“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Etinasızlıq, repressiya və cəza – Sosial etirazlara cavab olaraq
September 9, 2024

Bu gün ölkədə bir çox aktiv sosial etiraz ocağı mövcuddur, xüsusilə də Tbilisidə, Mexanizasiya küçəsində “Evolution Georgia”da işçilərin iki aydan artıq davam edən tətilini qeyd etmək lazımdır, ikinci ocaq isə Şukreti kəndidir, burada sakinlər 180 gündür ki, “Georgian Manganese” şirkəti tərəfindən vurulmuş ziyanın ədalətli şəkildə ödənilməsini tələb edirlər.

Hər iki etiraz ocağı radikal etiraz formalarına əl atır, istər aclıq aksiyası, istərsə də dodaqların tikilməsi olsun, lakin dövlət tərəfindən susqunluq hökm sürür, şirkətlərdən və ya işəgötürəndən danışmağa isə dəyməz.

Son dövrlərdə hakimiyyət bir sıra qeyri-demokratik addımlar atmaqla yanaşı, sosial etirazlara qarşı münasibətini də dəyişib. Əgər əvvəllər, heç olmasa zahirən, problemlərin həllinə cəhd edirdisə, indi bu cəhdlər daha da azalıb, o, tamamilə susqunluq siyasətini seçib, digər tərəfdən isə nümayişçilərə qarşı repressiv tədbirlərə əl atır.

Mən niyə bu məsələ ilə maraqlanmalıyam?

Tətillər və sosial etirazlar əsasən işçilərin maraqları ilə bağlıdır, lakin tez-tez öz yaşayış mühitini qorumaq məqsədilə başlanan etirazlar da olur. Məqsədləri fərqli olmasına baxmayaraq, tələbləri tez-tez oxşar olur, tətillər bərabərlik və daha yaxşı şərtlərin əldə edilməsi ilə bağlı olur. Tətillərin əsas səbəbləri ölkənin sosial-iqtisadi çağırışlarını əks etdirir və həm işəgötürənlər və işçilər, həm də hökumət və vətəndaşlar arasında dialoqun çatışmazlığını göstərir.

Son dövrlərdə daha çox hallarda etiraz iştirakçıları aclıq aksiyaları və dodaqların tikilməsi kimi radikal etiraz formalarına müraciət edirlər. Adətən bu, onların tərəfindən hakimiyyətin, şirkətlərin və işəgötürənlərin diqqətini cəlb etmək üçün son çarədir.

Mənim şərhim: Gürcüstanda əmək münaqişələrinin uzun bir tarixi var. "Evolution Georgia" işçilərinin tətili, Şukreti, Zodi və Baldi sakinlərinin etirazları açıq şəkildə göstərir ki, dövlət bir tərəfdən böhranları etinasızlıqla qarşılayır, digər tərəfdən isə repressiv və cəza xarakterli metodlardan istifadə edir. Bu, təkcə nümayişçilərin hüquqlarını pozmur, eyni zamanda sosial bərabərsizlik mühiti yaradır ki, bu da nəticə etibarilə ölkənin sosial sabitliyinə təhlükə yaradır.

Aktiv etirazlar

"Evolution Georgia" tətili

2024-cü ilin iyul ayında "Evolution Georgia"da 4,000-dən çox işçi əmək şəraitinin pisləşməsi və menecmentin ayrı-seçkilik xarakterli davranışına qarşı tammiqyaslı tətilə başladı. İşçilər maaşların artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını, ayrı-seçkilik xarakterli davranışların dayandırılmasını və iş yerində təhlükəsizliyin daha yaxşı təmin olunmasını tələb edirdilər.

Tətillin əsas səbəbi əmək şəraiti və menecmentin təhqiramiz münasibəti oldu, bu da ayrı-seçkilik xarakterli şərhlərin yayılmasından sonra daha da kəskinləşdi. İşçilər şikayətlənirdilər ki, iş mühiti təhlükəlidir, gigiyenik standartlar uyğun deyil, infrastruktur qeyri-qənaətbəxşdir və maaşlar kifayət qədər deyil. Həmçinin, studiyalarda havalandırma və temperaturun tənzimlənməsi ilə bağlı problemlər də kəskinləşmişdi.

Tətil başladıqdan sonra "Evolution Georgia" işçilərin iddialarını qismən rədd etdi və problemlərin həlli üçün daxili araşdırma aparacağını bəyan etdi. Lakin şirkətin reaksiyası hələ də tətilçilərin tələblərini təmin etmədi, bu isə münaqişənin daha da dərinləşməsinə səbəb oldu. Gürcüstanın Xalq Müdafiəçisi Aparatı şirkəti əmək hüquqlarına hörmət etməyə çağırdı, lakin hökumət nümayəndələri və siyasi partiyalar hələ də yaranmış vəziyyətlə maraqlanmayıblar.

 Şukreti sakinlərinin davam edən etirazları

2024-cü ildə Şukreti kənd sakinləri bölgədə manqan çıxaran "Georgian Manganese" şirkətinə qarşı etirazlarını yenidən başladılar.  Onlar illərdir ki, kompensasiya və real kömək tələb edirlər, çünki manqan çıxarılması səbəbindən evlər uçur və torpağın quruluşu zədələnir.

Əhali mədənlərin girişləri qarşısında çadır qurdu və etirazçılar aclıq aksiyası elan etdilər ki, səslərini cəmiyyətə və hakimiyyətə çatdırsınlar. Ancaq məhkəmə faydalı qazıntıların mədən hasilatı fəaliyyətinə hər hansı formada “mane olmağı” qadağan etdi.

Şirkətin bəzi ailələrə kompensasiya verildiyi ilə bağlı açıqlamalarına baxmayaraq, etirazçılar bunun həqiqətə uyğun olmadığını iddia edir və ədalətli hesablanmış kompensasiyanın alınmasını tələb edirlər. Əhali hələ də hökumətin müdaxiləsini tələb edir, lakin indiyədək real addımlar atılmayıb. Əksinə, bu ilin iyul ayının sonunda etirazda iştirak edən 3 şəxsə prokurorluq tərəfindən qrup hərəkətinin təşkilində və ona fəal qatılmaqda ittiham irəli sürüldü, bu da müəssisənin fəaliyyətinin pozulmasına səbəb oldu.

Şukreti etirazı manqan çıxarılması ilə bağlı ciddi sosial və ekoloji problemləri əks etdirir, lakin münaqişə illərdir həll olunmamış qaldığı üçün dövlətin iştirakının olmaması ciddi şəkildə tənqid olunur.

Baldi  Kanyonunu xilas etmək üçün başlayan etirazlar

Baldi kanyonunu, kənd əhalisindən gizli şəkildə, dövlət uzun illər boyunca şübhəli razılaşma əsasında özəl şirkətə verib. Kanyon üzrə planlaşdırılan işlər təbiət abidəsinin görünüşünü geri dönməz şəkildə dəyişdirəcək və onun əsas məqsədini məhv edəcək. Layihədə təbiətin unikal abidəsinin betonlaşdırılması, roller attraksionu, kənar yollar, körpülər və mənzərə meydançalarının tikilməsi nəzərdə tutulur.

Bütün bunların fonunda, Baldi kəndində yerli sakinlər çadır qurublar və 10 ay ərzində dövlətin bu qərarına etiraz edirlər. Protestə reaksiya vermək əvəzinə, artıq iki aydır ki, Baldi kanyonunun mühafizəçisi İndiko Bjalava təhdid ittihamı ilə həbsdədir.

Zodi kəndini xilas etmək üçün etiraz

Çiaturada, Zodi kəndində yerli sakinlər manqanzin çıxarılmasına qarşı gəlirlər, çünki bunun kənddə ekoloji fəlakətə səbəb olacağını düşünürlər. Artıq iki ildən bəri həm yerli özünüidarəetməyə, həm də mərkəzi hakimiyyətə səslərini çatdırmağa çalışırlar, lakin bu nəticəsizdir. 24 və 25 iyun tarixlərində hərəkatın iki üzvünə hücum olub. İstintaq nəticəsində hələ heç kimi həbs etməyiblər.

Bununla yanaşı, 

Dövlətin vəzifəsi sosial problemlərin həlli və demokratik dialoqun təşviqidir, o, tez-tez protestlərə etinasız yanaşır və eyni zamanda, onlarda iştirak edən şəxslərə qarşı cəzalandırıcı metodlar, məsələn, nümayişçilərin həbs edilməsi və etirazların zorakılıqla yatırılması prossesini tətbiq edir. Belə münasibət yalnızca münaqişələri azaltmır, əksinə, sosial bərabərsizlikləri artırır və nəticədə ölkənin demokratik sabitliyinə təhlükə yaradır.

Məqalə hazırlanmışdır
ომარ გორდეზიანი
Omar Qordeziani
Sosioloq
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru