“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Əlavə əmək – bununla bağlı Gürcüstanda nə kimi problemlər var?
August 8, 2023

Son illərdə, ölkədə əmək hüquqlarının müdafiəsi istiqamətində bir xeyli islahatlar aparıldı, işlə təmin olunanların hüquqi zəmanətləri, habelə əmək hüquqları üzərində nəzarətlər gücləndirildi. Ancaq, buna baxmayaraq,  əlavə əməklə bağlı bir çox məsələ  yenə də problemli olaraq qalır. 

Bu mövzu  ilə niyə maraqlanmalıyam?

 Gürcüstanda bir çox işləyən müxtəlif sahələrdə həddini aşmış əlavə işlə, həmin əməyin qeyri-adekvat qarşılanması, iş-şəxsi həyatın tarazlaşdırılması və istismarla bağlı təhlükələrlə üzləşir. 

Əlavə əmək ətrafındakı məsələləri öyrənmək ədalətli əmək praktikasına və  əmək bazarında sosial bərabərliyə nail olmaq üçün zəruridir. 

Rəyimiz:

Qanunvericilik səviyyəsində əlavə əmək haqqının minimum uçot dərəcəsini ən azı 125% miqdarında təyin etmək vacibdir ki,  işləyən üçün əlavə əməyin ləyaqətli şəkildə qarşılanması təmin edilsin.   

Əlavə iş haqqının lazımınca verilməməsi Dövlət tərəfindən effektli ölçülərin alınmasını tələb edir.  Əmək müfəttişliyi işləyənlər tərəfindən bu istiqamətdə təsbit edilən hədd aşmalarına sərt şəkildə nəzarət etməlidir.

Əlavə əməklə bağlı məsələlər necə tənzimlənir?

Gürcüstanda 2020-ci ildə əmək islahatı keçirildi. İslahatda əlavə əmək termini yenidən müəyyənləşdirildi.  Əmək məcəlləsinə daxil edilmiş dəyişikliklər: tərəflərin qarşılıqlı razılığı əsasında, müqavilə ilə müəyyənləşdirilmiş saatlardan kənarda, işləyənin iş görməsi əlavə əmək hesab edilir. Uzunmüddətli iş saatlarından əlavə,  Əmək məcəlləsilə müəyyənləşdirilmiş tətil günlərində işləmək də əlavə əmək hesab edilir. 

Qanuna əsasən, işə götürənlər əməkdaşlarının iş saatlarını dəqiq qeyd etməlidirlər. Bu alətin məqsədi iş saatları üzərində monitorinq aparmaqdır. Monitorinqin hədəfi isə əlavə əməyin normaya çevrilməməsi və işləyənlərin əmək istismarından müdafiə edilməsidir. 

Qanunvericiliyə əsasən  işə götürən işçisini əlavə əmək tələb edən işlə bağlı, istisna halları çıxmaqla,  əvvəlcədən, bir həftə qabaq xəbər verməlidir. Bunu qorumaq və buna nəzarət etmək vacibdir, çünki o, əlavə əməyin normallaşmasına mane olacaqdır.  

Əlavə əmək necə qarşılanır?

Gürcüstanda, əlavə əməyin minimal standartları müəyyənləşdirilməmişdir, çünki  Parlament biznes assosiasiyaların tələbindən sonra qanunlayihəsindən  125%-lə artmış tarifi çıxardı.  

Nəzərə almaq lazımdır ki, əlavə əməyin miqdarı üzərində razılaşmaq icbaridir və o, adi əmək haqqının saatbaşı uçotunun artmış miqdarını təşkil etməlidir. Lakin, minimum standart müəyyən olmadığı üçün, işə götürən tərəfindən fərqli şərhlərə imkan yaradır. Məsələn rəmzi (1 tetri ilə artıq) və ya kifayət etməyən təzminat yazmaq imkanı verir.  Bu isə zəhmətkeş tərəfindən işə sərf etdiyi əlavə vaxtla və resurslarla müvafiq və uyğun ola bilməz.   

  İşləyənlərin sosial-iqtisadi vəziyyəti bir çox hallarda əlavə əməyinin ağlabatan olmayan praktikasına etiraz etmək imkanı vermir, beləki, bir çox hallarda  işə götürən tərəfindən təklif edilən şərtlərlə razılaşmalı olur.  

Əlavə problemdən biri də odur ki, bu cür şərtə razılaşmağa baxmayaraq, bəzən, əlavə əməyin zəhmət haqqı məsələsi müqavilə ilə tənzimlənməmiş olur. Əmək məcəlləsində əlavə əmək haqqının minimum standartını təyin etmək bu problemi həll edəcəkdir.  

Məhkəmənin yanaşması necədir?

Əlavə əməyin qarşılanması ilə bağlı Gürcüstan məhkəmələr praktikası da nəzərə alınmalıdır.  İşlərdən birində birinci instansiya məhkəməsi 125%-lik tarif yanaşmasını nəzərə alaraq, izahında Beynəlxalq Əmək Təşkilatı konvensiyaları  ilə müəyyənləşdirilmiş standarta söykəndi. Bununla belə, bir başqa işdə Ali məhkəmə əlavə əməyin həddi kimi 150% müəyyənləşdirdi,  lakin burda konkret işin hallarını rəhbər tutdu.  

Məhkəmələrin yanaşması təqdirəlayiq olsa da, burdaca qeyd etməliyik ki, ümumiyyətlə, məhkəmə prosesi kifayət qədər uzunmüddətli və xərc tələb edən bir işdir. Bu isə zəhmətkeşlərin bir çoxu üçün maneədir.  Əlavə əmək haqqı məsələsini bir çox hallarda işdən azad edilmə mübahisəsi çərçivəsində qaldırırlar. Bu isə işləyənlərin əlavə əmək istiqamətindəki vəziyyətlərinə həlledici təsir bağışlaya bilmir. 

Əlavə əməyin yolverilən maksimum həddi

Nəzərə alınmalıdır ki, ölkədə əlavə əməyin yolverilən maksimum həddi müəyyənləşdirilməmişdir.  Yetkinlik yaşına çatmış şəxslərə gəldikdə əlavə əməyin gündə və ya həftədə maksimum neçə saat olması müəyyənləşdirilməmişdir. Lakin, yetkinlik yaşına çatmamışlarla münasibətdə nəzərə alınmışdır və o, iş günü ərzində  2, həftə boyu isə - 4 saatdır. 

Nəzərə alınmalıdır ki,  Beynəlxalq Əmək Təşkilatının tövsiyyəsi və Avropa İttifaqı Qanunvericiliyinə əsasən, həftə ərzində, işlə təmin edilənin işlədiyi saatlar əlavə əmək hesaba alınmaqla, 48 saatı keçməməlidir. 

Qəsb maaş praktikası 

Qəsb edilmiş maaş  işə götürən tərəfindən  işə götürdüyünün qanunu maaşını ədalətsiz şəkildə tutmasını və ya natamam ödənməsini nəzərdə tutur. Qəsb edilmiş maaş belə ola bilər: ödənməmiş əlavə əmək,  maaşdan qanunsuz şəkildə tutmalar, əmək müqaviləsinə xitam verdikdə payına düşən təzminatın ödənməməsi və s. 

 Əlavə əmək və ödənilməsilə bağlı problemlərlə  bütün iş sahələrində üzləşsək də, xidmət və qeyri-formal sektorda bu xüsusilə tez-tez baş verən bir praktikadır.  

 Sosial Ədalət Mərkəzinin araşdırmasından  məlum olduğu kimi, işlə təmin edilən bir çox hallarda işə götürənlə əlavə əməklə bağlı necə bir  müqavilə bağlandığını bilmir.  Bir çox işə götürən  şifahi razılaşmada buna ümimiyyətlə toxunmur. Zəhmətkeşlərin əlavə əmək saatları qarşılanmır və yaxud, şifahi/yazılı surətdə bağlanmış müqavilə icra edilmir.  

Ölkədə, qəsb edilmiş maaşın ən yayılmış növlərindən biri ödənilməyən  əlavə əməkdir. Araşdırmada iştirak edənlərin 88.3%-i onların əmək müqavilələrinin əlavə əməyin qarşılanması tarifini qanunun tələb etdiyi kimi nəzərdə tutmur. Bundan irəli gələrək, işlə təmin olunanların müəyyən hissəsi bir çox hallarda normalaşdırılmış iş saatından əlavə ödənişsiz işləməkdədir. Bu onların iqtisadi, fiziki və mental vəziyyətlərinə mənfi təsir göstərir.  

Əmək hüquqlarına nəzarət

Ölkədə, əlavə əməklə bağlı problemlərə qarşı mübarizə apara biləcək yeganə təsisat Əmək müfəttişliyidir. Əmək islahatı ilə mandatı genişlənmiş və əmək təhlükəsizliyi ilə birlikdə  artıq əmək hüquqlarına nəzarət etmək hüququna da malikdir. 

Əmək müfəttişliyi protokollarında  ən çox pozulan hüquq əlavə əmək haqqının ödənilməməsi idi. 

Nə edilməlidir?

Gürcüstanda əlavə əmək problemlərini nəzərə alaraq, zəhmətkeşlərin hüquqları və rifahlarını müdafiə etmək üçün lazımlı dəyişiklikləri həyata keçirmək həlledici əhəmiyyətə malikdir. Əlavə əməyin qarşılanmasının minimum standartını təyin etmək ədalətli təzminatı təmin etmək və potensial istismardan yayınmaq üçün zəruridir. Minimal limitin olmaması müxtəlif interpretasiyalara yol açır, bu isə praktikada zəhmətkeşlər tərəfindən əlavə səylərə və qeyri-adekvat əmək haqqına səbəb olur. 

Əmək hüquqlarını effektli şəkildə həyata keçirmək və ödənişsiz, tənzimlənməmiş əlavə əmək praktikasına qarşı mübarizə üçün Əmək müfəttişliyi sərt və müvafiq cərimələrdən istifadə etməlidir.  

Əlavə əməyin qarşılanması üzrə minimal standartın təyin edilməsi daha ədalətli iş mühiti yaradacaq,  sosial birliyə dəstək verəcək və gəlirlərin bərabərsizliynin qarşısını alacaqdır. 

Bu dəyişikliklər Gürcüstanda Əmək bazarı və iş qüvvəsi üzərində müsbət əks ediləcəkdir. Zəhmətkeşlər özlərini dəyərli və müdafiə edilən hiss edəcəklər. Bu işdə razılıq və onların məhsuldarlıqlarının yaxşılaşması deməkdir.  

 

Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.

Məqalə hazırlanmışdır
ომარ გორდეზიანი
Omar Qordeziani
Sosioloq
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru