Gürcüstan müxtəlif təbii sərvətlərlə zəngin və eyni zamanda əhəmiyyətli sənaye iqtisadiyyatı ənənəsinə malik olan bir ölkədir. Bu ənənə bir tərəfdən mövcud qaynaqların hasilatını, ikinci tərəfdən isə sovet dövründə tikilmiş, ancaq bu gün də fəaliyyət göstərən emaledici/zənginləndirici müəssisələri və ağır sənayeni nəzərdə tutur.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Onillərdir yoxsulluq içərisində yaşayan və əhalisini itirən bir ölkənin qızıl, mis manqanum, daş kömür, habelə əhəmiyyətli dərəcədə sənaye istehsalı: rəngli ərintilər, Rustavi və Kutaisi metalurji zavodları var.
Lakin Gürcüstan iqtisadiyyatı bu sərvətlərdən və sənayedən lazımınca istifadə edə bilmir. Faktdır ki, Sovet İttifaqının dağılmasından otuz ilin keçdikdən və üç uzunmüddətli hakimiyyətdə olan gücü dəyişdikdən sonra, Gürcüstanın sənaye şəhərləri ağır sosial, iqtisadi, ekoloji və demoqrafik böhran içindədir. Halbuki, orda hasil edilən resurslar və istehsal edilən məhsul qlobal və yerli bazarda əhəmiyyətli sərvət qaynağıdır.
Ölkənin nə kimi sərvətlərə sahib olduğunu bilməliyik ki, onlar ilk növbədə bizim rifahımıza, inkişafımıza xidmət göstərsin, hansısa şəxslərin varlanmasına deyil. Bundan əlavə, bizə həmin sərvətləri verən ətraf mühit çirklənməkdən və məhv olmaqdan qorunmalı; bu zənginliyi yaradan insanlar ümidsizlik, çarəsizlik, əzilmək, borclanmaq, xəstəlik, sosial perspektivsizlikdən əziyyət çəkməməli, yaranmış problemlərdən irəli gələrək ölkəni tərk etməyə çalışmamalıdırlar.
Bizim rəyimiz:
Gürcüstanın tənzimləyici Qanunvericiliyi, müfəttiş orqanları və inların icraetmə mexanizmləri ölkədə humanist, qeyri-istismarçı, sosial və ekoloji cəhətdən ədalətli hasilat şəraitlərini bu günə qədər təmin edə bilmir.
Gürcüstanın vergi siyasəti iri biznesin adekvat şəkildə vergilənməsini nəzərə almır. Mənfəət vergisi ölkədə yalnız 15%-dir, filizlərə təyin edilən vergi isə cüzidir. Bu cür vergi siyasəti ölkəmizin sənaye və təbii sərvətlər potensialını yalnız özəl şəxslərin varlanmasına xidmət etdirir.
Bunun səbəbi isə, Gürcüstanın onillərdir ki, kiçik dövlət, minimum müdaxilə, yəni müdaxilə etməmək və yalnız investora istiqamətlənmiş siyasəti güdməsidir. Həmin siyasətsə gözlə görünən və aşikar sosial və iqtisadi nəticələrə səbəb olur və ölkənin inkişafı üçün əhəmiyyətli dərəcədə iqtisadi itkilər deməkdir.
Ən yeni tarix
Genişmiqyaslı sənayeləşmə və demək olar ki, “şokasalıcı” dövrünü ölkə Sovet İttifaqının süqutundan sonra yaşamışdır – sənaye istehsalatı müəssisələri məhv edildi, qapadıldı, qurğular söküldü və ölkədən metallolom şəklində çıxarıldı. Lakin təbii resurslar və iri strateji obyektlərə qarşı maraq nə post-sovet dövründə səngiyib, nədə yeni bazar iqtisadiyyatında. Əksinə, bu özəl şəxslərin varlanma vasitəsinə çevrildi.
2000-ci illərin ikinci yarısında təbii sərvətlər və istehsal sektorunun aqressiv özəlləşdirilməsi siyasəti, hansını ki vergilərin tarixi minimumadək azaltma və əmək bazarının derequlyasiya dalğası müşayiət edirdi, Gürcüstan sənaye şəhərlərini və onların ətrafındakı kəndləri yeni, özəl mülkiyyətçilərin əlinə minimum sosial və ekologiya standartlarına riayət edilmədən keçirtdi. Monoindustrial qəsəbələr yaşamaq və sağlamlıq üçün təhlükəli, çirkli, açıq, qazılmış karxanalar və ya yeraltı işlər nəticəsində xəsarət almış evlərlə dolu ərazilərə, mühacirliyin müasir tramplinlərinə çevirdi.
Nəyi bilməliyik?
- Çiatura, Tkibuli, Kazreti Gürcüstanın ən iri monoindustrial şəhərləridir. Monoindustrialar başqa şəhər və kəndlərdə də mövcuddur: Zestafonidə, Rustavidə, Potidə, Kutaisidə, Kaspidə, Ksanidə və s.;
- Bu şəhərlərdə qızıl, mis, manqanum və onun ərintiləri, daş kömür, metalurji məhsul, şüşə məhsulu və s. hasil və istehsal edilir;
- Bu gün mövcud olan bütün strateji filizlər və onları hasil edən/zənginləşdirən bütün müəssisələr özəlləşdirilmişdir. Monoindustrial şəhərlərə sahiblənən şirkətlər, əsasən, ofşorda qeydiyyatdan keçən şirkətlərdir. Beləki, onların dəqiq sahiblərini tapmaq bir çox hallarda qeyri-mümkündür. Lakin, nəzarət paketiləri, əsasən, rus və ukraynalı milyarderlər əlindədir.
Problem nədir?
- Gürcüstanın bütün monoindustrial şəhərində - Tkibulidə, Çiatura və Kazretidə, habelə, Zestafoni, Rustavi, Kutaisi kimi s. sənaye zonalarında əmək təhlükəsizliyinə lazımınca riayət edilmir, fəhlələrin əmək haqqı isə yaşamaq üçün kifayət deyildir;
- Bütün moniindustrial şəhərlərdə işlə təmin üzrə ağır problemlədir, çünki alternativ iş yerləri mövcud deyil və işlə təmin üzrə yeganə variant yenə də hasil edən müəssisələrdir;
Bütün monoindustrial şəhərdə qorxutma, terror, nəzarət, yerli kriminal və başqa tip “avtoritetlərin” müdaxiləsi, başqa növ qeyri-formal proseslər görünür. Buna görədir ki, etiraz və narazılıq ifadə etmək çətinləşdir;
- Yerli büdcənin qıt olduğu bu şəhərlərdə infrastruktur çatışmır. Bazis və sosial xərcləri isə bir çox hallarda Dövlətin əvəzinə şirkətlər öz üzərlərinə götürürlər və bu onların sosial məsuliyyətləri hesab edilir;
- Bütün bu şəhərlər əhalidən boşalır – miqrasiya çox yüksəkdir, qadınların çıxması – ailə əməyində, baxıcı kimi. Onların göndərdikləri pullar sənaye şəhərlərinə xilas olmaqda kömək edir;
- Gürcüstanın sənaye şəhərlərinin iş tətili və qarşıdurması sahəsində böyük təcrübəsi var. O cümlədən, zəhmətkeşlərin genişmiqyaslı tətillərinin də. Onlara Gürcüstanın başqa sənaye şəhərləri həmrəyliklərini bildirirlər.
Misal üçün, ictimaiyyətin 2016-cı ilin qışında başlayan tətillər dalğası yaxşı yadındadır. Həmin tətillərdə eyni zamanda həm iştirak edir, həm də bir-birlərini Tkibulinin “Saknaxşiri”, Çiaturanın “Corcian manqanez”, Ksanin “Ministari” və Gürcüstan Dəmiryolları əməkdaşları dəstəkləyirdilər. Sonradan onlar Rustavi azot zavodunun işdən çıxarılmış fəhlələrinə də həmrəylik bildirirdilər.
Çıxış hardadır?
Bir çox nailiyyətli beynəlxalq praktika mövcuddur ki, hasil edən sənayeləri və orda işləyənləri sosial, ekologiya cəhətdən qoruyur və gücləndirir. Aşağıda bir neçə misal var, hansı ki Gürcüstan konteksti üçün uyğundur. Beləliklə, bu haqda müzakirəyə başlamağın və situasiyanı düzəltmək üçün addımlar atmağın vaxtı gəlibdir (Burdaca qeyd etmək lazımdır ki, aşağıda müzakirə edilən siyahı nə tamamilə kamildir, nədə axırıncı):
- Monoindustrial və sənaye şəhərlər Gürcüstan iqtisadiyyatının xüsusi seqmenti kimi ayrılsın və onlara qarşı vergi siyasəti dəyişsin. Bunun sayəsində yerli və mərkəzi büdcələr hasilat prosesindən daha da çox faydalana bilsinlər;
- Şirkətlərin iqtisadi hesabatları şəffaf olsun – sərfiyyatları, maaşların bölgüsü, distribusiyalar, mənfəət və dövriyyə haqqında informasiyalar;
- Əmək şərtləri təkmilləşsin, əmək təhlükəsizliyi, ətraf mühitə təsir standartları, qanunvericiliklər və onların yerinə yetirmə mexanizmləri daha effektli və əməli olsun;
- Şəhərlərə dağ-hasilat statusu verilsin və fərqli güzəştlər təyin edilsin, birbaşa hasilata və ağır sənayelərdə işləyənlərə isə gəlir, pensiya və başqa tip güzəştlər verilsin;
- Monoindustrial şəhərlərdə Dövlət alternativ iş yerləri yaratsın ki, insanlar geri qayıda bilsinlər və yalnız filizlərin hasilatından asılı olmasınlar;
- Hər bir yaşayış məntəqəsinə vurulmuş ekoloji zərəri hesablansın, şirkətlərə konkret müddətlə təzminatlar ödənmək həvalə edilsin. Təmin edilmədiyi təqdirdə isə cərimələnsinlər və ya milliləşdirilsinlər;
- İş yerində həlak olanların, xəsarət alanların ailələrinə ləyaqətli və iri təzminatlar və/ya saxlama mexanizmləri təyin edilsin və s.
Zəhmətkeşlərin tətillərinə, sənaye şəhərlərində ətraf mühitin deqradasiyasına qarşı çıxıslara biz ictimaiyyətin də həmrəy olması gərəkdir. İlk növbədə başqa qəsəbələrdə baş verənlər barədə məlumatlı olmalıyıq, sonra ölkəmiz və daha yaxşı cəmiyyətimiz üçün yuxarıda sadalanan dəyişiklikləri tələb etməliyik.
Qeyd etmək lazımdır ki, ictimaiyyətin hasil edilən ərazilər haqqında da məlumatı olmalıdır, ancaq gələcəkdə ictimaiyyətin, demokratik şəkildə, ölkənin qaynaqlarının idarəetmə məsələlərinə özü qərar verməli olduğu planlaşdırılır. Qarşıdurma praktikasının mövcud olduğu yerlər Şkmeri (Raça) və Dəllərdir (Bolnisi).
Məqalə Fridrix Ebert Fondunun dəstəyi ilə hazırlanmışdır. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələri ilə üstr-üstə düşməyə bilər. Fondun yazılığı sürətdə razılığı olmadan materyaldan kommersiya məqsədləri ilə istifadə etmək qadağandır.