“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Kənd həkimi proqramı və mərkəzləşmiş səhiyyənin problemləri
February 27, 2024

Son illərdə səhiyyə sektorunda xərclərin artması və ümumi səhiyyə proqramının qüvvəyə minməsinə baxmayaraq, səhiyyənin əlçatımlığı yenə də problem olaraq qalır. Tibbi xidmətlərin əlçatımlığı və  ictimai sağlamlığın idarəsində əhəmiyyətli halqa olan ilkin səhiyyənin Gürcüstandakı miqyası hələ də  məhduddur.

Bu mövzu ilə niyə maraqlanmalıdır?

Etnik azlıqlarla məskunlaşmış bölgələrdə ilkin səhiyyə xidmətlərinə, o cümlədən, kənd həkimin xidmətinə çatmaq əhəmiyyətli problem kimi göstərilir. Axalkalaki əhalisinin əksəriyyəti kəndlərdə məskunlaşıb, əhali Kvemo kartlidə də şəhərdən çox kənddə yaşayır.  Bu cür bölüşmə ilkin səhiyyənin inkişafı məsələsini daha da aktuallaşdırır.

Rəyimiz

Etnik azlıqlarla məskunlaşmış bölgələrdə kənd həkimi proqramının fəaliyyətini kənd -şəhər arası yolçuluğun bahalılığı, tibb məntəqəsinin qeyri-müntəzəm iş cədvəli,  kifayət etməyən əmək haqqı və həkimlərin başqa yerlərdə də işləməsi, səhmana salınmaz infrastruktur, dərman və avadanlıqların qıtlığı ləngidir.

Səhiyyə sisteminin administrasiyalaşdırılması necədir?

İlkin səhiyyə üzrə dövlət proqramları mərkəzləşdirilmişdir.  Bu dəfələrlə tənqid predmeti olmuşdur, çünki administrasiyalaşdırılmanın bu şəklinin effeksiz olduğu hesab edilir.

Daha konkret olaraq,  mərkəzi səviyyədə  siyasəti Gürcüstanın İşğal altında qalmış Torpaqlardan Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi müəyyələşdirir (bundan sonra Nazirlik). Yerli səviyyədə isə   ictimai səhiyyə üzrə məsuliyyət bələdiyyələrin də üzərinə düşür, lakin,  bu əsasən profilaktik peyvəndləri, vaksinasiyanı, xəstəliklərin yayılmasının qabağını almaqla əlaqəlidir. Onlar  Nazirliklə  koordinasiya ilə başqa tədbirlər də keçirə bilərlər.

İlkin səhiyyənin mərkəzi halqası olan kənd həkimi proqramı tamamilə mərkəzləşdirilmişdir.  Onun həyata keçirilməsi və nəzarət üzərində məsuliyyət Nazirliyin təsis etdiyi Gürcüstan Tibb Holdinqinin boynuna düşür.

Özünüidarəetmənin rolu barədə nə bilirik?

Bələdiyyələrin həm rolu məhduddur, həm də ehtiyaclar barədə onların əlində olan informasiya. ,,Komentar“ etnik azlıqlarla məskunlaşmış bələdiyyələrdən kənd həkimi proqramı çərçivəsində həkimlərin, ambulotariyaların sayı və onların fəaliyyəti haqqında məlumat almağa cəhd etdi. Lakin, beş bələdiyyədən dördü (Marneuli, Qardabani, Ninotsminda, Axalkalaki) bizi Nazirliyə və Holdinqə ünvanlandırdı. Onlarsa publik məlumat haqqındakı tələbimizi cavabsız qoydular. Suallarımızı yalnız Tetritsğaro bələdiyyəsi cavablandırdı. Meriyanın izahı ilə,  bələdiyyənin 89 kəndində 21 ambulatoriya fəaliyyət göstərir. Ambulatoriyalarda 23 həkim və  19 həkim köməkçisi xidmət göstərir.  Bu cür proporsiya, guman ki, coğrafi əçatımlıq meyarını təmin edə bilmir. Həmin meyara əsasən, xidmət 15 dəqiqəlik əlçatımlıq zonasında mümkün olmalıdır.  Həkim və köməkçilərinin sayı da problemlidir ki, bu sonuncusu ən yaxşı praktika ilə1 həkimə 3 köməkçini nəzərdə tutur. Həkim və köməkçilərinin natarzlığını Parlamentdə səhiyyə sisteminin 2030-cu ilədək  inkişafını nəzərdə tutan baxış  ehatə edir. Orda  da qeyd olduğu kimi həm kəndlərdə, həm də şəhərlərdə həkim köməkçiləri azdır.  Eyni zamanda sənəddə tibbi personalın qeyri-bərabər coğrafi bölüşmlələri də problem kimi göstərilmişdir.

Desentralizasiya nəyi dəyişərdi?

Tibb Elmləri Doktoru və Səhiyyə üzrə iqdisadiyyatçı Tenqiz Verulavanın bizimlə müsahibəsində dediyi kimi, ilkin səhiyyə proqramının idarəsi və monitorinqində yerli hakimiyyətin iştirakını gücləndirmək onun effektivliyini əhəmiyyətli dərəcədə şərtləndirir, çünki desentralizasiya:

  • Ölkə miqyasında hər bir kənddə həkimlərin/həkim köməkçilərinin idarəsi mərkəzin inzibati yükünü azaldır;
  • Həkimin xərclərini azaldaraq onları kənddə saxlayır, çünki daşımaq, tibb məntəqəsinin infrastruktur cəhətdən başqa ehtiyacları üçün ayrılan kifayət etməyən qaynaqlar yerli hakimiyyət tərəfindən qarşılanır;
  • Əhali və yerli hakimiyyət arasında ittifaq artır, hansı ki onların ehtiyaclarını ən yaxşı şəkildə təmin edə bilər.

Əlavə olaraq nə kimi addımlar atılmalıdır

Gürcüstanda Səhiyyə xidmətlərinə  artmaqda olan tələb və maliyyələşdirilməyə paralel olaraq, hələ də  ilkin səhiyyə xidmətləri üçün çəkilən xərclər sistemin ən zəif halqası olaraq qalır. Kənd həkimlərinin həm sayı, həm coğrafi bölgüsü, o cümlədən əmək haqqı, həkimlərin başqa yerdə işləmələri kəndlərdəki tibb məntəqələrinin fəaliyyəti vaxtını azaldır.  Kəndlərdə və bölgələrdə ictimai ehtiyacları lazımlı şəkildə öyrənmək və tibb personalının və xidmətin ərazi, demoqrafik bölüşdürülməsini yaxşılaşdırmaq olduqca əhəmiyyətlidir. İlkin səhiyyəyə əlçatımlığı habelə infrastruktur cəhətdən səhmansız ambulatoriyalar/tibbi məntəqələr və bölgələrdəki nəqliyyat sistemləri ləngidir. Baha, nadir və ya tənzimlənməmiş marşrutlara görə, tibb xidməti və yaxud dərman almaq üçün kənddən başqa kəndə və ya şəhərə yollanmaqda kənd sakinləri çətinlik çəkirlər. Bu isə ilkin səhiyyə xidmətlərinə nail olmağı artırmaq və mövcud maneələrin aradan qaldırılması sistemli və çoxtərəfli dəyişikliklərlə əlaqələnir. Bu isə mərkəzi və yerli hakimiyyət arasında məsuliyyətlərin və resursların lazımınca bölüşdürülməsini tələb edir.  Lakin,  bu dəyişikliklərdə Dövlətin  səhiyyənin təminindəki təyinatını lazımınca dərk etmək lazımdır. Bu məsələ ilkin səhiyyə problemləri aşır və ümumiyyətlə, Gürcüstanda sistemin həddindən artıq komersialaşdırılmasına  və sərfəli klinikaların presendenti olmayan həcmilə bağlıdır.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
ნინა ჩიხლაძე
Nina Çixladze
Hüquqşünas
სოფო ვერძეული
Sopo Verdzeuli
Şərikli təsisçi, Hüquq siyasəti istiqaməti redaktoru