Hakimiyyət ictimaiyyətə verdiyi vədi pozdu və qanunlayihəsini yenidən müzakirə etmək üçün Parlamentə qaytardı. Hazırda hakimiyyətin təşviqatı həmin təşəbbüsü şəffaflıq arqumenti ilə bəzəməyə və ictimaiyyəti analoji qanunların demokratik sistemlərdə də qüvvədə olduğuna əmin etməyə çalışır. Qarşıdakı məqalənin məqsədi ictimaiyyətə qanunlayihə haqqında həqiqəti söyləməkdir.
Bu mövzu məni niyə maraqlandırmalıdır?
Gürcüstan Parlamenti „Xarici təsirin şəffaflığı“ qanunlayihəsini ikinci dəfə dinləməklə müzakirəyə hazırlaşır. Həmin qanunlayihəsi avtoritar dövlətlər üçün səciyyəvi olan qanunvericiliklərin yanaşmalarını təkrarlayır və Gürcüstan Konstitusiyasına qarşı çıxır.
Rəyimiz
Qanunlayihə həm hüquqi, həm siyasi olaraq avtoritar sistemlər üçün səciyyəvi olan bir təşəbbüsdür və ən əsası, Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesinə qarşı çıxır. Qanunlayihənin bir çox müddəası Gürcüstan Konstitusiyasına, beynəlxalq aktlarla və məhkəmə qərarlarına ziddir. Bu qanunun analoqları Avropa İttifaqında və demokratik dövlətlərdə fəaliyyət göstərmir.
Xarici təsir nədir?
Qanunlayihəsinin adı xarici təsirin şəffaflığı olsa da, xarici təsirin nə olmasını heç yerdə oxuya bilmirik. Bu onunla izah edilir ki, qanunlayihəsinin təşəbbüskarlarına bu termini izah etmək əl vermir, çünki məlum olacaq ki, qanunu şamil etmək istədikləri təşkilatlar, əslində xarici təsir altında fəaliyyət göstərmirlər. Bu nə deməkdir? Xarici təsir və ya xarici qüvvənin maraqlarını təsəvvür etmək əlavə halların mövcudluğunu tələb edir. Yalnız maliyyə almaq təsirin mövcud olması üçün kifayət deyildir. Əlavə hal başqasının adı, başqasının göstərişi, diktəsi və başqasının nəzarəti altında fəaliyyət göstərməkdir. Təşəbbüs göstərilən qanunlayihə isə xarici qüvvənin maraqlarını həyata keçirən təşkilatı yarlığını təşkilatlara əlavə halları tələb etmədən vurur. Aydındır ki, bu status yalnız təşkilatların diskreditasiyası üçündür.
Qanunlayihəsi xarici təsirin tənzimlənməsinə toxunurmu?
Hakimiyyətin qanunlayihəsinin xarici təsirləri tənzimləmə haqqıdakı arqumenti bu səbəblərə görə yalandır: qanunlayihəsi yalnız qeyri-kommersiyal təşkilatlara və media təşkilatlarına toxunur (müvafiq maliyyələşdirilmə halında), yəni onların fəaliyyətinin məqsədi mənfəət əldə etmək deyildir. Qeyir-mümkündür ki, qanunlayihəsinin hədəfi xarici təsirlərin tənzimlənməsi ola, çünki o xaricdən gəlir əldə edən kommersial təşkilatlara və ya fərdi iş adamlarına ümumiyyətlə toxunmur. Qanunlayihəsi fərqləndirmə ilə yalnız QHT və Media təşkilatlarına toxunursa, aydındır ki, hədəfi xarici təsirləri tənzimləmək deyil, təşkilatların fəaliyyətinə nəzarət etmək və onu ləngitməkdir. Hakimiyyətin beynəlxalq fondlardan Gürcüstana gələn pulu ofşorlarda qeydiyyatdan keçmiş şirkətlərdən Gürcüstana köçürülən pullardan daha təhlükəli hesab edilməsi izah edilmir. Hökumətin qara pulla mübarizə aparmaq marağının olduğuna necə inanaq ki, o nəinki qara pulun axıb gəlməsinin başlıca mənbəyi – ofşor şirkətlərlə - tənzimləmir, hətta ona qanunla birbaşa yol açır.
Qanunlayihəsi maliyyə şəffaflığa toxunur ya yox?
Qanunlayihəsinin yalnız təşkilatlarının maliyyə şəffaflığına aid oldğunu sübut etmək təşviqatın bir hissəsidir. Buna iki arqument dəlalət edir:
Birincisi – QHT və media təşkilatları üçün yeni, xüsusi status, korlayıcıdır və onlar qanunu qəbul etdikdə qüvvəyə minəcək. Bu günkü qanunvericiliklə QHT və media təşkilatlarının belə bir statusu yoxdur. Beləki, qanunu qəbul etdikdə, onlar yalnız bəyannaməni təqdim etmək öhdəlikləri olan deyil, habelə yenidən qeydiyyatdan keçməli olacaqlar və xüsusi status altında fəaliyyət göstərmək öhdəlikləri yaranacaqdır. Bu statusun təşkilatları diskreditasiyadan savayı heç bir təyinatı yoxdur.
İkincisi – QHT və media təşkilatları bu gün fəaliyyət göstərən qanunvericiliyə müvafiq olaraq Dövlət orqanlarına bəyannamə tədqim edir. Qanunun qəbul edildiyi halda nə dəyişəcəkdir? Təşkilatlar illik „Maliyyə“ bəyannaməsini təqdim etməli olacaqlar. Həmin bəyannamələr əslində nəinki maliyyə, habelə, məzmun hesabatıdır da. Həmin hesabatda təşkilat xərclərin məqsədəuyğunluğunu da izah etməlidir. Əgər dövlətin təşkilatların fəaliyyətinin məzmununa nəzarət etmək imkanı olacaqsa bu yalnız maliyyə şəffaflığı necə olur? Aydındır ki, bu qanunlayihəsinin məqsədi maliyyə şəffaflığı deyil, təşkilatların diskreditasiyası, onların fəaliyyətinin məzmun etibarı ilə nəzarət və tənqidi səsləri boğmaqdır. Təbiidir ki, maliyyə bəyannaməsini doldurmağın qüvvədə olan qaydalarını yeniləmək üçün yeni qanunlayihəsini irəli sürmək və xüsusi reyestr yaratmaq lazım deyildi.
Hansı növ fəaliyyəti tənzimləyir?
Qanunlayihəsi praktiki olaraq bütün QHT və media təşkilatının (müvafiq maliyyə aldıqları halda), kiçik istisnaları çıxmaqla, hamısına şamil edilir. Qanunlayihəsi yalnız partiya siyasəti, seçkilər və lobbizm sahəsində fəaliyyət göstərən təşkilatlara aid deyildir. Qanunlayihəsinin fəaliyyət arealı nə qədər ümumi və genişdirsə, onun məqsədəuyğunluğu və lüzumluluğu təşəbbüskar tərəfindən bir o qədər də açıq şəkildə əsaslanmalıdır. Qanunlayihəsinin siyasi sahədə fəaliyyət göstərən təşkilatların fəaliyyətinə toxunmursa bu xüsusilə izah edilməlidir. Qanunlayihəsinin isə bu cür əsaslandırılması yoxdur.
Bu qanunlayihəsi demokratik ölkələrdə fəaliyyət göstərən qanunların analoqudur?
Hakimiyyət cəmiyyəti buna bənzər qanunların demokratik sistemlərdə də qüvvədə olduğuna inandırmağa çalışır. Lakin, reallıq fərqliidr. Bu gün müxtəlif ölkədə fəaliyyət göstərən xarici təsir barədəki qanunlayihələri iki qrupa ayrıla bilər.
Birinci qrupda məqsədəuyğunluqları aydın olan, fəaliyyət sahələrisə dar və konkret şəkildə müəyyənləşdirilmiş qanunlar birləşir. Məsələn Böyük Britaniya, Avstraliya və Avropa İttifaqı tənzimləmələri bu cürdür.
İkinci qrupda isə ümumi, dumanlı və ayrı-seçkilikli qanunlar birləşirlər. Onların hədəfi QHT və media təşkilatları üçün maneələr törətməkdir. Həmin qanun Rusiyada, İsraildə, Macarıstanda, Qırğızıstanda, Nikaraquada hazırlanmış qanunlar və ya qanunlayihələridir.
Hər iki bu qrup arasında prinsipial fərqliliklər bu kimi məsələlərdə özünü büruzə verir:
Subyektlər dairəsi: Avstraliyada, Avropa İttifaqında, Fransada və Böyük Britaniyada hazırlanmış tənzimləmələrin hədəfi birbaşa qeyri-kommersiya və ya media təşkilatları deyildir. Xarici təsiri tənzimləyən aktlar ayrı-seçkilikli deyildir və onlar hər növ subyektə eyni cür şamil edilir. Avtoritar sistemlərdə isə bu qanunlar məhz qeyri-kommersial ictimai təşkilatlara qarşıdır, Gürcüstanda olduğu kimi.
Xarici təsir məfhumu: Avstraliyada, Avropa İttifaqında, Fransada, Böyük Britaniyada qüvvədə olan qanunlar təşkilatlara statusu yalnız maliyyələşdirilmə əsasında vermir və təsiri təsdiq edən hər hansı bir halın mövcud olmasını da tələb edir. Avtoritar rejimdə isə xarici təsir agenti statusu, bir qayda olaraq, yalnız maliyyələşməyə bağlıdır, Gürcüstanda olduğu kimi.
Xarici qüvvə məfhumu: Kanadada, Avropa İttifaqında, Böyük Britaniyada xarici qüvvə istənilən şəxs və ya təşkilat deyil, başqa Dövlətin hökuməti, siyasi partiya və ya hökumətlə bağlı subyektdir. Avtoritar sistemlərdə isə xarici qüvvə daha geniş izah edilir və bir qayda olaraq istənilən fiziki və hüquqi şəxsi nəzərdə tutur, Gürcüstanda olduğu kimi.
Yarlıq: Fransada, Avropa İttifaqında, Avstraliyada, Kanada və Böyük Britaniyada təşkilatın qeydiyyatdan keçməsi xüsusi statusu/yarlığı nəzərdə tutmur, halbuki Gürcüstan kimi həmin qanunlar Bolqarıstanda, İsraildə, Qırğızıstanda, Kazaxstanda və Rusiyada belə bir statusun verilməsini nəzərdə tutur.
Aydın məsələdir ki, Gürcüstanda qaldırılmış qanunlayihəsi avtoritar ölkələrin qanunvericiliklərinə bənzəyir və Avropa İttifaqında bu cür tənzimləmələr fəaliyyət göstərmir. Bu qanunlayihəsini qəbul etmək Gürcüstanda demokratiyanın keyfiyyətini, ictimai və siyasi həyatı olduqca korlayacaqdır. Qanunlayihəsini qəbul etmək ictimaiyyətdə gərginliyə səbəb olacaq və vətəndaş və media təşkilatının nümayəndələrini qəzəb hədəfinə çevirəcəkdir.