“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Əmək bazarının gələcəyi: Rəqəmsal dövrdə əmək və sosial siyasətin yenidən dərk edilməsi ehtiyacı
June 26, 2023

Sürətli texnoloji inkişaf dövründə atipik əmək nümunələrinin sayı getdikcə artmaqdadır.  Əmək və işlə təminin transformasiyasına və müxtəlif sosial prosesə vaxt keçdikcə daha da təsir edəcək nəticələrə indidən ciddi yanaşmaq lazımdır.   

Qarşıdakı məqalənin hədəfi gig iqtisadiyyatı tərəfindən əmələ gəlmiş çoxşaxəli problemi dərindən öyrənmək və zəhmətkeşlərin rifahı və təhlükəsizliyini təmin etmək üçün potensial qərarları bilməkdir.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Gig iqtisadiyyatının sürətli böyüməsi həm unikal imkanlar, həm də problemlər yaratmışdır.Gig işin çeviklik və istehsalat azadlığı ilə əlaqəli olduğuna baxmayaraq, həmin çeviklik də, azadlıq da tez-tez təhlükəsizlikdən, sosial müdafiədən və adekvat təzminatdan imtina etmək bahasına başa gəlir.  

Gig iqtisadiyyatın təkamülü və onun genişlənməsi əmək bazarının gələcəyinə və beləliklə, hər birimizə təsir bağışlayır. Fərqi yoxdur, istər gig işçi olun, istərsə də işlə təmin etidlmiş statusunuz olsun, gig iqtisadiyyatının gələcək nəticələri hamının diqqətini tələb edir.  

Bu mövzunu öyrənmək və doğru siyasət aparmaq əmək bazarında fərdlərin hüquqlarını və rifahını müdafiə etmək üçün həlledici bir rola malikdir ki, gələcəkdə əmək bazarı daha ədalətli və dayanıqlı olsun.  

Rəyimiz

Gig işçilərin hüquqlarını və rifahını qorumaq Dövətin məsuliyyətindədir. Ədalət üçün gig iqtisadiyyatı müşaiyət edən güc dinamikası, istismar praktikası və struktur bərabərsizliyi tənqidi gözlə qiymətləndirilməlidir. Həmin problemləri həll etmək üçün ölkədə əmək və sosial siyasət yenidən gözdən keçirilməlidir.  

Bu Gig-işçilərin əməkdaşlara çevrilmələrini, ədalətli maaş təklifini,  səhiyyə və pensiya sisteminin əlçatımlılığını, habelə kollektiv danışıqlar mexanizmlərini formalaşdırma  tədbirlərin müzakirəsini əhatə edir. Bununla belə, işçilərin kvalifikasiyalarını daima yüksəltmələri üçün təhsil və təlim proqramlarına da   əlləri çatmalıdır.

Nə kimi problemlər var?

Gig iqtisadiyyatında efektli siyasətin həyata keçirilməsini fərqli problemlər müşaiyət edir.  Çevikliyin qorunması (ki bu işçiləri gig iqtisadiyyatına cəlb edir) və onlar üçün adekvat müdafiənin təmini arasındakı balansı qorumaq əsas problemlərdən biridir. Bu, işlə təmin etmə təsnifatının  yenidən müəyyənləşdirilməsi yollarının əldə edilməsini tələb edir. Elə bir yolların hansı ki, Gig işin təbiətini dəqiq əks etdirə bilir və müvafiq hüquqları və faydalarını təmin edə bilir. 

 Mühüm problemlərdən  biri də platformata əsaslanmış şirkətlərin müvafiq təminatındadır. Gig iqtisadiyyatı rəqəmsal platforma üzərində işləyir. Onlar bir çox hallarda beynəlxalq olur və bu hal  əmək reqlamentlərinin icrasını və şirkətlər üçün məsuliyyət təyin etməyi, ədalətli rəftar və işləyənlərin müdafiəsini çətinləşdirir. Bu problemi aradan qaldırmaq üçün tənzimləmənin innovativ yanaşmalarını, monitorinq və icranın effektli mexanizmlərini hazırlamaq gərəkdir. 

 Güc disbalansı həmçinin əhəmiyyətli maneədir.  Platforma üzərinə əsaslanmış şirkətlərlə danışıqlar apararkən gig işçilər bir çox hallarda  gücün fərqlilikləri ilə üzləşirlər. Bu sonuncusu onları istismar praktikası və ədalətsiz rəftar qarşısında müdafiəsiz qoya bilər. Gücün bu kimi disbalansı kollektiv  danışıqlar imkanını və mexanizmlərinin formalaşmasını nəzərdə tutur. Nəticədə gig işçilərə öz hüquqları üçün effektli mübarizə aparmaq  və iş şəraitlərini yaxşılaşdırmaq imkanı verir. 

 Platformaların kapitalist siyasəti  gig-iqtisadiyyatının tənzimlənməsini əhəmiyyətli problem qarşısında qoyur.  Platformaya əsaslanmış şirkətlərin dominant mövqeyi və iqtisadi gücü əmək bazarını daha da diferensiasiya edə bilər və əməkdaşların hüquqlarının  müdafiəsini həyata keçirilmə cəhdini ləngidə bilər.  Bu təsirə qarşı mübarizə daha geniş sosial-iqtisadi strukturlar və gücün dinamikasını tənqidi şəkildə öyrənilməsini, habelə mülkiyyət və idarəçiliyin alternativ modellərinin müzakirəsini tələb edir ki, buda  işçilərin rifahını prioritet elan etməklə mümkündür. 

Nəzərə alınmalıdır ki, Gürcüstanda gig işçilər qarşısında dayanan çağırışlara qarşı etirazın ən bariz nümunəsi kuryerlərin iş tətili idi.  

Detallı şəkildə burda baxın: Gig iqtisadiyyat:  zəhmətkeşlərin problemləri və imkanları

 

Dövlətin marağına nə daxil olmalıdır?

Gig iqtisadiyyatı kontekstində Dövlətin maraqları çoxşaxəlidir, lakin onun fundamental şəkildə  vətəndaşların rifahı və sosial ədalətə dəstək verməsinə əsaslanması böyük əhəmiyyət kəsb edir. Gig iqtisadiyyatı böyüməyə və əmək bazarının dəyişməsinə davam etdiyinə görə, Dövlətin qarşısında gig işçilərin əmək hüquqlarını müdafiə etmək üçün böyük məsuliyyət yaranır. 

Dövlətin marağı üçün həll edici cəhətlərdən biri gig işçilərin  ədalətli maaşları və güzəştlərini təmin etməkdir.  Bir çox gig işçinin qeyri-sabit gəliri olduğu üçün,  səhiyyə sığortası və pensiya siyasəti kimi ənənəvi işlə təmin güzəştlərinə əli çatmır. 

Ehtiyaclarla əsaslanmış qanunvericiliyi qəbul etməklə, hansı ki minimal maaş standartlarını  təyin edir, işə götürən ədalətli təzminat ödəməyə borclu olacaq, həmçinin sosial müdafiə genişlənəcək və gig işçiləri də əhatə edəcəkdir. Bu yolla Dövlət platform əməyindəki bərabərsizliyi    yumşalda bilər  və təhlükəsiz iş şəraitlərini təmin edə bilər.  

Bundan əlavə, Dövlət köməkçi tənzimləyici mühitin yaranmasına dəstək verməlidir. Bu gig iqtisadiyyatındakı məsul platfrom təşkilatlarını təşviq edəcəkdir. Bu, əmək reqlamentlərinin vergi tələbləri və təhlükəsizlik standartları ilə uyğunlaşdırmağı nəzərə tutan tədbirləri əhatə etməlidir.  Bu proseslərdə isə, Dövlət və təşkilatların əməkdaşlığı əhəmiyyətlidir.  Repressiv, sanksiyalara əsaslanmış bir siyasət yürüdülməməlidir, zira bu nəticədə hamıya zərər vuracaqdır.   

 Bununla belə,  işçilər təmsilçiliklərinin güclənməsi və kollektiv danışıqları dəstəkləmək gig işçilərin maraqlarını gündəliyə gətirmək üçün vacibdir. Dövlət mexanizmlərin yaradılmasında,  öz həlledici rolunu oynaya bilər. Bu, gig işçilərinə daha yaxşı iş şəraitləri üçün danışıqlar aparmaq, onların rifahına təsir bağışlayan qərarların alınmasında iştirak etmək imkanı verəcəkdir. Bu, əhəmiyyətli dərəcədə qabağa atılmış addım idi, çünki işçilərə səslərinin daha yaxşı eşidilmə imkanı veriləcəkdir.  

Beləliklə

Rəqəmsal bir dövrdəki iş gələcəyi əmək və sosial  siyasəti müzakirə edilməyi tələb edir. Gig iqtisadiyyatını dərk edərək, irəligörən  yanaşmanı nəzərə alaraq, elə bir gələcək yarada bilər ki, işləmək daha ədalətli, təhlükəsiz və sabit ola bilər.  Əmək bazarının inkişaf etməkdə olan təbiətinə və bütün zəhmətkeşlərin rifahına uyğunlaşan sosial siyasətin yenilənməsi vacibdir. 

Bu məqsədlərə nail olmaq üçün dövlətlərin, beynəlxalq təşkilatların, həmkarlar ittifaqının və platformaya əsaslanmış şirkətlər arasında əməkdaşlığı həlledici əhəmiyyətə malikdir. Düzgün siyasət yaratmaq prosesində araşdırmalardan və kritik nəzəriyyələrdən istifadə etmək əhəmiyyətlidir. Onun sayəsində əmək bazarının bu gün qarşılaşdığı mövcud olan problemlər və çağırışlar nəzərə alınır. Müxtəlif ölkələrdə təcrübəyə və ən əla təcrübəyə əsaslanaraq yerli kontekstə uyğunlaşdırılmış modellər də yaradıla bilər.  

İnnovasiya yanaşmalarını qəbul etməklə,  Beynəlxalq Əmək Təşkilatının tövsiyyələrindən istifadə edərək, zəhmətkeşlərin  maraqlarını ö plana çəkməklə, texnoloji inkişafın və əmək bazarının harmoniyalı şəkildə kompilasiyasına nail olmaq mümkündür. Bu isə həm fərdlər, həm də ümumiyyətlə ictimaiyyət üçün səmərəli olacaqdır.  

 

Məqalə Fridrix Ebert Fondunun dəstəyi ilə hazırlanmışdır. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələri ilə üstr-üstə düşməyə bilər. Fondun yazılığı sürətdə razılığı olmadan materyaldan kommersiya məqsədləri ilə istifadə etmək qadağandır. 

Məqalə hazırlanmışdır
ომარ გორდეზიანი
Omar Qordeziani
Sosioloq
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas