Gənclərin xüsusi iqtisadi çağırışlarını həll etmək üçün müxtəlif yanaşma mövcud ola bilər. Məqalədə avropanın müxtəlif ölkələrində gənclərin çağırışlarının prevensiyası və onların həlli yolları üçün beynəlxalq praktikanı müzakirə edəcəyik.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Gürcüstanda gənclər iqtisadi cəhətdən həssas qrupdur, lakin, bu çağırışların öhdəliyindən necə gəlmək lazım olduğunu göstərmək üçün Avropa təcrübəsinə göz gəzdirməliyik - Avropalı gənclər eyni problemlərlə üzləşirlərmi, iqtisadi çətinliklərin öhdəsindən hansı yollarla və necə gəlirlər.
Rəyimiz
Avropa ittifaqının bütün ölkələrində gənclərə dəstək proqramı mövcuddur, onlarla bağlı tövsiyyələri Avropa İttifaqı verir və burda xüsusi diqqət stajorluğa, mentorluğa və peşə təhsili məsələlərinə verilir. Gürcüstanda isə, oxşar, vahid bir yanaşama mövcud deyildir.
Nəyi bilməliyik?
Avropa İttifaqında gəncləri iş bazarına cəlb etməyə böyük əhəmiyyət verirlər. Avropa komissiyası bunun üçün müxtəlif praktikaları hazırlayır. Problem xüsusilə kovid pandemiyasından sonra xüsusilə əhəmiyyətli olmuşdur, çünki hələ iş təcrübəsi olmayan gənclərə əmək bazarına daxil olmalarında maneələr törədildi. Həmin tövsiyyələrdə həm əmək bazarına daxil olmanın, habelə, təhsil almaq və işsizliyi yenmək yolları təqdim edilmişdir.
Avropa ölkələrində gənclərin işsizliyini azaltmaq üçün nələr edir?
- Bir çox avropa ölkəsində, o cümlədən Almaniyada, Fransada və Polşada gənclərin əmək bazarına qoşulması üçün yaxşıca hazırlanmış strategiyalar mövcuddur. Bu dövlətlərin həyata keçirdikləri başlıca yanaşmalarından biri, peşə zəmanəti praktikasıdır ki, buda 16-dan 25 yaşınadək, nə təhsil sisteminə, nə işə cəlb olmuş nə də təlim keçən gəncləri əhatə edir. Həmin gənclərə paralel olaraq təhsil və iş imkanı verilir. Proqramlar o cümlədən təlimləri, işə götürmə xidmətlərini və maliyyə yardımını nəzərdə tutur. Habelə, mentorluq funksiyalarını da nəzərdə tutur. Orda peşəkarlar gənclərin bacarıqlarını inkişaf etdirmələrinə və əmək bazarına qoşulmalarına rəhbərlik edirlər. Habelə, Almaniyada təcrübəsiz gəncləri əmək bazarına cəlb edən proqram mövcuddur.
- Çexiya gənclərin işlə təmini təşəbbüsünü həyata keçirir, hansı ki Avropa Sosial Fondu tərəfindən maliyyələşdirilir. Proqramın hədəf qrupu gənclərin işsizliyinin yüksək göstəricisi olan bölgələrdir və onlara dəstək məqsədilə özlərinə uyğun tədris proqramları, stajorluq və iş yerləri təklif edir. Təşəbbüs 15-dən 29 yaşınadək gənclərin işlə təmini qabiliyyəti və əmək bazarına inteqrasiyanın böyüməsinə fokuslaşıb.