“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Etnik azlıqlarda məktədə qədər təhsilin əhəmiyyəti
February 26, 2024

Məktəbəqədər təhsilin ümumiliyi və hamılıqlı əlçatımlılığı Qanunvericiliklə qorunur. Buna baxmayaraq, Gürcüstanda uşaq bağçalarına məktəbəqədər yaşlı uşaqların yalnız 72% gedir, halbuki, avropa hədəf həddi 95%-dir.  Bununla belə, BMT Uşaq Fondunun 2018-ci il verilmişlərilə, etnik azlıqların nümayəndələri olan uşaqlar arasında məktəbəqədər müəssisələrdəki sayı sadəcə 33% təşkil edirdi.

 Bu mövzu ilə niyə maraqlanmalıyam?

Məktəbəqədər təhsil yeniyetmələrin dil, koqnitiv, sosial bacarıqlarının inkişafı üçün çox əhəmiyyətlidir və məktəbə hazırlığı əhəmiyyətli dərəcədə müəyyənləşdirir. O, habelə, təhsililin növbəti mərhələsində tədris davamiyyətinə, valideynlərin, xüsusilə də qadınların işlə təmin edilməsinə böyük təsir göstərir.

Rəyimiz

Məktəbəqədər təhsil uşaqlar üçün bərabər imkanlar yaradır. Uşaq bağçalarının kifayət etməyən sayı, nəqliyyatın məhdud imkanları ilə birlikdə, çoxdandır ki, etnik azlıqlarla məskunlaşmış bölgələrdə bir problemdir.

Etnik azlıqlarla məskunlaşmış bölgələrdə məktəbəqədər təhsil

Uşaq bağçaları

Son illərdə, etnik azlıqlarla məskunlaşmış bölgələrdə uşaq bağçalarının sayı azda olsa artmışdır. 2017-2018-ci illərdə, bütün bu cür bələdiyyələrdə ümdə, 188 uşaq bağçası fəaliyyət göstərirdi. 2021-2022-ci illərdə bu say 203-dəkdir.

Marneuli bələdiyyəsində vəziyyət pisləşdi, misal üçün son 6 ildə, (2017-2023) bağçaların sayı 7 ilə azaldı. Habelə,  2021-2022-ci illərdə uşaq bağçalarında uşaqların sayı dramatik şəkildə azalmışdır (613-lə az azyaşlı) və  azalma təmayülü (22-lə daha az azyaşlı 2023-cü ildə də davam etdi). Bu verilmişlər xüsusilə diqqətəlayiqdir, çünki etnik azlıqlarla məskunlaşmış bələdiyyələr arasında ən çox  əhali  məhz Marneulidə yaşayır. Burda yaşayanların 84% etnik azərbaycanlıdır.  Daya aydın şəkildə izah etsək,  1 şəhərin və  84 kəndin yerləşdiyi  bələdiyyədə   yalnız 14 uşaq bağçası fəaliyyət göstərir, burdan üçü Marneuli şəhərində yerləşsə də onlardan ikisi fəaliyyət göstərmir.

Uşaq bağçalarının sayı Axalkalakidə də azalmışdır. Doğrudur orda yalnız bircə uşaq bağçası bağlanıb, lakin, vəziyyət yenə də diqqətamizdir.  Bələdiyyədə 1 şəhər və 64 kənd yerləşir, uşaq bağçlarının sayı isə 15-dir, burdan üçü isə Axalkalaki şəhərində yerləşir.

Daha detallı

Bəzi bələdiyyədə uşaq bağçalarına paralel olaraq məktəb hazırlıq qrupları/alternativ məktəbəqədər təhsil müəssisələri - Gün mərkəzləri fəaliyyət göstərir (Məsələn, Bolnisi, Dmanisi və Axalkalaki bələdiyyələrində).  Bu kimi qrupların mövcudluğu alqışlanmalı olsa da, uşaq bağçalarını kamil surətdə əvəz edə bilməz və məktəbəqədər müəssisələrinin tikilməsinə keçid, müvəqqəti tədbir kimi qəbul edilməlidir.

 

Nəzərə almaq lazımdır ki, əlavə bağçaların tikilməsi, bələdiyyələr tərəfindən ötürülən məlumata görə, tez-tez planlaşdrılır,tikilməsi sürür və ya yeni tamamlanmış və fəaliyyətə başlamasını gözləyir. əsas odur ki, bu yalnız plan kimi qalmasın və bu istiqamətdə addımlar vaxtlı atılsın.

Nəqliyyat vasitələri ilə daşımaq

Gürcüstan əhalisinin 44% məktəbəqədər təhsilin əlçatan olmasına maneçilik törədən amil kimi uzaqlığı və kənddə uşaq bağçasının olmadığını göstərir.  Bu problemin həll yollarından biri yerli özünüidarəetmə tərəfindən uşaqların nəqliyyat vasitəsilə daşımasını təmin etməkdir.

Etnik azlıqlarla məskunlaşmış bələdiyyələr tərəfindən verilən məlumata əsasən, onlardan bəzisi uşaqları bir ya bir neçə istiqamətə aparır (Bolnisi, Tetritsğaro, Axalkalaki, Axaltsixe, Saqareco). Lakin, etnik azərbaycanlılarla məskunlaşmış bələdiyyələrdə vəziyyət xüsusilə ağırdır (Məsələn, Marneuli, Dmanisi, Qardabani bələdiyyələrində nəqliyyat vasitələri təyin edilməmişdir). Burda uşaq bağçalarının azlığı ilə birlikdə, son illərdə uşaqların da sayı azalır. Bu da nəqliyyat vasitələrilə əlaqəli problemlərdən də irəli gələ bilər.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. qalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru