Ölkədə mövcud olan ümumi vəziyyəti öyrəndikdən sonra, oyun biznesilə bağlı məsələləri bələdiyyə səviyyəsində müzakirə etmək qərarına gəldik. Bunun üçün Axalkalakini seçdik.
Bunun iki səbəbi var:
- Samtsxe-Cavaxetidə, Tbilisi (83) və Acarıstandan (40) sonra, ən çox oyun biznes obyekti yerləşir. Onların sayı 11-dir. Bunlardan ən çoxu Axalkalakinin üzərinə düşür;
- Axalkalaki əhalisinin 90% etnik azlıqların nümayəndələridir. Etnik azlıqların ölkəmizdə iş tapmaq və sosial inteqrasiya cəhətdən bir çox maneələri var. Bu onların azartlı oyunlara aludəçiliklərini təşviq edə bilər.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Oyun biznesinin vergiləri yerli büdcəyə köçürülür. Bununla birlikdə, onun inkişafı bələdiyyə gəlirlərinin artmasına kömək edir. Ancaq bu eyni zamanda etnik azlıqların sosial, siyasi və mədəni inteqrasiya cəhətdən üzləşdikləri problemlərini daha da kəskinləşdirir. Bu kontekstdə həmin problemləri azaltmaq üçün yerli hakimiyyətin rolundan danışmaq istəyirik.
Rəyimiz
Axalkalakinin yerli hakimiyyəti bələdiyyənin inkişafı üçün yeni strategiya hazırlamalıdır. Strategiya azartlı oyunlardan irəli gələn iqtisadi və sosial zərərin təhlili əsasında həmin ziyanın azalması planını müəyyənləşdirməlidir.
Oyun biznesinin Axalkalaki əhalisinin rifahına nə kimi təsiri var?
Bölgədə oyun obyektlərinin çoxluğu coğrafi yerləşməsi ilə izah edirlir. Samtsxe-Cavaxeti Türkiyəyə həmsərhəddir, Türkiyədə isə oyun biznesi qadağandır. Bunun üçün də həmin ölkənin vətəndaşları oynamaq üçün Gürcüstana gəlirlər. Lakin, turistlərlə birlikdə yerli əhali də belə əylənməyə tez-tez müraciət edir. Bu isə onların sosial vəziyyətlərini çətinləşdirir. Axalkalakililərin gəlirlərinin əsas mənbəyi kənd-təsərrüfatı, sosial yardım və ya xaricdəki mövsum işləridir. Yerli medianın məlumatı ilə, əhali azartlı oyunlara o qədər aludə olub ki, xaricdə qazandıqları pulları belə bu işə sərf edirlər. Oyun biznesi xüsusilə qış dövründə fəallaşır. Bu vaxt kənd-təsərrüfatı işləri o qədər də intensiv deyil, vətəndaşları da xaricdəki mövsum işlərindən geri qayıdırlar.
Özünüidarəetmə nə iş görməlidir?
Azartlı oyunlara aludəlik işlə təmin və sosializasiyanın alternativ vasitələrinin qıtlığı da dəstək verir. Bu məsələ üzərində işləmək özünüidarəetmənin inkişaf planının əhəmiyyətli hissəsi olmalıdır.
Axalkalaki üçün bir neçə dəfə inkişaf strategiyası hazırlandı. Strategiya sənədləri yerli iqtisadiyyatın şaxələndirilməsi, sosial inteqrasiya alətlərinin, təhsilin, mədəniyyətin, gender bərabərlik fokusu ilə inkişafına dəstək verirdi. Onlardan sonu 2024-cü ilə qədərki dövrünü əhatə edirdi. Bizim üçün onun yerinə yetirilmə nəticələri naməlumdur. Rəsmi məlumatla isə bələdiyyə yerli özünüidarəetmənin inkişafının yeni plan üzrə işləməyə hələ başlamamışdır.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.