“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Səhiyyə, bir ictimai fayda kimi
February 27, 2024

Ölkədə tibbi xidmətlərə əlçatımlılığın keyfiyyəti fəaliyyətdə olan modellə əlaqəlidir. Ən əla səhiyyənin konkret bir modeli olmasa da, Dünya Səhiyyə Təşkilatına əsasən, istənilən sistemdə  ilkin səhiyyə inkişaf etmiş, əhatəli, keyfiyyətli, təhlükəsiz, vaxtlı və xalqın ehtiyacına yönəlmiş bir  xidmət olmalıdır. Özəl və ya ictimai müəssisələrdə ona effektli nəzarəti dövlət həyata keçirməlidir.

Rəyimiz

Səhiyyə ümumi faydadır.  Ölkədə həyatın uzunluğunu, xəstəliyini, əhalinin maliyyə vəziyyətini və başqa sosial təyinedicilər göstəricilərini o müəyyənləşdirir. İnsan hüquqlarına əsaslanmış yanaşma səhiyyə sisteminin başlıca qalğısı, maliyyə mənfəəti  almaq əvəzinə, əlçatımlı və keyfiyyətli tibbi xidmət olmasını tələb edir.

Səhiyyə sistemi modelləri necədir?

Səhiyyə modelləri bir-birindən daha çox maliyyələşdirmə və məsuliyyətlərin bölüşüdürülməsi sxemləri ilə fərqlənir.

Maliyyələşdirilmə metodlarına görə səhiyyə modelləri əsasən belə qruplaşır:

  • Bismark modeli, səhiyyə xərcləri işə götürənlə işləyən arasında hər aylıq xüsusi fonda daxil edilən vəsaitlərlə qarşılanır (Almaniya, Fransa);
  • Beveric modeli, səhiyyə xidmətinin bilavasitə dövlət büdcəsindən qarşılandığı modelə deyilir (Britaniya, Norvegiya);
  • Qarışıq sistem də mövcuddur. Bu vaxt səhiyyə dövlət büdcəsindən maliyyələşdirilsə də, xidmət özəl təşkilatlar çatdırırlar (ABŞ, Kanada).

 Gürcüstan Səhiyyə Sistemi  bir neçə dəyişiklik mərhələsindən keçdi.  Həmin dəyişiklikləri  səhiyyə sektorunun kommersializasiyası müşaiyət edirdi. Nəticədə, bu gün tibb müəssisələrinin 86%-i özəl mülkiyyətdədir.  2013-cü ildə Ümumi Səhiyyə Proqramı fəaliyyətə başaldı. Dövlət tərəfindən xərclənən məbləğlər də əhəmiyyətli dərəcədə artdı, lakin əhalinin sağlamlıq vəziyyəti, ömür uzunluğu, ciblərindən ödəmələr, xidmətin keyfiyyəti və s. proporional şəkildə yaxşılaşmadı.  Nəzərə almaq lazımdır ki,  Dövlət xərcləmələrinin artması əsasən ifrat dərəcədə komersiallaşdırılmış sistemdə baş verdi.

Səhiyyənin kommersializasiyasını hansı risklər müşaiyət edir?

Komersiallaşma vaxtı Dövlət mülkiyyətində olan tibbi müəssisələr özəl şəxslərin – investorların mülkiyyətinə keçir. Bu isə  ümumiyyətlə sistemin və xidmətin təbiərini dəyişir.  Bu şəraitdə,  səhiyyə artıq ümumi bir fayda deyil, mənfəət əldə etməyə yönəlmiş bir fəaliyyətə çevrilir. Lakin,  özəl mülkiyyətçi şəraitində belə,  əsas risk komersiallaşdırılmış klinikaların səhiyyə sistemindəki payı və onların üzərində dövlət nəzarəti mezanimzlərilə əlaqəlidir. Daha konkret, hesab edilir ki kommersiallaşma vaxtında:

Sahənin tədqiqatçıları  hesab edirlər ki,  özəlləşdirilmiş səhiyyə sektoru heç də daha yaxşı, daha əlçatan səhiyyə xidməti demək deyildir. Buna misal olaraq Gürcüstanın bölgələrində  özəl klinikaların çoxluğunu və eyni zamanda tibbi xidmətlərin keyfiyyətsizliyini gətirirlər.  Avropanın bir çox ölkəsindən fərqli olaraq, Gürcüstanda özəl, gəlirlərini xidmət keyfiyyətini yaxşılaşdırmağa xərcləyən,  qazanc gətirməyən tibbi müəssisələr yoxdur.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

Məqalə hazırlanmışdır
ნინა ჩიხლაძე
Nina Çixladze
Hüquqşünas
სოფო ვერძეული
Sopo Verdzeuli
Şərikli təsisçi, Hüquq siyasəti istiqaməti redaktoru