“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Kazretə bizim həmrəyliyimiz niyə lazımdır?
October 25, 2022

Giriş:  Kazreti Kvemo kartlidə, Bolnisiyə yaxın yerləşən yaşayış məntəqəsidir, ordan qızıl, mis və başqa rəngli metallar hasil edilir. Strateji cəhətdən sənaye təyinatından savayı, Kazreti özünün tarixi qədimliyi ilə də məşhurdur – bürünc  və daş dövrünün unikal məzarları, antik dövrün keçmiş yaşayış məskənləri və s.

Bu mövzu məni niyə maraqlandırmalıdır?

Qızıl və mis konsentrantları – Kazretidə hasil edilən mədən, Gürcüstandan ixracata çıxarılan ən yüksək dəyəri olan əmtəə onluğundadır,  onun hasilatı lisenziyası isə ölkədə ən bahalı  lisenziyadır.

Qızıl və mislə zəngin qəsəbə və ətrafındakı kəndlər, başqa sənaye şəhərləri kimi, artıq illərdir ki,  perspektivsizlikdən, təşviş ediləcək dərəcədə çirklənmiş mühitdən və sağlamlıq problemlərindən əziyyət çəkir. Bu zənginliyə kimin yiyələndiyini və ən dəyərli resurslarla zəngin qəsəbənin niyə bu halda olduğunu bilməyimiz zəruridir.

Rəyimiz:

Kazreti və onun ətrafında RMG şirkəti yeganə irimiqyaslı işə götürəndir. İllərdir ki, müəssisədəki əmək ağır və təhlükəli olaraq qalır, qəsəbədə yaşayanların səhhətləri üçün ağır nəticələr verir.  Suyun, havanın və torpağın çirklənməsinə görə, qəsəbənin ətrafında kənd təsərrüfatı ilə məşğulluq da qeyri-mümkün olur.  Şirkət şəhərdə dövləti, hökuməti və polisi əvəz etməyə çalışır- o zəhmətkeşləri və sakinləri qorxutmaqda və nəzarət etmək praktikasında  ittiham edilir. Kazreti və ətraf kəndlər bizim həmrəyliyimizə ehtiyac duyur.

Nəyi bilməliyik?

  • Özündə iki şirkəti - RMG Gold və RMG Copper-i birləşdirən RMG, Kiprdə qeydiyyatdan keçirilmiş şirkətdir. Onun nəzarət paketləri  rus milyardçılarının, Dimitri Troytski və Dimitri Korjevin əlindədir;
  • Şirkət qızıl, mis və başqa rəngli metalların hasilatı lisenziyalara və 1965-ci ildə tikilən zənginləşdirici kombinata sahibdir. Lisenziyaya əsasən, o Bolnisi və Dmanisi rayonlarında qızılı 2042-ci ilə qədər çıxara bilər;
  • RMG Kazreti və ətrafında yaşayan ümdə 3000-dək insanı işlə təmin edir. Filizləri bu ərazilərdə o 2011-ci ildən açıq daş karxanalarından hasil edir. Bu partlayışları nəzərdə tutur;
  • İki ən dəyərli qaynağın satışı RMG-yə hər il iri mənfəətlər gətirir, lakin ölkə və yerli əhali bu proseslərdən mənfəətdən çox zərər alır.

 

Rəqəmlərdə:

 

  • Yalnız 2018-ci ildə mis konsentrantların ixracatı yarım milyard dolları aşırdı, yalnız 2019-cu ildə  RMG-nin gəliri 237,928,000 lari idi. Burdan qızılın satışından əldə edilən gəlir 183,208,000 lari təşkil edirdi;
  • 2011-2018-ci illərdə şirkət ölkə büdcəsinə yalnız mənfəət şəklində yalnız 47 milyon lari, əmlak vergisi qismində isə  yalnız 4 milyon lari  daxil etdi.

 

Daha detallı şəkildə desək:

 

  • Şirkət mədəni „qələvidən azad etmə“ prosesilə, yəni onu natrium siyanidindən keçirmə proseduru ilə hasil edir. Proses hasil edilən mədəndə siyanid məhlulunu tökməyi nəzərdə tutur, bu isə ətraf mühiti hərtərəfli zəhərləyir və çirkləyir;
  • 2014-cü ildə RMG şirkəti qızıl hasil etmək məqsədilə, ictimai müqavimətə baxmayaraq, Sağdrisinin ən qədim, ailəmlərin izahı ilə qədim ildönümün dördüncü minilliyi ilə tarixlənən qızıl mağarasını partlatdılar. Nazirlik partlayışdan 1 gün əvvəl Sağdrisinin abidə statusunu  ləğv etdi. Sağdrisinin partladılması yerli və beynəlxalq skandala çevrilsə də, bunun üçün heç kəs cəzalandırılmamışdır;
  • Eyni ildə Kazretidə geniş miqyaslı, 41 günlük iş tətili də təşkil edildi. İş tətili Komitəsi yaradıldıqdan sonra şirkət işdən 184 fəhləni azad etdi.  Şəhər azad edilmiş fəhlələrin işlərinə bərpa etməyi və tətilin tələblərinin yerinə yetirilməsini, o cümlədən, maaşların artırılmasını əmək şəraitlərinin yaxşılaşdırılmasını tələb edirdi. Tətil razılaşma ilə başa çatdı, lakin vəziyyət müəssisədə əsaslı şəkildə yaxşılaşmamışdır. 184 əməkdaşdan yalnız 80-ni işə bərpa etdilər, maaşların 50%-lik artması əvəzində isə fəhlələr yalnız 15%-lik artış  aldılar.

 

Qeyd etmək lazımdır ki,  ən axırıncı etiraz Kazreti ətrafında yerləşən Muşevani kəndində, yerli əhali tərəfindən kənddə qızıl hasil etməyə başladığında baş tutdu. Onların sözlərinə əsasən, hasilat partlayıcı işlərlə başladı və filizin emalını kəndin məhvinə səbəb olacaq qaydalarla aparmağı planlaşdırır.


Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

 

Məqalə hazırlanmışdır
ალექსანდრა აროშვილი
Aleksandra Aroşvili
Sosial Siyasət tədqiqatçısı
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru