“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Etnik azlıqlarda təhsil hüququ – nəyi bilməliyik?
February 2, 2024

Təhsil müstəqil, universal bir hüquq kimi qəbul edilir.  O elə bir fundament və ilkin şərtdir ki, başqa hüquqların həyata keçirilməsi üçün  həlledici bir rola malikdir.  Təhsillə bağlı məsələləri etnik azlıqlar üçün xüsusilə böyük əhəmiyyət kəsb edir, çünki təhsil sistemi onların xüsusi ehtiyaclarını nəzərə almalıdır.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Gürcüstanda etnik azlıqların təhsil hüquqlarının kamil surətdə həyata keçirilməsi hər mərhələdə problemlidir.  Əlçatımlılıq (o cümlədən, ərazi uzaqlığı) erkən və məktəbəqədər təhsil, təhsilin keyfiyyəti və kadrların qıtlığı; ümumi təhsildə təhsil və maddi-texniki qaynaqların  azlığı, dərsliklərin keyfiyyəti və s. çağırış olaraq qalır.

Misal üçün, tədrisin aşağı keyfiyyəti imtahanlarda alınan nəticələrdə də  özünü yaxşı göstərir. 2011-2019-cu illərin attestat imtahan nəticələrinə əsasən, etnik azlıqların nümayəndəsi şagirdlər ortalama daha aşağı xallar alırdılar, nəinki onların gürcü dilində danışan həmyaşıdları. Habelə, etnik azlıqlar tərəfindən təhsillərini tərk etmək göstəriciləri də yüksəkdir.

Bütün bunlar isə etnik azlıqların sosial həssaslığına imkan yaradır. Əlçatımlı keyfiyyətli və inklüziv təhsil sosial və iqtisadi çağırışların, yoxsulluq silsiləsindən yaxa qurtarmağın əsas alətlərindəndir. Beləliklə, etnik azlıqların təhsil hüquqlarının realizəsilə bağlı beynəlxalq yanaşmaları bilmək əhəmiyyətlidir.

Rəyimiz

Dövlət ölkədə yaşayan əhaliyə, onun etnik mənsubiyyəti və sosial vəziyyətinə fərq qoymadan, təhsil alması üçün eyni şəraitlər yaratmalıdır.  Beləliklə, etnik azlıqlar üçün ikidilli keyfiyyətli təhsilin (bilinqval tədrisin) etnik azlıqlar üçün əlçatımlı olduqca əhəmiyyətlidir. Bu isə onların sosial inteqrasiyasına dəstək üçün effektli alətdir.

Nəyi bilməliyik?

Etnik azlıqlar üçün keyfiyyətli təhsil almaq öz potensiallarını, bacarıqlarını, bilik və qabiliyyətlərini inkişaf etdirmək, ictimai həyatda fəal iştirak etmələri deməkdir. Beynəlxalq standartlara əsasən, bu özündə bir neçə əhəmiyyətli cəhəti əhatə edir:

  • Öz dilində təhsil almaq və təhsilin bütün səviyyəsində əlçatımlıq anadilli tədrisin  məktəbəqədər dövrdən başlaması və  təhsilin bütün səviyyələrində  əlçatımlı olması olduqca əhəmiyyətlidir.
  • Dövlət dilini öyrənmək və biliqval təhsil Hər bir uşağın dövlət dilini lazımınca öyrənmək imkanının olması eyni dərəcədə vacibdir. Dövlət dilini bilməmək və yaxud, lazımınca bilməmək universitet təhsilini  əlçatımlığı axsada bilər. Etnik azlıqların təhsil siyasəti  bir sosial bərabərliyə  dəstək vasitəsi kimi ikidilliliyə yönəlməlidir.
  • əllimi lazımınca hazırlamaq/yenidən hazırlamaqEtnik azlıqlar üçün keyfiyyətli təhsilin çatdırılmasının əhəmiyyətli cəhətlərindən biri müəllimləri yenidən hazırlamaqdır. Bu kifayət qədər səriştəli və kvalifikasiyalı müəllimlərin hazırlanmasını nəzərdə tutur. Onlar şagirdlərin mədəni fonunu yaxşı tanıyır və hər iki dildə dərs deməyi bacarırlar.
  • Müvafiq keyfiyyətli dərsliklər/ resursların əlçatımlılığı iklüziv təhsili təmin etmək üçün yüksək keyfiyyətli təhsil materiallarıvəsaitlər azlıq dillərində hazırlanmalıdır. Bununla belə, məktəb təhsili,  məktəb dərslikləri etnik azlıqların tarixi, mədəniyyət,  ictimaiyyətin inkişafına verdikləri töhfəni,  əks etdirməlidir.
  • Təhsilin planlaşdırma və həyata keçirmə prosesinə qoşulmaq Dövlət təhsil siyasətinin, proqramlarının hazırlanmasının və həyata keçirilməsinin bütün mərhələlərində etnik azlıqların effektli  iştirakını  təmin etməlidir.

Bilməyimiz əhəmiyyətlidir ki,  

Dünyanın müxtəlif ölkələrində keçirilən fərqli araşdırmalara əsasən, ikidilli keyfiyyətli təhsil etnik azlıqlara yüksək akademik  nəticələr, ali təhsil almaq, həm ana dillərini, həm də dövlət dilini bilmək, ictimai həyatda daha çox inteqrə olmaq imkanı verir.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. qalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru