Qlobalizasiya şəraitində, milli iqtisadiyyatlar kənar şoklara qarşı daha çox həssas olur, bu isə özünü yerli səviyyədə iqtisadi təlatümlərdə və qeyri-sabitlikdə ifadə edir.
Fiskal siyasətdən istifadə etməklə, hansı ki vergi, kredit və büdcə xərclərilə bağlı hökumət siyasətini əhatə edir, oxşar çaxnaşmalardan yayınmaq mümkündür. Bununla belə, fiskal siyasət ölkə daxilində maliyyə resurslarının səfərbərliyi və sosio-iqtisadi siyasətlərinin həyata keçirilməsinin əsas alətidir.
Fiskal siyasət üzərində, bir qayda olaraq, həm Maliyyə Nazirliyi məsuldur ki, o Maliyyə-Büdcə-Vergi sahələrini idarə edir və həm də Parlament, hansı ki illik büdcəni təəsdiqləyir.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
- Fiskal siyasət işsizliyə, inflasiya və iqtisadi böyüməyə birbaşa təsir bağışlayır. Beləliklə, onu dərk etmək Hökumət siyasətinin hər birimizin işlə təmin etmək imkanlarına və həyat səviyyəsinə təsir bağışlayır.
- Fiskal siyasət vergi qərarlarını da əhatə edir. Dövlətin fiziki şəxslərin gəlirlərini, kapitalını və s. necə vergiləndirəcəyi nəinki büdcə gəlirlərinə, habelə ölkədə zənginliyin bölgüsünə təsir edir və beləliklə, hər birimizin gəlirinə də. O bizim sosio-iqtisadi statusumuzu müəyyənləşdirir.
- Büdcə xərclərinin prioritetləri - infrastruktur, təhsil, səhiyyə və sosial müdafiə proqramları habelə fiskal siyasətdən asılıdır. Bununla belə, büdcə xərclərinin ÜDM-dəki payı Hökumətin ölçüsünün gözəl göstəricisidir.
- Hökumətlər, yerli və beynəlxalq maliyyə təsisatlarından fiskal siyasətləri maliyyələşdirmək üçün tez-tez borc götürürlər. Bu əsasən büdcə xərclərinin gəlirləri aşdıqda və büdcə defisiti yarandıqda belə olur. Həddindən artıq borclanma halında, Hökumət sosial, təhsil və/ya səhiyyə ilə bağlı ictimai xidmətlərin azatlmasına (kəmərləri daraltma siyasəti) məcbur ola bilər. Bu gələcək nəsillərə mənfi təsir bağışlayır.
Rəyimiz:
Fiskal siyasət, bir tərəfdən, dalətli şəkildə toplamalı, ikinci tərəfdən isə, zənginliyi və gəlirləri bölüşdürməlidir ki, iqtisadi böyümədən gələn mənfəəti ictimaiyyətin hər bir üzvü eyni cür paylaşa bilsin, yalnız kiçiksaylı biznes və siyasi elita deyil.
Bunun üçün, güclü fiskal siyasətinin prioriteti ictimai təhsil, səhiyyə, əlçatımlı mənzil siyasəti və işsizliyin sığortalanması olmalıdır ki, hamı üçün az-çox şəkildə eyni cür imkanlar olsun. Mütərəqqi vergilər bir çox ölkədə buna imkan verir. Bu elə bir vergi sistemini nəzərdə tutur, hansında ki yüksəkgəlirli şəxslər daha yüksək uçotla vergiləndirilirlər.
Nəyi bilməliyik?
Fiskal, eynilə büdcə-vergi siyasəti, ümumi tələb, inflasiya və işsizlik kimi əhəmiyyətli iqtisadi göstəricilərə nəzarət edən büdcə xərclərini və vergiləndirmə siyasətini nəzərdə tutur.
Fiskal siyasəti üç qrupa ayırırlar:
- Ekspansiv fiskal siyasəti ressesiyalar vaxtı büdcə xərclərinin artırılmasını nəzərdə tutur. Bu vahid tələbin artması, işsizliyin azalması və iqtisadiyyatın fəallaşması üçün belədir.
- Məhdud fiskal siyasət vergilərin sürətli iqtisadi böyümə halında artmasını nəzərdə tutur. Bu inflasiya təzyiqi və qiymətlərin səviyyəsinin sabitləşməsi üçün belədir.
- Avtomatik sabitləşdiricilər fiskal siyasətdə yerləşdirilmiş funksiyaları təşkil edir. Onlar dövlət xərclərini və vergilərini kənardan müdaxiləsiz, avtomatik şəkildə tənzimləyirlər. Məsələn, işsizliyin sığortası və mütərəqqi gəlir vergiləri, iqtisadi çaxnaşamaları azaldan avtomatik sabitləşdiricilərdir.
Əhəmiyyətlidir anlayaq ki,
Hökumətlər fiskal siyasətdən nəinki ictimai, habelə, şəxsi maraqlar üçün də istifadə edirlər. Misal üçün, onlardan bəzisi seçki ərəfəsi ekspansiv fiskal siyasəti yürüdür (bir çox halda borcla maliyyələşdirilmişdir) ki, müvəqqəti iqtisadi stimulla seçicinin qəlbini qazansın və bunun üçün vergiləri azaldır ki, biznes sektorunun dəstəyini əldə etsin.
Oxşar praktikalarla dövlət satınalmalarda da rast gəlirik. Belə hallarda siyasətçilərin və ya onlara yaxın şəxslərin dövlət tərəfindən planlaşdırılmış infrastruktur layihələrini həyata keçirmək hüququndan faydalandıqlarını görürük.