Gürcüstanda, son illər ərzində, (pandemiya ucbatından 2020-ci ili çıxmaqla) iqtisadi böyümə təsbit edilir. Lakin, bu insanların böyük hissəsinin rifahına bir o qədər də təsir bağışlamır. Qarşıdakı məqalə niyə iqtisadi böyümənin əhalinin rifahı səviyyəsinin yaxşılaşmasına kömək etmədiyini və mövcud situasiyanı islahı üçün nələr gərəkdiyinə cavab verməyə çalışır.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Sosioloji araşdırmanın göstərdiyi kimi, son 10 il ərzində, Gürcüstan əhalisi üçün yoxsulluq, işsizliklə birlikdə, ən başlıca problemdir. 2010-2020-ci illərdə, Gürcüstanda yoxsulluğun mütləq həddindən aşağıda olan (gəlirinin minimum əmək haqqından aşağı olduğu) əhalinin payı 37%-dən 17.5%-dək azaldı, lakin sosial müavinət alan şəxslərin ümumu əhali arasındakı payı artmaqdadır.
Buna paralel olaraq, ÜDM-nın də artdığını, müşahidə edirik ki, o Gürcüstan iqtisadiyatının əhalinin rifahına yönəlmədiyi şübhəsini və ümumiyyətlə, nail olunan varın yalnız kiçik qrupların əlində olduğu fikrini gücləndirir. Beləki, iqtisadi bərabərsiliyin səbəblərini təhlil etməli və problemin həlli yollarını tapmalıyıq.
Bizim rəyimiz
Gürcüstandakı iqtisadi bərabərsizliyin əsas səbəbi sosio-iqtisadi inkişafı baxışının qüsurlu olmasındadır. Hökumətlərin dəyişməsinə baxmayaraq, əcnəbi sərmayələrinə, turizmə və daşınmaz əmlak sektorunda asılı olan iqtisadi inkişaf modeli dəyişməz olaraq qalır.
Həmin sektorlar isə nə kütləvi iş yerləri yarada bilir, nədə ölkənin orta və uzunmüddətli dayanıqlı inkişafına dəstək verə bilirlər. Bununla belə, Dövlətin dəstəyi və Qanunvericilik bazası, daha çox, sərmayədarlar və işə götürənlərin maraqlarının qorunması üzərində biçilmişdir. Bu hal işləyənlərin hüquqlarını tez-tez pozur və onların həyatlarına təhlükə belə yaradır. Yoxsulluq və gəlirlərin mövcud olduğu bərabərsizlik fonunda, ölkənin əməli sosial siyasəti yoxdur, hansı ki, resursların və var-dövlətin az-çox şəkildə bərabərcə bölüşüdürülməsinə imkan verərdi.
Beləki, Gürcüstan əhalisinin əksəriyyəti yenə də iqtisadi ehtiyaclarla boğuşmalı olur. Bir yandan ağır inflasiya fonu isə onu mühacirətə getməyə vadar edir.
Problemin mahiyyəti nədədir?
İctimaiyyətin böyük hissəsinin ehtiyaclar içində olduğu bir fonda, hökumət nümayəndələri ölkənin iqtisadi böyüməsinə işarə edən statistikadan danışırlar. Siyasətçilər qeyri-dəqiq rəqəmlər göstərməsələr də, ümumiyyətlə, statistikadan möhtəkircəsinə istifadə etmək halları da az deyildir.
Lazım olan verilmişləri seçməklə, müxtəlif reallıqlar göstərmək olar və həmin reallıq medalın yalnız bir tərəfini göstərə bilər. İqtisadi böyüməyə diqqət çəkən və eyni zamanda inflasiya və ya yoxsulluğa fikir verməyən media vasitələri də bir çox hallarda belə davranır.
Gürcüstanda:
- İqtisadiyyat daha çox rus kapitalı sayəsində böyüdü. bu isə bir dəfə effektli ola bilər, sistemli deyil.
- ÜDM-nin böyüməsinə tikinti sektorunun və daşınmaz əmlakın artmaqda olan dövriyyəsi töhfə vermişdir. Bu isə həmçinin Rusiya vətəndaşlarının Gürcüstana gəlişi ilə birbşa bağlıdır.
- Bununla belə, iqtisadi böyümə Kovid pandemiyasından sonrakı iqtisadi fəaliyyətlərin bərpası ilə də şərtlənmişdir.
- Yüksək inflasiya səviyyəsi, əmtəə və xidmət üzərində istehlakçılıq qiymətlərini artırır.
Bununla belə, Gürcüstan iqtisadiyyatı xaricə işləməyə gedən vətəndaşlar tərəfindən göndərilən pulla yaşayır. Məsələn, 2021-ci ildə Gürcüstana köçürülən pulların həcmi 2.35 milyard ABŞ dolları təşkil edirdi. Bu ölkə Ümumdaxili məhsulunun 13%-dir.
Doğrudur mühacirət saldosu yəni ölkədən çıxan və ölkəyə qayıdan insanların nisbəti -2022-ci ildə başqa illərlə müqayisədə müsbətdir, lakin verilmişlərə detallı şəkildə baxmaq lazımdır.
- 2022-ci ildə Gürcüstandan, son 10 il ərzində, rekord həddə insan mühacirətə getdi. Onların sayı 100 000 vətəndaşdan çoxdur. Bu rəqəm vətənə qayıdanların sayından iki qat artıqdır.
- Bununla belə, Rusiya Federasiyasından Gürcüstana 60 000-dən çox nəfər daxil oldu. Bu isə əvvəlki illərin göstəricilərindən təxminən 6 dəfə yüksəkdir. Rusiya vətəndaşlarının kütləvi şəkildə gəlişi daşınmaz əmlakın üzrə qiymətlərin artmasına səbəb oldu.
Beləliklə, Gürcüstan iqtisadi inkişaf modelinin ictimaiyyətin əksəriyyəti üçün rifah vəd etmədiyi qənaətinə gələ bilərik. Seçilmiş model Gürcüstanın iqtisadi modeli dayanıqlı iqtisadiyyatın qurulmasına yönəlməyibdir. O qısamüddətli böyüməyə istiqamətlənərək həm ictimaiyyətdə həmin böyümənin paylaşmasının vacibliyindən imtina edir, həm də böyümədən irəli gələn sosial və ekoloji xərclərdən yayınır.
Problem necə həll edilə bilər?
Ölkənin iqtisadi vəziyyətinin yaxşılaşmasına və əhalinin böyük hissəsinin rifahının böyüməsinin yaxşılaşmasını və əhalinin böyük qurplarının rifahını bir çox siyasi və iqtisadi amil şərtləndirir. Mövcud sosial-iqtisadi problemlərin aradan qaldırılması üçün bunlar gərəkdir:
- Demokratiyanın gücləndirilməsi və ictimaiyyətin Dövlət təsisatlarına etimadının artırılması.
- İqtisadi inkişaf baxışına yenidən baxılması və Dövlət tərəfindən ayrıca iqtisadi sektorların inkişafının dəstəklənməsi (Məs. Texnologiyalar və innovasiyalar, yüngül sənaye, kənd təsərrüfatı və s.).
- Kiçik və orta biznes üçün kapitala əlçatımlılığı artırmaq.
- Yeni iqtisadi siyasətə müvafiq şəkildə, səriştəli işçi qüvvəsini hazırlamaq üçün, təhsil sektorunda müvafiq dəyişikliklərin aparılması.
- İnhisarçılığın azaldılması;
- Güclü, kamil, sistemli sosial siyasət (həssas qrupların gücləndirilməsi, güclü mənzil siyasəti, səhiyyə xidmətlərinə, təhsilə və s. ümumi əlçatımlılıq);
- Əmək bazarının tənzimlənməsi (minimum maaş, rəsmi işlə təmin edilməni dəstəkləmək, qeyri-rəsmi işlə təminin monitorinqi, ləyaqətli əmək şəraitini təmin etmək, əmək təhlükəsizliyi və s.);
- Və s.
Beləki,
Çıxış məhz elə Dövlət modelinin transformasiyasındadır. Bu, Dövlətin ictimaiyyətin rifahına yönəlçiş ölkəyə çevrilməkdə kömək edəcəkdir.
Struktur xarakterli siyasi və iqtisadi islahatlar iqtisadiyyatın inkişafına, iş yerlərinin yaradılmasına, ləyaqətli maaşa və əmək şərtlərinə, yoxsulluq səviyyəsinin azalmasına və gəlirlərin qeyri-bərabərliyini aradan qalxmasına səbəb olacaqdır.
Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.