Ödənişsiz hüquqi yardım əlçatımlı ədalət mühakiməsinin zəruri komponentidir. Yoxsulluq, resursların qeyri-bərabər bölgüsü və siyasi təsisatların qeyri-demokratik xarakteri ədalət mühakiməsi sistemindən istifadə etməyi çətinləşdirir. Qarşıdakı məqalədə ödənişsiz hüquqi yardımın əhəmiyyətindən danışacağıq.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Məhkəmə işi üzrə ədalətli nəticələr əldə etmək şansları keyfiyyətli hüquqi məsləhətlə və vəkil nümayəndəliyi ilə get-gedə daha da çox əlaqələnir. Bunsuz vətəndaşın öz mövqeyini təsdiq etmək şansı olmur. Gürcüstanda fəaliyyət göstərən yarışma prosesi şəraitində, hakimin rıçaqlarının məhdud olduğu üçün, bu xüsusi əhəmiyyətə malikdir.
Bizim rəyimiz
İctimaiyyətdə mövcud olan bərabərsizlik ədalət mühakiməsinə təsir bağışlamamalıdır. Beləliklə, dövlət elə bir sistem yaratmalıdır, harda ki maliyyə və ya başqa növ həssaslığı olan vətəndaşlar keyfiyyətli hüquqi yardım ala biləcəklər.
Hüquqi yardım ideyası nədir?
Ədalət mühakiməsi sosial və iqtisadi imkanlarla şərtlənməməlidir. O, universal keyfiyyətli hüquqi yardımı nəzərdə tutmalıdır. Əks təqdirdə, ədalət mühakiməsi hüquq deyil, imtiyaz olacaqdır.
Ədalətli məhkəmə hüququ prosesin hər bir iştirakçısının eyni imkanlarla təchiz olunmasını tələb edir. Məhz bunun üçün beynəlxalq normalar vəsaiti çatmayan hər bir şəxsin hüquqi yardımla təchiz etməkdə məsuliyyəti dövlətin boynuna qoyur. Eyni zamanda, hüquqi yardım keyfiyyətli olmalıdır.
Bu hüquqdan faydalanmağa mane olan nədir?
- Ədalət mühakiməsi sistemindən faydalanmaq əhalinin əhəmiyyətli hissəsi üçün olduqca bahadır;
- Araşdırmaya əsasən, əhalinin mülki mübahisələri həll etmək üçün məhkəməyə üz tutmamasının səbəbi kimi hüquqi yardımın qıtlığını və vəkil tutmaq xərclərini göstərir;
- 2020-ci ilin verilmişlərinə əsasən, Gürcüstan əhalisinin 35%-i üçün məhkəməyə müraciət etmək olduqca bahalıdır, əlavə olaraq 35% üçünsə daha çox bahalı, nəinki ucuz;
- İnsanların bir hissəsi ədalət mühakiməsi sistemindən zorakılıq qorxusundan, mədəni təzyiqdən və ya başqa amillərdən irəli gələrək imtina edə bilər.
Hüquqi yardımın hansı modelləri var?
Hüquqi yardımın üç əsas modelini fərqləndirirlər:
- Dövlət müdafiə modeli – hüquqi yardım dövlət sisteminin tərkib hissəsi olduqda. Vəkillər dövlət rəsmilər olduqda. Sistem isə Dövlət Büdcəsindən maliyyələşdikdə;
- Səlahiyyət verilmiş (özəl) vəkillər modeli - Əhaliyə hüquqi xidməti lisenziya almış özəl vəkillər çatdırdıqda, əməyin isə, o cümlədən isə Dövlət tərəfindən qarşılandığında;
- Müqavilə yanaşması – Dövlət insanlara xidmət göstərməyi təchiz etmək üçün başqa subyektlərlə əməkdaşlıq etdikdə. Həmin subyektlər bunlar ola bilərlər: QHT-lər, hüquqşünaslar birləşmələri, universitet klinikaları və s.
Gürcüstanda ödənişsiz hüquqi yardım sistemi necədir?
Gürcüstanda hüquqi yardım üzrə qarışııq model fəaliyyət göstərir, onda hər üç modelin səciyyələri birləşmişdir. Dövlət Hüquqi Yardım sistemi Publik Hüququn Hüquqi Şəxsidir. Ödənişsiz hüquqi yardımla bunlar nəzərdə tutulur:
- Hüquqi məsləhət - istənilən vətəndaş istifadə edə bilər;
- Vəkil nümayəndəliyi – Yalnız xüsusi qruplar istifadə edə bilərlər.
Gürcüstanda aparılan tədqiqatların göstərdiyi kimi sistem insan və maliyyə resurslarının qıtlığı şəraitində fəaliyyət göstərir. Qanunvericilik şərtləri isə ehtiyacı olan hər bir qrupun vəkil xidmətlərinə əlçatımlığını çətinləşdirir.
Məqalə Komentar tərəfindən USAID Hüququn Aliliyi Proqramının dəstəyilə hazırlanmışdır. Proqram Şərq-Qərb İdarə İnstitutu (EWMI) Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirməsilə hazırlanmışdır. Məqalənin məzmunu üzrə tamamilə Komentarın üzərindədir və məqalədə söylənilən düşüncələr yuxarıda adı çəkilən beynəlxalq təşkilatının nəzərlərini əks etdirməyə bilər.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.