Yaşayış minimumu insana ləyaqətli yaşaması üçün minimum məbləğdir. O, Dövlətin müxtlif proqramlar və sosial siyasət üzərində işlədiyində istifadə etməli olduğu bir növ oryentirdir.
Bu mövzu ilə niyə maraqlanmalıyam:
- Gürcüstanda 175 000-dək ailə Dövlətdən sosial müavinət alır. Bununla belə, faktiki olaraq minimum əmək haqqı anlayışı yoxdur və bir çox işləyən və yaxud, özünüməşğulluqla məşğul olan insan olduqca kiçik maaş alır.
- Həmin vəziyyəti Covid-19 pandemiyası daha da ağırlaşdırmışdır. Həmin dövrdə inflasiya göstəricisi artdı və nəticədə qiymətlər də yüksəldi.
- Son illərdə, inflasiya ucbatından, Dövlət tərəfindən hesablanan yaşayış minimumu 206 laridən 241 lariyədək artdı.
Rəyimiz:
Sosial siyasəti müəyyənləşdirərkən xüsusi diqqət yaşayış minimumu göstəricisinə verilməlidir, lakin bu gün Dövlət həmin məlumata ya ümumiyyətlə söykənmir və yaxud, söykənsə də olduqca fraqmental şəkildə söykənir. Məsələn, bu gün minimal maaş 20 laridir, hansı ki hazırkı mübahisəli və nöqsanlı yaşayış minimumunun 8%-dir.
Nəyi bilməliyik?
Gürcüstan Qanunvericiliyi ilə yaşayış minimumu insanların minimal fizioloji və sosial ehtiyaclarını qarşılamalıdır.
- Yaşayış minimumunda iki komponent var: qida və başqa zəruri məhsullar;
- Beləliklə, o bunları eytiva etməlidir: adekvat qidalanmağı, yaşayış yerini, kommunal və tibbi xərcləri, qeyri-qida məhsulları, onların nəqlini.
Dövlət yaşayış minimumdan nə üçün istifadə etməlidir?
Yaşayış minimumunun təyinatını, funksiyalarını və hədəfini qanun təsvir edir. Qanuna əsasən yaşayış minimumu sosial siyasət aparmaq üçün istifadə edilməlidir, daha konkret:
- Maaşlar, təqaüdlər və başqa müavinətlərin minimal miqdarını müəyyənləşdirmək üçün;
- Sosial cəhətdən müdafiə edilməyən insanlar üçün Reytinq xallarını hesablamaqdan ötrü;
- Minimal gəlirləri müəyyənləşdirmək üçün.
Lakin Dövlət bunu etmir.
Məsələn: Gürcüstanda minimal təqaüd 260 laridir, bu isə o deməkdir ki, təqaüd hazırkı yaşayış minimumu ilə çox yaxındır.
- Təqaüdçülərin yüksək tibb xərclərini və təqaüdçülərin yarısının (400 mindən çox təqaüdçünün) təqaüd krediti aldığını nəzərə alsaq belə çıxır ki, təqaüdçülərin böyük hissəsinin aylıq gəliri yaşayış minimumundan aşağıdır.
Habelə: Dövlət minimal maaşı hələdə 1999-cu ildə Prezidentin əmrnaməsilə tənzimlənir və o, absurd bir məbləği, ayda 20 larini nəzərdə tutur.
Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.