“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Gürcüstanın inflasiya və monetar siyasəti
July 3, 2023

Mərkəzi banklar qiymətlərin sabitliyinə nail olmaq üçün monetar siyasətə müraciət edir. Həmin siyasətin isə effektivliyi akademik dairələrdə,  2021-2022-ci ilin inflasiya təzyiqi ilə nisbətdə, intensiv müzakirə predmetinə çevrildi. 

2022-ci ilin 8.4%-lik qiymətlərin artmasına cavab olaraq, Avropa Mərkəzi Bankı, on ildən artıq bir müddətdə, ilk dəfə monetar siyasətini sərtləşdirdi.  Bunun Avropa zonasında mənfi  uçot faiz dərəcələri dövrünə xitam verilmiş oldu.  Avropa Mərkəzi Bankının bu siyasəti inflasiyanın 2%-lik dərəcəyə qaytarılmasına xidmət edir

Qarşıdakı məqalə, 2021-2022-ci illərdə Gürcüstanda qiymətlər səviyyəsinin böyüməsinə və Milli bankdan cavab olan monetar siyasətə nəzər yetirir.  İnflasiyaya səbəb olan səbəbləri təhlil etməklə  monetar siyasətin effektivliyinin qiymətləndirilməsinə çalışacağıq. Bununla belə, inflasiyanın alternativ vasitələrini də müzakirə edəcəyik. 

Nəyi bilməliyik?

Monetar siyasət tələbin artmasından irəli gələn inflasiyanın azalmasında həll edici rola malik olsa da, təklif tərəfindən inkişaf edən inflasiyanın öhdəsindən gəlmək üçün bir o qədər də effektli deyildir. Bu sonuncusu belə olduqda qiymətlər səviyyəsinin artması əsasən istehsal xərclərinin artması və ya tədarük zəncirlərinin pozulması ilə nəticələnir. Əsasən pul və uçot faiz dərəcələrini idarə etmək üzrə məsul olan monetar siyasəti isə oxşar amillər qarşısında acizdir. 

 Gürcüstan Milli Bankı 2021-2022 illərdə inflasiyanın monetar siyasətini tədricən sərtləşdirməklə refinanslaşdırma dərəcələrini 8-dən 11 faizə kimi böyütməklə cavab verdi (çertyoj N1), buna baxmayaraq, bu dövrdə inflasiyaya səbəb olan səbəblər  bir-birindən fərqlənirdi. 

Mənbə: Gürcüstan Milli Bankı: https://analytics.nbg.gov.ge/views/MonetaryPolicyRate/sheet1

Təfərrüatı ilə bu məqaləyə baxın:  Gürcüstanda inflasiyaya səbəb olan səbəblər

Bu mövzu məni niyə maraqlandırmalıdır?

  • Gürcüstanda,  2021-2022-ci illərdə, yüksək inflasiya ilə fərqlənirdi. Qiymətləndirmənin kəskin artması 2021-ci ilin ikinci yarısından başladı və dekabrda 13.9 faizlə inflasiyanın rekord göstəricisi təsbit edildi. İnflasiyada ən böyük rol idxal edilən qida və yanacağın üzərinə düşür.  İnflasiya 2022-ci ildə də yüksək dərəcədə idi (11.9%). Bu dövrdə mənzil kirayəsi, yerli istehsal məhsulları və xidmətlər xüsusilə bahalaşdı. Bu isə əsasən rus immiqrantların tələbi və xərcləmələrinin artması ilə şərtlənmişdir.
  • Beləliklə,  Gürcüstanda qiymətlərin artması 2021-ci ildə təklifin azalması, 2022-ci ildən isə  tələbin artması ilə bağlı idi.  
  • İnflasiya ən az gəlirli ailələrə ziyan vurdu, çünki onların gəlirlərinin böyük hissəsi qida, nəqliyyat vasitəsi və yaşadıqları evlərə sərf edilir. 2021-ci ildən qiymətlər ən çox bu kimi mal və xidmət üzrə artmışdır.  
  • Bunun fonunda, Gürcüstan Milli Bankı tərəfindən sərtləşdirilmiş monetar siyasət pulu bahalaşdırır və iqtisadi fəaliyyəti ləngidir, yerlilər və immiqrantların alıcılıq qabiliyyəti arasında bərabərsizlik yaradır. 

Təfərrüatı ilə bu məqaləyə baxın: İnflasiya nədir və necə hesablanır

Rəyimiz

Təklif şoklarına qarşı monetar siyasət effektsizdir, inflasiyanın  immiqrantların tələblərinin artmasından irəli gələn azalmasına gədikdə isə, monetar siyasətin sərtləşməsi yalnız yerli əhalinin istehlakçılıq imkanlarının və ixracat potensialının pisləşməsi sayəsində mümkün olmuşdur.  Beləliklə, inflasiyanı azaltmağın alternativ yollarına ehtiyac duyulur. 

 Təklif tərəfindən irəli gələn inflasiyaya qaşrı, struktural islahatlar, infrastruktur investisiyalar, maarifləndirici investisiyaların artması, antimonopolist siyasətin gücləndirilməsi  nisbətən effektli şəkildə işləyir. Habelə, yerli iqtisadiyyatın güclənməsi və ticarət defisitini azaltmaq, idxalatdan asılılıq və beləliklə, idxalat inflasiyasını azaltmaq üçün fundamental əhəmiyyətə malikdir. 

Daha detallı şəkildə:

Sərt monetar siyasət, tələbi azaltmaqla inflasiyanı da azaldır.  Gürcüstanda, monetar siyasətinin inflasiyaya keçməsində ən əhəmiyyəti rolu uçot faiz dərəcəsi və  mübadilə məzənnəsi kanalları oynayır

  • Monetar siyasəti sərtləşdirmək bank kreditlərinin uçot faiz dərəcələrini artırır.  Belə şəraitdə, kreditlər üzərində tələblər azalacaqdır. Bunun nəticəsində, investisiyalar və istehlakçılıq xərcləri azalacaqdır. Nəhayətdə, bu proses tələbi sıxışdırır və qiymətlərin azalmasına dəstək verir. 
  •  Uçot faiz dərəcəsinin artması yerli aktivlərə (Milli valyutada) tələbi artmağa kömək edir, bu isə larinin sabitləşməsinə imkan verir. Mübadilə məzənnəsinin bahalaşması idxal edilmiş əmtəənin qiymətini ucuzlaşdırır və ixraca göndərilən əmtəəni bahalaşdırır. Nəticədə,  idxal edilən əmtəənin qiymətləri azalır.  Bununla belə,  yerli valyutanın bahalaşması idxalatın artmasına və ixracatın azalmasına səbəb olur. Bu isə vahid tələbləri, beləliklə inflasiyanı azaldır. 

Hər iki mexanizmlə monetar siyasət tələbi azaltmaq yolu ilə inflasiyanı sıxışdırır. Ancaq, inflasiyaya səbəb olan səbəblər həmişə tələbin artması ilə bağlı deyildir.  

2021 – 2022-ci illər inflasiyaya bais olan əsas səbəblər:

2021-ci ilin ikinci yarısından artmış inflasiya səbəbləri əvvəlcə yanacağın və qidanın qlobal səviyyədə bahalaşması ilə bağlı idi. Bu fakta qlobal səviyyədə artmış inflasiya da işarə edir.  Gürcüstanın idxalatdan asılı ölkə olması, qida və yanacağın artmış qiymətləri idxal edilmiş inflasiya simasında  gəldi ( çeryoj N2). 

Gürcüstan Milli Bankı tərəfindən iflasiyaya cavab olaraq sərtləşdirilmiş monetar siyasət bu səbəblər qarşısında acizdir. Bu isə ona görə belə olur ki, problem artmış tələbdə deyil, azaldılmış təklifdədir. Təklifin ləngiməsi, hələ kovid-reqlamentlər, sonra isə Rusiya-Ukrayna müharibəsi ilə əlaqəlidir.  

 N2 çerytojdan məlum olur ki,  2022-ci ildən idxal edilən inflasiya azalır, ancaq yerli inflasiya yüksək səviyyədə qorunur. Bu isə immiqrasiya axınları və sürətlə inkişaf etməkdə olan iqtisadiyyatı nəzərə almaqla, həddi aşmış tələbə işarə edir.  Kəskin monetar siyasətin effekti burda da az olacaqdır, çünki tələbin artması yerlilərin deyil, immiqrantların xərclərinin artması ilə bağlıdır. Bundan əlavə, sərtləşmiş uçot faiz dərəcəsi nəticəsində məhdudlaşdırılmış kredit, yerliləri immiqrantlarla nisbətdə əlverişsiz vəziyyətə salır. 

2022-ci ilin sonunda, inflasiyanın artması fonunda,  nominal maaşlar da artmışdır. Bu diskussiyalara səbəb olmuşdur – maaş spiralı yaranıb ya yaranmayıb.  Məsələnin mahiyyəti inflasiyaya əslində nəyin səbəb olmasıdır – qiymətlərin artması, yoxsa maaşların artması. Bir tərəfdən maaşların artması idarə edilən gəlirlərin artmasına, təklifin artmasına və beləliklə, qiymətlər səviyyəsinin böyüməsinə səbəb olur, ikinci tərəfdən isə qiymətlərin artması işləyən kütlədə maaşların yüksəlməsi tələbini qaldırır ki, bu da əmtəə və xidmət xərclərinin çoxalması deməkdir. Beləliklə, nəzəri olaraq, hər iki amil inflasiyanı şərtləndirə bilər. Lakin, onu da nəzərə almalıyıq ki, maaşların artması çox nadir hallarda inflasiyaya səbəb ola bilər və qlobal səviyyədə  inflasiya təhlükəsinə görə maaşların artırılması dayandırılmalıdır fikri artıq qəbul edilmir. Bununla belə, xüsusilə də oliqopoliya  bazarlarda, şirkətlər daha çox qazanc əldə etmək məqsədilə məhsulların qiymətlərini artıra bilərlər.  Gürcüstanda belə maaş-inflasiya spiralı təsbit edilmir beləki, maaşı azaltmaqla inflasiya ilə mübarizə etmək boş strateqiyadır. O, əhalinin sosial-iqtisadi şəraitini daha da pisləşdirəcəkdir.  

İnflasiyaya qarşı alternativ siyasət:

Təklif problemlərinin cəld və tamamilə həll edilməsi ehtimalı çox azdır. Beləliklə, təklif amillərindən irəli gələn inflasiyaya qaşrı alternativ siyasətin yenidən baxılması gərəkdir:

  • İdxal edilmiş inflasiyanı  azaltmaq üçün,  idxalı azaltmaq, ixracatı daxili istehsalı inkişaf etdirməklə təşviq etmək lazımdır. Bunun üçün struktur xarakterli islahatlar, sənaye siyasəti və təhsildə artmış investisiyalar gərəkdir. Sərt monetar siyasət isə əksinə, iqtisadi fəaliyyəti zəiflədir, idxalı artırır və ixracatı azaldır. Nəticədə, ölkə iqtisadiyyatı qlobal inflasiya şokları qarşısında müqavimətsiz hala düşür.  
  • İmmiqrantların xərcləməsi  nəticəsində artmış inflasiyadan doğan problemləri həll etmək üçün, yuxarı kirayə həddini təyin etmək olar. Almaniya Hökuməti 2015-16-cı ildə imiiqrasiya axınlarında məhz belə etmişdir. Habelə, əmək bazarının rəqabətqabiliyyətliliyinə yönəlmiş siyasət də effektli olacaqdır. 
  • Artmış mənfəət marjaları nəticəsindən irəli gələn qiymətlərin artması rəqabətin azlığı  və bazarların oliqopoliya təbiətilə bağlıdır.  Beləki, bu problem Milli Rəqabət Agentliyi tərəfindən antimonopoliya siyasəti ilə həll edilməlidir. Belə olduqda, monetar siyasətin  işlə təmin olunanların maaşları üzərindəki hökmranlığı azalır ki, o, aşağıgəlirli şəxslər üçün inflasiya təzyiqini daha da artırmış olur.  

Məqalə Fridrix Ebert Fondunun dəstəyi ilə hazırlanmışdır. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələri ilə üstr-üstə düşməyə bilər. Fondun yazılığı sürətdə razılığı olmadan materyaldan kommersiya məqsədləri ilə istifadə etmək qadağandır. 

Məqalə hazırlanmışdır
ზეზვა ზანგურაშვილი
Zezva Zanquraşvili
Siyasi-iqtisadiyyatçı
ია ერაძე
İa Eradze
İqtisadiyyat istiqamətli məsləhətçi
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru