Gürcüstanda sosial və iqtisadi bərabərsizlik gündəlik həyatı müşaiyət edən hadisədir. Etnik azlıqlar isə işləməklə mədaxillərin əldə edilməsi baxımından əlavə problemlərlə üzləşirlər.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Etnik azlıqlarla məskunlaşmış bölgələrdə dövlət dilini lazımınca bilmək bir Bu isə nəinki gündəlik kommunikasiya, habelə ali təhsilə, ictimai və özəl sektorda işləməyi və xidmətlərə kamil əlçatma problemini nəzərdə tutur.
Bunun üçün beynəlxalq standartları və ölkədə mövcud olan konteksti bilməyimiz əhəmiyyətlidir.
Rəyimiz
Etnik azlıqlar ölkənin sosio-iqtisadi həyatına əhəmiyyətli töhfə verə, bununla bütün cəmiyyət faydalana bilər. Bu demokratiyanın əhəmiyyətli elementidir, çünki birliyə, bərabərliyə və azlıqların kamil şəkildə inteqrasiyasına dəstək verir.
Beynəlxalq standartlar necədir?
Sosial və iqtisadi həyatda iştirak etmək hüququ
Etnik azlıqların inteqrasiyası üçün, onlar ölkənin sosial və iqtisadi həyatında iştirak etməli, habelə ölkənin qaynaqları və ümumi sərvətindən eynicür faydalanmalıdırlar. Eyni sosial və iqtisadi şəraitlərin və imkanların yaradılması Avropa İttifaqı ilə Assosiasiyalaşdırılmış razılaşmasında da nəzərə alınmalıdır.
İşə əlçatımlılıq
Etnik azlıqların sosial və iqtisadi həyatda iştirak etmək əmək bazarına əlçatımlılığı, habelə özünüməşğulluq, biznesə başlamaq və həyata keçirmək imkanlarını nəzərdə tutur. Dövlətlərin işləmək sahələrində müsbət mexanizmlərini tətbiq etmək yolu ilə azlıqların iştiraklarını artırmaq, bərabər imkanların mövcudluğunu təmin etmək öhdəlikləri var. Daha konkret, bu tədbirlər təhsil və ya yenidən hazırlamaq proqramlarını, maliyyənin ayırmasını, qrantlar almaq imkanlarını, kvotaları, vergi güzəştlərini və ya başqa proqramlarını əhatə etməlidir. Habelə, Dövlət etnik azlıqların dövlət qulluqlarında həm milli, həm də yerli səviyyədə işlə təmin edilməsinə dəstək verməlidir.
Gürcüstanda nə kimi çağırışlar var?
Yoxsulluq
Etnik azlıqlar yoxsulluq və maliyyə çətinliklərini daha kəskin hiss edirlər. Onların arasında işsizlik səviyyəsi də yüksəkdir. Halbuki etnik azlıqlar arasında iş gücündən kənarda qalan şəxslərin nisbi payı, yerdə qalan əhali ilə müqayisədə, daha aşağıdır. Bu iki hal etnik azlıqların fəal şəkildə iş axtardıqlarını, lakin iş tapmaqda daha çox çətinlik çəkdiklərini göstərir. Etnik azlıqlarla məskunlaşmış bölgələrdə (Kvemo kartli və Samtsxe-Cavaxeti) əhalinin təxminən 1/3 sosial cəhətdən müdafiəsizlər bazasında qeydiyyatdadır. Bu çağırışları ictimai əhval-ruhiyyənin son araşdırması da təsdiqləyir. Ona görə, etnik azlıqlar qəsəbələrində hər dörddən bir vətəndaşın ərzaq almaq üçün kifayət pulu yoxdur.
İşlə təmin
İşlə təmin edildikdə belə etnik azlıqların, bir qayda olaraq, gəlirləri azdır, çünki onlar bir çox hallarda az gəlirli sahələrdə işləyirlər. Azlıqlar daha çox ev təsərrüfatlarında işləyir və ya publik təhsil müəssisələrində fəaliyyət göstərirlər. Habelə son dövrlərdə xidmət sahələrində etnik azlıqların işlə təminin artması da nəzərə çarpır. 2022-ci ilin verilmişlərilə, etnik azlıqlarla məskunlaşmış bölgələrdə (Kvemo kartli və Samtsxe-Cavaxetidə) orta maaşlar ölkə miqyasında mövcud olan orta maaşdan bir neçə dəfə az idi. 2022-ci ilin araşdırmalarından birinə əsasən isə, sorğu olunan etnik azlıqların təxminən 60%-nin aylıq gəliri 400 lariyə qədər idi, 1000 laridən çox maaşı isə yalnız 6%-inin vardı.
Etnik azlıqların dövlət vəzifələrində işləmək göstəriciləri də aşağıdır. Bunu bir çox maneə şərtləndirir. 1+4 proqramı məzunları üçün stajorluq imkanları var. Lakin, proqram stajorluqdan sonra işlə təmini nəzərdə tutmur.
Beləliklə, etnik azlıqlar üçün ölkənin sosial və iqtisadi həyatında bərabərcə iştirak etməyi təmin etmək üçün Dövlət sistemli bir siyasət hazırlamalıdır. Həmin sistem vətəndaşları yenidən hazırlamaq və işlə təmin üçün şəraitlər yaratmalıdır.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.