“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Yaşayış yeri hüququ – Benyəlxalq reqlamentlər və standrtlar necədir?
July 9, 2024

Müvafiq yaşayış yeri hüququ fundamental hüquqdur, o beynəlxalq sazişlərlə   möhkəmlənmişdir.  Buna baxmayaraq, onun müdafiəsi, bir çox hallarda, çağırışlarla bağlıdır.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Beynəlxalq səviyyədə yaşayış yeri hüququnun necə qorunduğunu və ptraktikada nə kimi təcrübələrin olduğunu bilməyimiz əhəmiyyətlidir.

Rəyimiz

Yaşayış yeri hüququnun müdafiəsi sosial problemlərin əhəmiyyətli hissələrindən biridir. Həmin hüququn realizəsi insanı yoxsulluq və ləyaqəti tapdalayacaq şəraitlərdən qoruyur.

Nəyi bilməliyik?

Müvafiq yaşayış yeri hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsi;   Sosial, iqtisadi və mədəni hüquqlar haqqında beynəlxalq Pakt; Uşaqların hüququ barədə Konvensiya, Sağlamlıq imkanları məhdud şəxslərin hüquqları Konvensiyası və s. kimi sazişlərlə zəmanət almışdır;

Bu hüquq  nəinki  sığıncaqla təmin etməyi, habelə konkret bir yerdə təhlükəsiz, sakit və ləyaqətli yaşamağı da nəzərdə tutur. Bununla yanaşı: mülkiyyətin müdafiəsi; xidmətlərin əlçatımlığı; qiymətin əlçatımlığı; yaşamaq üçün yararlı olması; əlçatımlığı; lokasiyası və ərazi əlçatımlığı; mədəni müvafiqliyi kimi komponentləri özündə ehtiva edir.

Müvafiq yaşayış yeri hüququ başqa hüquqlardan təcrid edilərək müzakirə edilməməli və insan ləyaqətinin toxunulmazlığını, yaşamaq hüququnu, ayrı-seçkiliyi qadağan etməyi və başqa hüquqları  nəzərə alaraq izah edilməlidir. Məsələn, həyat hüququnun müdafiəsi dövlət tərəfindən elə bir tədbirlərin həyata keçirilməsini nəzərdə tutur, hansı ki, insanın həyatı üçün təhlükə ehtiva edən çağırışları özündə əhatə edir.

Məsələn evsizlik bu qəbildən ol bilər. Konkret tədbirlər isə fərdin həyati məna kəsb edən və  qida, su, sığıncaq, səhiyyə və s. kimi ölçüləri əhatə edən ölçüləri, habelə sosial mənzil proqramlarını əhatə edir.

Habelə, nəzərə almaq lazımdır ki, İqtisadi, Sosial və Mədəni hüquqlar Komitəsinə əsasən, Dövlət  yaşayış yerləri olan şəxslərə o cür dəstək verməlidir ki, nəticədə onların gəlirləri mənzil xərcləri ilə münasibətdə yaşayış əlçatımlığı üçün lazım olan subsidiyaları təyin edə bilsin.

Bununla belə, Sosial, İqtisadi və Mədəni hüquqlar üzrə Pakt dövlətlərin öhdəliklərini həmin hüququn mütərəqqi realizəsi kontekstində müəyyənləşdirir. Lakin, eyni zamanda, məqsədyönlü və konkret addımların vaxtlı  atılmasını nəzərdə tutur.

 Bundan əlavə,  

Yaşayış yeri üzrə hüququ Beynəlxalq Regional sazişi də müəyyənləşdirir, daha konkret, Avropa Sosial Xartiyası. 31-ci maddəyə əsasən, tərəflərin bu kimi hədəfləri güdən ölçüləri götürmək öhdəlikləri var:

  • Müvafiq yaşayış yeri ilə təmin etmək;
  • Mənzilsizlik problemlərindən yayınmaq və tədricən aradan qaldırılması üçün yumşaldılması;
  • Kifayət qədər vəsaitləri olmayan şəxslər üçün əlçatımlı qiymətlərinin təmin edilməsi.

Gürcüstanın Xartiyaya 2005-ci ildən qoşulmasına baxmayaraq, bu maddənin yerinə yetirməsi üzrə öhdəlik götürməmişdir.  Bu isə həmin məsuliyyətə dövlətin necə bir münasibət bəsləməsindən bəhs edir.

Habelə,

Başqa-başqa ölkələrin konstitusiyalarında yaşamaq yeri hüququ əks etdirilmiş və hər bir vətəndaşın bu hüquqa malik olduğu, dövlətin isə onu təmin etmək öhdəliyi olduğu izah edilmişdir.

Məqalə hazırlanmışdır
ნინო ხელაძე
Nino Xeladze
Sosioloq
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas