Ölkədə yoxsulluğun səviyyəsini qiymətləndirmək üçün həm işlə təmin statistikasını öyrənmək vacibdir, həm də gəlirlərin təhlili. Qarşıdakı məqalədə müxtəlif metodologiya ilə hesablanmış verilmişlər arasındakı fərqləri müzakirə edirik.
Bu mövzu ilə maraqlanmalıyam?
Sakstat əmək haqqlarını hesabladıqda və həmin verilmişlər mediada dərc edildikdə, insanların əksəriyyətində həmin rəqəmin yüksək olduğu və reallığı əks etdirmədiyi hissi yaranır.
Nəticədə, belə bir sual yaranır: Əhalinin böyük hissəsinin gəlirlərilə statistik verilmişlər bir-birilə niyə uzlaşmır?
Cavab maaşı hesablama metodologiyasındadır.
Rəyimiz
Əmək haqları verilmişlərini sağlam metodologiya ilə hesablamağımız çox əhəmiyyətlidir. Orta nominal əmək haqqı barəsində məlumat əksər hallarda mediada yayılır. Yalnız mediada yayılan məlumat isə insanlarda yanlış təsəvvürlər yaradır.
Real əmək haqqı hesablama metodologiyasından istifadə etmək olduqca əhəmiyyətlidir, çünki o real mənzərəni daha yaxşı göstərir. Ancaq Sakstat həmin verilmişlərin uçotunu aparmır və yalnız nominal və orta əmək haqqlarını hesablamaqla kifayətlənir.
Gürcüstanda əmək haqqları necə hesablanır?
Əmək haqqlarının hesablamasının bir neçə metodu mövcuddur. Hər bir metod yalnız kirayələnmiş işçiləri əhatə edir və ora özünəməşğullar, qeyri-formal şəkildə işlə təmin edilən insanlar daxil deyillər:
- Nominal orta əmək haqqı - Sakstat əmək haqqlarını milli valyutada hesablayaraq kirayələnmiş işçilərin miqdarı üzrə bölür. Beləliklə, orta arifmetik hesab aparır – Sakstat məhz bu metodologiyadan istifadə edir. Misal üçün: hər 10 nəfərdən birinin əmək haqqı 10 000 lari ola bilər, yerdə qalan 9-unun isə – 100 lari, bu hesablama ilə orta əmək haqqı 990 lari çıxır.
- Orta əmək haqqı – Sakstat əmək haqqlarını milli valyutada artım üzrə təqdim edir. Həmin cərgənin ortasında dayanan rəqəm orta əmək haqqıdır – Sakstat həmin metodologiya ilə hesablamağa yalnız son il ərzində başladı və yalnız 2021-ci ilə qədərki verilmişləri ötürür.
- Real əmək haqqı - əmək haqqının alıcılıq qabiliyyətini ehtiva edir, inflasiya və qiymətlərin artmasını nəzərdə tutur və real gəliri göstərir - Sakstat bunu hesablamır.
Əmək haqqlarının hesablama metodologiyasında diqqətamiz olan şeylər nədir?
2023-cü ilin ikinci rübünün verilmişlərinə görə, orta nominal əmək haqqı Gürcüstanda 1804.5 lari təşkil edir. Bu verilmişlərlə, əmək haqqları ildən ilə artır, lakin, bilməliyik ki, xarici valyuta ilə nisbətdə o nə qədər artır və inflasiya şəraitində hansı alıcılıq qabiliyyətinə malikdir.
Məsələn, 2018-dən 2020-ci il hesablanmaqla əmək haqqları artır, lakin, əgər əmək haqqlarını dolların həmin il məzənnəsinə bölsək, bu illərdə maaşlar dollarda azalırdı:
Baxş cədvəl:
2018-ci il – 1068.3 lari, 2019 cü il – 1129.5 lari, 2020-ci il – 1191.0 lari;
2018-ci il – 421.7 dollar, 2019-ci il – 400.6 dollar, 2020-ci il – 382.99 dollar.
2021-ci ilin verilmişlərilə, orta nominal əmək haqqı 1304.5 lari idi, orta əmək haqqı isə – 900 lari. Həmin misalda hesablama metodolofiyasının nə qədər böyük əhəmiyyti olduğu yaxşı görünür.
PMC araşdırma mərkəzi Sakstatın verilmişlərinə söykənərək 2021-ci ilin verilmişlərilə, orta daxili təsərrüfatın aylıq real gəlirinin* 900 lari olduğunu üzərə çıxardı (Sakstatın verilmişlərinə görə isə həmin dövrdə daxili təsərrüfatların aylıq nominal gəliri 1222 laridir). Eyni verilmişlərdən göründüyü kimi, 2021-ci ildə, 2019-cu illə müqayisədə, nominal gəlirlər artdı, real gəlirsə -azaldı.
Beləliklə, əmək haqqını hesablama metodlarına real maaşın verilmişlərini də əlavə etmək əhəmiyyətlidir. Bu bizə daha dəqiq mənzərə verəcəkdir.
Ümumiyyətlə, istənilən növ verilmişləri təkmilləşdirmək üçün, özünəməşğulların və qeyri-formal əməyə cəlb olmuş insanların gəlirlərini öyrənmək və onları statistikada əks etdirmək lazımdır.
* Daxili təsərrüfatın bütün üzlərinin gəlirləri pul və qeyri-pul gəlirləri hesaba almaqla. Bu həm kirayələnmiş əməkdən ( maaşlar), habelə özünəməşğulluqdan, kənd təsərrüftı məhsullarının satışından, əmlakın kirayəsindən, əmanətlər faizindən, təqaüddən, yardımlardan, hədiyyə edilən məbləğdən alınan gəlirlərdən ibarətdir.
Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.