Ədalət mühakiməsi əlçatımlılığı müasir hüquqi nizamın mərkəzi konsepsiyası və fundamental hüququdur. Onsuz başqa hüquqların realizəsi faktiki olaraq qeyri-mümkündür.
Bu mövzu ilə niyə maraqlanıram?
Ədalət Mühakiməsinə əlçatımlılıq həm qlobal, həm də lokal problemdir. Dünya miqyası ilə təxminən 4.5 milyard insan qanunvericiliklə verilmiş hüquqlar və imkanlardan istifadə etməyi bacarmır. Ədalət mühakiməsinin əlçatımlılığına Avropa İttifaqı və Gürcüstan arasında bağlanan assosialaşdırmanın gündəliyi də diqqət verir.
Rəyimiz
Ədalət mühakiməsinə əlçatımlılıq konsepsiyası yalnız məhkəməyə və ya hüquqi yardıma əlçatımlılıq imkanlarını nəzərdə tutmur. Onu habelə qanunun aliliyi, sosial və ictimai idarəçilik kontekstində anlamalıyıq. Həmin konsepsiya bütün hüquqi sistemin (o cümlədən, məhkəmənin, hüquqmühafizə orqanlarının, prokurorluğun və s-nın) demokratik səhmana salınmasını nəzərdə tutur.
Ədalət mühakiməsinə əlçatımlılıq məfhumu
Ədalət mühakiməsinə əlçatımlılıq geniş siyasi-hüquqi konsepsiyadır. O, hüquqi ehtiyacların araşdırılmasını və əhalinin perpektivindən təhlilini tələb edir (yəni aşağıdan yuxarı).
Daha konkret olaraq, bu konsepsiya nəzərdə tutur ki:
- Hüquqi sistem hamı üçün eynicür əlçatımlı olmalıdır;
- Hüquqi sistem fərdi, habelə sosial ədalətin nail olunmasına imkan yaratmalıdır.
Ədalət mühakiməsinə əlçatımlılığın elementləri
Ədalət mühakiməsinə əlçatımlılığın 6 elementini fərqləndirirlər:
- İnsan hüquqlarına uzlaşmış, demokratik, hüquqi qanunvericilik;
- Hüquqi bilik;
- Hüquqi yardım və məsləhətləşmə;
- Hüquqi institutlara əlçatımlılıq;
- Hüquqi və tərəfsiz proses;
- Qərarın icrası.
Ədalət mühakiməsinə əlçatımlılığın qarşısındakı sədlər
Ədalət mühakiməsinə əlçatımlılığı ləngidən amillərin araşdırılması mərkəzi əhəmiyyət daşıyır. O, ədalət mühakiməsi sisteminin daxili problemlərini (Funksional sədlər) və bir sıra struktur xarakterli sədləri üzərə çıxarır. Misal üçün: sistemin elitalılığı, sosial bərabərsizlik və s.
Ədalət mühakiməsinə əlçatımlılığın qarşısındakı maneələr:
- İnstitusional və qanunvericilik sədləri;
- Hüquqi təfəkkürlə bağlı maneələr;
- Fiziki, infrastruktur və coğrafi maneələr;
- Maliyyə maneələri;
- Sosial və mədəni maneələr.
Hər birini nəzər almaq ədalətə əlçatımlılığın ümumi mənzərəsini təsəvvür etmək üçün zəruridir.
Məqalə Komentar tərəfindən USAID Hüququn Aliliyi Proqramının dəstəyilə hazırlanmışdır. Proqram Şərq-Qərb İdarə İnstitutu (EWMI) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsilə hazırlanmışdır. Məqalənin məzmunu üzrə tamamilə Komentarın üzərindədir və məqalədə söylənilən düşüncələr yuxarıda adı çəkilən beynəlxalq təşkilatının nəzərlərini əks etdirməyə bilər.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.