“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Emosional qütbləşmə vətəndaşların maraqlarını təkzib etməyə gətirib çıxarır
September 11, 2023

 Siyasi qütbləşmə kəskin şəkildə fərqli baxışları olan insanların qarşıdurmasına, o cümlədən təzadlı hisslərin gücləndirilməsinə səbəb olur. O, qruplar arasında normal kommunikasiyanı korlayır və strateji əhəmiyyətli məsələlər  üzərində razılığa gəlməyi qeyri-mümkün edir. Qarşıdakı məqalədə qütbləşmənin əhəmiyyətini, onun şəkillərini, demokratiya üzərində nə kimi təsiri olduğunu qısaca müzakirə edəcəyik.  

Bu mövzu məni niyə maraqlandırmalıdır?

 Gürcüstanda emosional qütbləşmə məsələsi kəskin şəkil almışdır. Bu partiyalar arasında bariz qarşıdurmada özünü göstərir.  Qütbləşmənin öhdəsindən gəlmək ölkəmizin avropa inteqrasiyası yolundakı şərtlərindən biridir.

 Rəyimiz

Emosional qütbləşmə Gürcüstanın kövrək demokratiyası üçün bir təhlükədir. O, bizə inkişaf, normal siyasi rejimə qayıtmaq və ictimaiyyət üçün maraqlı məsələlər üzərində işləmək imkanı vermir.

Siyasi qütbləşmənin hansı şəkilləri məlumdur?

 Qütbləşmə müasir demokratiya böhranlarından danışarkən əsas məsələni təşkil edir. Qütbləşməyə bütün dünyada, müxtəlif şəkildə və miqyasda, rast gəlirik.    Qütbləşmə həm möhkəm, həm də formalaşmaqda olan demokratik sistemlər üçün eyni dərəcədə əhəmiyyətli problemdir. 

Siyasi qütbləşmənin iki növünü bir-birindən fərqləndirirlər:

İdeoloji qütbləşmə fundamental dəyərlərə qarşı çıxmağı nəzərdə tutur. 

Affekt/emosional qütbləşmə şəraitində  siyasi elitaların mövqelərini aydın ideoloji nəzər deyil, şəxsi münaqişələr formalaşdırır. 

İdeoloji qütbləşmənin bir nümunəsi kimi partiyaların miqrantları qəbul etmək məsələsində tərəfdarlara və əlehydarlara ayrılmalarını göstərə bilərik. Bu cür ayrılmalarda milli əhəmiyyətli məsələlərdə  tərəflər radikal şəkildə fərqli mövqelərə malikdirlər.  

Affekt/emosional zəmində qütbləşmə zamanı siyasi qruplar arasındakı qarşıdurmalar, bir qayda olaraq, şəxsi olur və xalq üçün əhəmniyyətli məsələlər barəsindəki fərqli mövqelərdən irəli gəlmir. Beləliklə, dövlət əhəmiyyətli məsələlərlə bağlı siyasi qrupların fəallığını ləngidir, aksenti tamamilə şəxsi  qarşıdurmaların üzərində qoyur.  

Qütbləşmə seçicinin davranışına da təsir bağışlayır. Bu vaxt vətəndaş seçimi konkret partiyaya bəslədiyi rəğbətə görə deyil, rəqib partiya ilə müqaviməti əsasında etməli olur. Bundan irəli gələrək,  qütbləşməyə həm partiyalar, həm də seçicilər arasında rast gəlmək olur. Bu cür təsnifata görə, elitar və xəlqi/kütləvi qütbləşmə arasındakı qütbləşməni bir-birindən fərqləndirirlər: 

Elitar qütbləşmə vaxtı qarşıdurmaya siyasi elitalar səbəb olur.  

Kütləvi qütbləşmənin miqyası isə daha genişdir. O, qarşıdurmanı xalq arasında daşıyır, konkret məsələ ilə bağlı müqaviməti ictimaiyyətin üzvləri arasında alovlandırır.  

Elitar və kütləvi qütbləşmə müstəqil və ya qarşılıqlıtəsir əsasında əmələ gəlir.  Elitar qütbləşmə ola bilsin ki, kütləvi qütbləşməyə səbəb olsun və ya əksinə,  kütləbvi qütbləşmənin nəticələri siyasi münasibətlərdə özünü büruzə versin.  

Məqalə Heynrix Böll Fondunun Tbilisi Ofisinin dəstəklədiyi “Gürcüstanda inklüziv və konsensusaəsaslanmış siyasi mühitin dəstəyi” layihəsi çərçivəsinə hazırlanmışdır. Məqalədə söylənilən fikirlər “Komentara” aiddir və ola bilsin ki, Heynrix Böll Fondunun Tbilisi Ofisinin baxışlarını əks etdirməsin.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru