Ədalət mühakiməsinə əlçatımlılıq elə bir hüquqdur ki, o, ilk növbədə ərazi və fiziki əlçatımlılığı nəzərdə tutur. Daha geniş anlayışla, bu prinsip vətəndaşlara həmin hüquqdan istifadə etmələrini asandlaşdırmaq üçün hər bir sosial-siyasi maneələri aradan qaldırmağı tələb edir. Həmin maneələr məhkəmə xərcləri, məhkəmə prosesi dili, hüquqi yardımın olmaması və b. ola bilər. Məqalələrin bu silsiləsində, ədalət mühakiməsinin əlçatımlılığı və etnik azlıqlar üçün mövcud olan maneələr haqqında danışacağıq.
Bu mövzu ilə niyə maraqlanmalıyam ?
Gürcüstanda etnik azlıqların ən böyük hissəsi etnik azərbaycanlı və erməni əhalisi üzərinə düşür. Onların əksəriyyəti Samtsxe-Cavaxeti və Kvemo kartlidə yaşayır. Bəzi sıx şəkildə yaşadıqları bələdiyyələrdə isə mütləq çoxluğu təşkil edirlər.
- Axalkalakidə yerlilərin 9%, Ninotsmindada isə 95% − etnik ermənidir. Axaltsixedə də əhalinin 34.5%-ni məhz etnik ermənilər təşkil edirlər;
- Marneulidə etnik azərbaycanlılar yerli əhalinin 8%-dir, Dmanisidə − 65.5%, Bolnisi və Qardabanidə − 63.4% və 43.5%.
Həmin bələdiyyələrdə ədalət mühakiməsi üzrə ərazi əlçatımlılığı rayon (şəhər) məhkəmələri və onların tərkibinə daxil olan Maqistrat hakimlər təmin edirlər.
Rəyimiz
Ədalət mühakiməsinə əlçatımlılıq çoxkomponentli məvhumdur. Lakin, vətəndaşların ədalət mühakiməsilə faydalanması barədə məlumatlandırılması bazis xarakter daşıyır və bu sistemin ərazi və fiziki əlçatımlılığını təmin etmək məhz Dövlətin öhdəliyindədir.
Nəyi bilməliyik?
Mülkiyyət hüquqlarını müdafiə etmək üçün şəxs rayon və ya şəhər məhkəmələrinə müraciət edə bilər. Onların arasında maqistrat hakim də ola bilər.
Misal üçün:
- Samtsxe-Cavaxetidə Axaltsixe, Axalkalaki rayon məhkəməsi belədir. Onun əhatəsi Ninotsminda bələdiyyələrinə belə yayılır. Lakin, Ninotsmindada ədalət mühakiməsini maqistrat hakim yerinə yetirir;
- Kvemo kartlidə maqistrat hakimlər Dmanisi və Marneulidə yerləşərək Bolnisi məhkəməsinin tərkibinə düşürlər. Qardabani maqistrat məhkəməsi isə formal olaraq Rustavi Şəhər məkhəməsilə birləşir.
İşləri Maqistrat hakimlər niyə seçirlər?
Maqistrat hakimlərin səlahiyyətləri məhduddur. Onlar bəzi cinayət məsələlərinə də baxırlar, habelə bəzi mülki işi tələsdirilmiş qaydada müzakirə edirlər. Maqistrat hakimin başlıca təyinatı vətəndaşların gündəlik, məişət hüquqi ehrtiyaclarını və nisbətən sadə hüquqi mübahisələri tək əldən həll etməkdir.
Misal üçün, həmin məsələlər bunlardır:
- Həyat yoldaşlarının boşanması və ya aliment məsələsi;
- Kənd-təsərrüfatı (əkin) təyinatlı torpaqda icarə müqaviləsindən irəli gələn mübahisələr, misal üçün, kirayənin ödəmə tapşırığı və s.;
- Şəxsi torpaq sahəsindən istifadə etməyə mane olmağı aradan qaldırmaq, Məs. Onun üzərində mövcud olan qanunsuz konstruksiyanın sökülməsi tələbi;
- İşdən qanunsuz azadedilməyə görə təzminatın ödənməsi və ya əmək münasibətlərilə əlaqəli başqa mübahisə;
- Hüquqi əhəmiyyətli faktı müəyyənləşdirmək, məsələn, ata olmağı müəyyənləşdirmək, irs almaq, ad/soyadın dəyişmə faktı və s.;
- Sosial müdafiə məsələləri, misal üçün, Sosial yardıma rədd cavab almaq Maqistr hakiminin yanında şikayət edilir.
Ədalət mühakiməsinə əlçatımlılığın başqa komponentləri - məhkəmə xərcləri, prosesual müdafiə və digər hüquqi dəstək xidmətləri haqqında növbəti məqalələrdə danışacağıq.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Bi rləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.