Gürcüstanda ümumi səhiyyə proqramı fəaliyyətə başladıqdan sonra, xidmətlərə coğrafi əlçatımlıq artdı. Lakin, etnik azlıqlarla məskunlaşmış bölgələrdə tibbi müəssisələrə fiziki əlçatımlığı nəqliyyat sisteminin səhmansızlığı yenə də ləngidir. Tibb müəssisəsinə gedən vətəndaşlar isə dil maneəsi, həkimlərin məhdud iş cədvəli, kifayət etməyən qaynaqlar və infrastruktur xarakterli problemlərə kamil surətdə xidmət almaqda çətinlik çəkirlər.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Səhiyyə xidmətlərinin ümumi əlçatımlığı dünyanın strateji hədəfi kimi qəbul edilir. Bu hədəfə çatmağın ən xərcsəmərəliliyi vasitəsi kimi ilkin səhiyyənin inkişafı hesab edilir. 2030-cu il üçün 60 milyon həyatı qoruya bilər və orta ömür uzunluğunu 3.7 illə artıra bilər.
Rəyimiz
İlkin səhiyyə sosial ədalət, bərabərlik, həmrəylik və iştirak prinsipinə əsaslanır. Beləki, o universaldır və ona çatmaq insanın fundamental hüququdur. Bu dövlətə, ilkin səhiyyəyə əlçatımlığı genişlətsin və bunun üçün etnik azlıqlarla məskunlaşmış bölgələrdə, maliyyə, infrastruktur, linqvistik, nəqliyyat və informasiya maneələrini aradan qaldırmağı tapşırır.
İlkin səhiyyə nə deməkdir?
İlkin səhiyyə pasientin rəsmiləşdirilmiş tibbi sistemlə ilk toxunuş nöqtəsidir. Bu vaxt xəstəlik ilk dəfə qiymətləndirilir, lazım gəldikdə isə, pasientlər mütəxəssislərə ünvanlanırlar. Dünyanın bir çox ölkəsində mütəşəkkil və ümumi qayğı sisteminin inkişafı məhz ilkin səhiyyə ilə əlaqəlidir.
Gürcüstan bölgələrində vəziyyət necədir?
2009-cu ildən kəndlərdə ailə həkimi funksiyasını kənd həkimləri/həkim köməkçiləri həyata keçirirlər. Kənd həkimi proqramı çərçivəsində həkimin yanına getmək, məsləhətləşmək, təxirəsalınmaz vəziyyət yarandıqda tibbi yardımı təmin etmək və s. mümkündür.
Lakin, bölgələrdə tibbi məntəqələrin ifrastruktur xarakterli problemləri ambulatoriya xidmətlərinin alınmasına mane olur. Problem bir də ondan ibarətdir ki, kənd əhalisinin bir çox hallarda bu xidmətlərə əlləri çatmır. Həkimlər, əsasən, başqa yerlərdə də işləyir və kəndlərə şəhərlərdən getməli olduqları üçün, həmişə yerlərində olmurlar və həkim-mütəxəssislərlə baş çəkmək və yaxud, diaqnostika araşdırmaları üçün müraciətlər yaza bilmirlər.
Qardabani bələdiyyəsinin Vaxtanqisi kəndinə baş çəkdikdə, yerlilər kənddə ambulatoriyanın, bir qayda olaraq, ikicə saat işlədiyini, günün qalan hissələrində isə qapalı olduğunu qeyd etdilər. Deyilənə görə bir çox hallarda həkimlərin proqramla nəzərdə tutulmuş dərmanları belə olmur, bu isə xidmət göstərməyi çətinləşdirir.
Kvemo kartli və Samtsxe-Cavaxeti bölgələrində görüşlər keçirərkən həkim və pasient arasında, dil maneəsinə görə, kommunikasiya problem kimi səslənir, o cümlədən, həkimin şikayətlər haqqında və ya həkimin pasientin anlayacağı dildə resepti izah etmək də çağırış kimi göstərilmişdir. Yerli əhali həkim və pasientlərin mobillik çətinliyini xüsusi maneə olaraq göstərir, daha konkret, nəqliyyat vasitələrinin olmamasını və yaxud, onun əlverişli cədvəllə işləməməsini. Səhmana salınmamış nəqliyyat sistemi şəraitində əhali ya xidmət almaq üçün gedə bilmir və yaxud, bu onlara baha başa gəlir.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.