“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Gürcüstanda Sosial Müdafiə Sistemi sabit və ümumi deyildir
August 30, 2022

Sosial siyasəti sağlam şəkildə həyata keçirmək üçün, ölkələr tərəfindən sosial müdafiə modelini düzgün seçmək olduqca əhənmiyyətlidir. Bu modellər isə bir-birilərindən fərqlənir və ölkələrin siyasi quruluşu, reasursları, dəyərləri və yaxud, digər əlamətlərində asılı olaraq dəyişirlər. 

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Sosial müdafiə sistemləri bütün vətəndaşlara aiddir.  Gürcüstanda bu sistem zəif olduğu üçün,  Dövlətin bu cəhətdən gördüyü işləri  və gələcəkdə nə kimi imkanlara malik olduğumuzu bilməyimiz çox əhəmiyyətlidir.

Bizim rəyimiz 

  • Gürcüstan Sosial Müdafiə siyasəti fraqmental xarakterlidir. Bu isə sosial vəziyyətin düzəlməsinə xidmət göstərmir;
  • Fraqmental siyasət qeyri-sabitdir, beləki, uzunmüddətli rifahı təmin edə bilmir;
  • Beləki,  Gürcüstanda sosial müdafiə rıçaqları yoxsulluğun aradan qaldırılmasına yönəlməyibdir.  

Problem nədir?

Bu cədvəldən göründüyü kimi, sosial müdafiə üçün ayrılan vəsaitlər payı ilə, Gürcüstan avropa ölkələrindən, o cümlədən Şərqi Avropa ölkələrindən kəskin şəkildə geridə qalır. 

Müxtəlif ölkələrdə sosial müdafiə modellərinə təfərrüatı ilə burda baxın:

Sosial müdafiə üzrə qitə avropası və Skandinaviya modelləri necədir?

Sosial müdafiənin liberal modeli necədir?

 

Gürcüstanda nə baş verir?

Gürcüstanda sosial müdafiə sistemi nə sabitdir, nədə ki ümumi. Bununla birlikdə,  o müəyyən şəkildə liberal modeli prinsiplərini təkrarlayır. Liberal modelin ən bazis, sosial rifah üçün kifayət etməyən mexanizmlərindən istifadə edir.  

  • Dövlət ən ifrat ehtiyacda olan insanların müavinətini təmin edir (Sosial müavinət), bu isə  olduqca azdır;
  • Minimum əmək haqqı  deyə bir şey mövcud deyil (ayda 20 lari);
  • Dövlət  özəl sektordan işləyəni maaşlı dekret məzuniyyəti ilə təmin etməsini  tələb etmir və yalnız özü bir dəfəlik  maksimum 1000 larilik təzminat ödəyir;
  • Təqaüdçülərinin olduqca aşağı Dövlət, baza, pensiyaları var;
  • İşsizlər üçün müavinət/sığorta yoxdur. 

 

Kontekst

2021-ci ildə o vaxtkı Səhiyyə Naziri  bildirdi ki,  Gürcüstanda Sosial Məcəllə yaradılmalıdır. Bunun üçün Avropa Sosial Müdafiə Sistemlərini öyrənməli və gürcü kontekstinə müvafiq şəkildə onlar yeni Məcəllədə inteqrə edilməlidir.  

  • Lakin  bununla bağlı addımlar hələ də atılmalıdır.  Yuxarıda qeyd olunan problemlər isə yenə də qalır və onların həlli barəsində söhbətə yenə də başlanmayb.  

Nəzərə alınmalıdır ki,  Gürcüstan Avtopa  Sosial Xartiyasının  bu kimi qeydlərinə imza atmayıbdır

  • Ləyaqətli əmək haqqı (4-cü maddə, 1-ci bənd)
  • Maaşlı dekret məzuniyyəti (8-ci maddə, 1-ci bənd)
  • Bərabər sosial təminat (12-ci maddə, 2-ci bənd)
  • İşdən azad edildikdə müdafiə (24-cü maddə)
  • Əlçatan yaşayış yeri (31-ci maddə, 3-cü bənd)
  • Evsizliyin aradan qaldırılması (31-ci maddə, 2- bənd)

 

Problemlər necə həll edilməlidir?

Dövlət sosial müdafiə modelinin yaxşılaşdırılması ən əla təcrübəyə və onun əlində mövcud olan resurslara əsaslanmalıdır.

    •  Sosial müdafiənin prioritetli olması və büdcədən daha çox vəsaitlərin ayrılması əhəmiyyətlidir;
    • İnsana yönəlmiş və sağlam sosial müdafiə sistemi yaradılsmalıdır;
    •  Uzunmüddətli perspektivə hesablanmış və insanların güclənməsini təmin edən strateji plan hazırlanmalıdır
  • Dövlət işə götürənin rolunu və ölkədəki sosial müdafiə gücləndirmə istiqamətində qabartmalıdır.  

Diqqətamiz olanı nədir?

Gürcüstan iqtisadi cəhətdən güclü ölkə deyildir. Beləliklə, Sosial müdafiə sistemlərində liberal modelinin daha çox nöqsanı var. Liberal modelli, iqtisadi cəhətdən güclü ölkələrdə, özəl sığorta icbaridir, beləki, böhran baş verdikdə, onları özlərinin topladıqları sığorta qoruyur. Gürcüstanda isə liberal model üçün səciyyəvi belə bir mexanizm yoxdur.  

  • Daha çox, Gürcüstanda qeyri-rəsmi əməyə cəlb olunmuş insanların sayı yüksəkdir.  Belə hallarda, qeyri-rəsmi (qeyri -formal) işləyənlərin sosial müdafiəsi üzrə heç bir rıçaq yoxdur;
  • Nəticədə,  Gürcüstanda güclü, vahid, sabit və insanlara yönəlmiş sosial müdafiə sistemləri mövcud deyildir. 

Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.

Məqalə hazırlanmışdır
ნინო ხელაძე
Nino Xeladze
Sosioloq
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru