daha dəqiq deyəsk,  Gürcüstanda hakim  dili bilməyən şəxsə tərcüməçi təyin edə bilər. Tərcüməçi məhkəmə prosesinəqədərki cinayət işlərində də təyin edilir, məsələn, işin istintaq mərhələsində dindirilərkən. Tərcüməçilərin gördükləri iş cinayət,  mülki və inzibati  proseslərdə, habelə, istintaq orqanlarında,  Dövlət büdcəsindən qarşılanır.

Tərcüməçilərdən etnik azlıqlar nümayəndələrinə  izahatları, ifadələri, bəyənatları, sənədlərin məzmunu və ya hakimin qərarlarının  tərcüməsi tələb edilir.  Gürcüstan Ali məhkəməsinin izahına əsasən, tərcüməçi xidmətilə faydalanmaq yalnız məhkəmə prosesində şifahi bəyənatları tərcümə etməyi nəzərdə tutmur və sənədlərin tərcüməsinə də şamil edilir.

Problem nədən ibarətdir?

  • Məhkəməyə və ya inzibati orqana şikayət verdikdə Şəxs  tərcüməçinin xərclərini  özü ödəməli olur.  Dövlət xarici dildə hazırlanmış  və tərcüməsi  icbari olan yazılı sənədlərin haqqını da qarşılamır.
  • Bir çox hallarda tərcümə formaldır və məzmuni deyildir.  Bu lazımlı səriştəsizlikdən irəli gəlir (o cümlədən,  spesifik hüquqi terminologiyaya görə də). Tərcüməçilər kamil surətdə  tərcümə edə bilmirlər  və ya onların tərcüməsi fraqmental xarakter daşıyır;
  • Tərcüməçinin kvalifikasiyası və ya tərcümənin keyfiyyətini yoxlamaq mexanizmi əyyənləşdirilməmişdir;
  • Etnik azərbaycanlı və erməni şəxslər üçün rk rus  dili tərcüməçisinin təklif edilməsi halları da tez-tez baş verir.  Bu isə onların ehtiyacları üçün uyğun deyildir.

Tərcüməçiləri linqvist, dil mediatorları da adlandırırlar.  Onlar dili bilməyən və prosesin başqa iştirakçıları, hakimlər arasında məlumat ötürücüləridirlər.  Beləki,   səriştəli tərcümə prosesin məzmununu mahiyyətcə anlamaq və prosesdə adekvat şəkildə iştirak etmək üçün həlledici bir əhəmiyyətə malikdir. Qüsurlu tərcümədə etnik azlıqlar üçün hüquqi dəstəyin  zəruriliyi məsələsi daha kəskin şəkildə olur və buna növbəti məqalədə toxunacağıq.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Bi rləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. qalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
ნინა ჩიხლაძე
Nina Çixladze
Hüquqşünas
სოფო ვერძეული
Sopo Verdzeuli
Şərikli təsisçi, Hüquq siyasəti istiqaməti redaktoru