“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Fiskal siyasət: Beynəlxalq təcrübə
July 5, 2024

İqtisadi çaxnaşmalar və böhranlar vaxtı, Hökumətlər fiskal siyasətdən istifadə edərək ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilərlər.

 

Tarixən, bəzi Hökumətlər, doğru vaxt doğru fiskal siyasət yürütməklə, iqtisadi sağalmağa kömək etmiş oldu. Ancaq Hökumətlərin qeyri-düzgün fiskal siyasətə əl atdıqları və ölkəni daha kəskin iqtisadi problemlərlə üz-üzə gətirdiyi hallar da var.

 

Məqalədə, fiskal siyasətin bir neçə uğurlu və uğursuz hallarını müzakirə edəcəyik. Bununla hansı iqtisadi kontekstdə, hansı növ fiskal strategiyanın işlədiyi barədə təsəvvürümüz yaranır.

 

Daha detallı şəkildə bax: Fiskal siyasətin mahiyyəti və təyinatı

 

Bu mövzu ilə niyə maraqlanmalıyam?

 

Keçmişdə, doğru və effektlicə planlaşdırılmış fiskal strategiya misalları,  müxtəlif iqtisadiyyatlar üçün bu gün də faydalı ola biləcək biliklər verir. Bununla belə, uğursuz halları bilmək də gözlənilən böhranlardan özümüzü qorumaqda bizə kömək edəcəkdir.

 

Rəyimiz:

 

İqtisadi böhran və ya ressesiya vaxtı, ekspansiv fiskal siyasəti iqtisadiyyatı stimullaşdırmaq, iş yerlərini yaratmaq və ən çox zərərçəkniş əhalini dəstəkləmək  üçün vacibdir.

 

Bum vaxtı, fiskal siyasət gələcək ressesiyalar üçün hazırlanmağa, Dövlət borclarını azaltmağa və mütərəqqi vergi sistemini və işsizliyi sığortalayacaq kimi avtomatik stabilləşdiricilərin tətbiqinə xidmət etməlidir.

 

 Avtomatik stabilləşdirilmə haqqında nələri bilməliyik?

 

Mütərəqqi vergilər elə bir vergiləndirmə sistemidir, hansı ki orda vergi uçotu gəlirlərin artması ilə birlikdə artır.

İqtisadi bumlar vaxtı şirkətlərin gəlirləri artmaqdadır. Belə ki,  mütərəqqi vergilər şəraitində, bir tərəfdən, büdcə gəlirləri avtomatik şəkildə artır, ikinci tərəfdən isə inflasiya avtomatik azalır.  Bu sonuncusu ona görə azalır ki, artmış vergilər şəraitində əhali daha az xərcləyir.

 

İşsizliyin sığortalanmasına/müavinətinə gəldikdə, bu işini itirən və ya yenisini axtaran şəxslərə dövlətin pul yardımıdır.

 

Misal üçün,  ressesiya vaxtı, işsizliyin sığortalanması/müavinəti böhrandan zərərçəkən işsizlərə imkan verir ki, istehlakçılıq səviyyəsini, böhrana qədərki səviyyəsini qoruyub saxlasın. Bu proses, əlbəttə, iqtisadi sabitliyə dəstək verir.

 

Oxşar fiskal strategiya,  bundan əlavə, gəlirləri əhali arasında daha ədalətli bölüşdürür, habelə, iqtisadiyyata nəzərə alınmamış şoklarda kömək edərək onu gücləndirir.

 

Beynəlxalq təcrübə necədir?

 

  1. Almaniya

 

Hesab edilir ki, Almanita COVİD-19 böhranına qarşı ən əməli fiskal siyasətlərdən birini apardı. O buna necə nail oldu?

 

Avropanın bir çox ölkəsindən fərqli olaraq, Almaniya avtomatik stabilləşdiricilərlə yaxşı silahlanıb. Məsələn, "Kurzarbeit" (natamam iş proqramı) işə götürənə imkan verir ki, o, iş saatlarını azaltsın, Hökumət isə  işçilərə itirdikləri gəlirləri qarşılamaq imkanı verir.  Bu sistem pandemiya dövründə xüsusilə effektli oldu.

 

Bununla belə, Almaniya €130 milyard avroluq fiskal stimulunu həyata keçirdi, hansı ki böhran nəticəsində zərər çəkmiş insanlara, kişik və orta biznesə (SEs), və ictimai investisiyalara sərf edildi.

 

Oxşar aqressiv fiskal siyasət Almaniyanın böhrana qədər büdcədə profisiti və olduqca az dövlət borcu olduğu üçün mümkün oldu.

 

  1. Yunanıstan

 

2008-ci ilin maliyyə böhranını, Yunanıstan əvvəlcə ekspansiv fiskal siyasətilə (xərcləri artırmaqla) cavab verdi. Lakin,  böhrana qədər ölkədə artmaqda olan birc və büdcə defisiti vardı. Onun üçün də, sonrakı illərdə stimulu qorumağı bacarmadı və Yunanıstan  suveren borc böhranı ilə üzləşməli oldu.

 

2010-ci ildə, Yunanıstan Avropa İttifaqından və Valyuta fondundan kredit qismində  ilk kömək paketini aldı. Ancaq bu dəfə müəyyən şərtlər də vardı, daha konkret, büdcə xərclərini azaltmaq (kəmərləri sıxmaq) tələb edilirdi.   Bu daha dəqiq dövlət rəsmilərinin maaşlarının, sosial yardım proqramlarının və pensiyaların azalmasını nəzərdə tuturdu. Doğrudur, Yunanıstan bu vaxt ərzində müxtəlif yardım paketləri alırdı, ancaq onun böyük hissəsi xarici borca xidmət üçün sərf edilirdi.

 

Nəhayət, Yunanıstan Hökuməti tərəfindən qeyri-dəqiq fiskal menecmentindən irəli gələn ağır nəticələr ən aşağımədaxilli əhalinin boynuna düşdü.  Tanınmış iqtisadiyyatçı, Tomas Piketi, kəmərlərin sıxılması siyasətinin nəticələrini bu cür qiymətləndirmişdir: Yunanıstanda kəmərlərin sıxılması siyasəti sosial cəhətdən ədalətsizdi, bu bərabərsizliyi artırdı və ictimai birliyi kökündən qazıdı, bununla belə, iqtisadi sabitliyi bərpa etmöəyi bacarmadı”.  

 

  1. Fransa

 

1979-cü ilin böhranına cavab olaraq, Fransa Hökuməti fiskal stimulu həyata keçirdi. O, büdcə xərclərinin artmasını və vergilərin azalmasını nəzərdə tuturdu. Bu siyasət əvvəl başdan müsbət effektli oldu.  1982-ci ildə, Fransada 2.4%-lik iqtisadi artış təsbit edildi, lakin növbəti ildə 1.2%-dək düşdü. Niyə?

 

Fransa iqtisadiyyatı idxaldan asılı idi, xüsusilə Almaniyadan gətirilən əmtəədən. Beləliklə, Fransanın fiskal stimulundan azad edilmiş məbləğlər alman malının alınmasına sərf edildi və bu, Fransada idxalı, Almaniyada isə ixracatı artırdı. Buna görə,  1983-cü ildə, Almaniyada Fransadan yüksək iqtisadi böyümə təsbit edildi və  ili Fransa büdcə defesiti ilə,  Almaniya isə profisitlə bağladı.

 

Bu misal bizə öyrədir ki, fiskal stimulu vaxtı ölkənin ticari mövqeyi və iqtisadi strukturu nəzərə alınmalıdır. Fransada vahid tələbi stimullaşdırmaqla alman iqtisadiyyatı daha çox xeyir gördü, nəinki Fransa, çünki sərbəst məbləğlərin böyük hissəsi məhz alman məhsullarının alınmasına sərf edildi.

 

Nəhayət

 

Fiskal siyasətdən düzgün istifadə etmək hər hansı bir iqtisadiyyatı böhrandan xilas etmək üçün həlledici bir imkana çevrilə bilər.  İqtisadi ressesiya vaxtı büdcənin xərci, maaşlar və pensiyaların azalması əhəmiyyətlidir, çünki bu əhalinin gəlirlərinə, onların ümumi tələblərinə və ümumiyyətlə, iqtisadi böyüməyə mənfi təsir edir.  Kəmərlərin sıxılması siyasəti, böhranda olan iqtisadiyyatı daha da bədtər hala sala bilər. Lakin, qlobal təcrübə onu da göstərir ki, fiskal siyasəti planlaşdırdıqda yerli iqtisadi strukturun və ticarət mövqeləri nəzərə almaq, fiskal siyasətin daha effektli olması üçün vadcibdir.

Məqalə hazırlanmışdır
ზეზვა ზანგურაშვილი
Zezva Zanquraşvili
Siyasi-iqtisadiyyatçı
ია ერაძე
İa Eradze
İqtisadiyyat istiqamətli məsləhətçi
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru