“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
“Suveren demokratiya” Avrointeqrasiyaya alternativ kimi
June 27, 2024

Son siyasi müzakirələrdə hökumət suverenlikdən getdikcə daha çox bəhs edir. Strateji tərəfdaşlarımız ölkənin xarici siyasət kursunun kəskin dəyişməsini tənqid etməyə və Avropaya inteqrasiya prosesinə mane olmağa başlayarkən iqtidar komandası bu ritorikanı aktivləşdirdi. Bu məqalədə “suveren demokratiya” ideyasının haradan qaynaqlandığını qısaca izah etməyə çalışacağıq, bunun real olaraq suverenliklə nə əlaqəsi var və Gürcüstan kontekstində bu nə deməkdir?

Bizim şərhimiz

Zamanında Rusiyada olduğu kimi, Gürcüstanda da hakimiyyət beynəlxalq institutları və tərəfdaşları ölkənin daxili işlərinə müdaxilə etməkdə və dövlət suverenliyini pozmaqda ittiham edir. O, bununla avtoritarizmi ört-basdır etməyə və demokratik dünyadan təcrid oldu]unu əsaslandırmağa çalışır.

„Suveren demokratiya“ ideyası haradan qaynaqlanır?

“Suveren demokratiya” ideyası Rusiyadan qaynaqlanır. İlk dəfə 2006-cı ildə istifadə edilmişdir. O zaman Rusiya “Böyük səkkizliyə” sədrlik edirdi. Ölkəni isə, insan hüquqlarının kobud və kütləvi şəkildə pozulmasına görə ciddi tənqid edirdilər. Rusiya “suveren demokratiya”nın müzakirəsinə məhz gərgin beynəlxalq tənqid fonunda, ictimaiyyətin nəzərini çəkmək üçün başladı. O, beynəlxalq ictimaiyyəti Rusiyanın suverenliyini pozmaqda ittiham edib və ölkənin siyasətinin formalaşmasında rus millətinin müstəsna səlahiyyətini vurğulayıb. Sonralar 2007-2008-ci il parlament və prezident seçkiləri də bu konsepsiya üzərində quruldu.

Rus siyasi ritorikasında “suveren demokratiya” anlayışı zahirən zərərsiz bir məna ilə təsbit edildi: o, dövlət orqanlarının komplektləşdirilməsini və siyasətin formalaşmasını rus xalqının müstəsna səlahiyyəti hesab edirdi. Eyni konsepsiyanın tərkib hissəsi kimi dövlətin millətin müxtəlifliyi və bütövlüyünün, vətəndaş rifahının, azadlığının və ədalətinin qayğısına qalmaq öhdəliyi qəbul edildi. Lakin bu cür manipulyasiya Rusiyanın qeyri-demokratik siyasətini daha da gücləndirdi, insan hüquqlarının məhdudlaşdırılmasını, beynəlxalq təşkilatlarla münasibətlərin korlanmasını daha da qabarıq göstərdi. Gürcüstan kimi Rusiyada da suverenlik ideyasının güclənməsi və “agentlər qanunu”nun tətbiqi ilə bağlı olması da əlamətdardır.

Rus “suveren demokratiya”ya qarşı hansı arqumentlər mövcuddur?

Rusiyanın demokratiyanın tənəzzülünə və insan hüquqlarının kütləvi, sistematik şəkildə pozulmasına haqq qazandırmaq üçün daxili işlərə qarışmamaq prinsipindən istifadə etmək cəhdi tezliklə müvafiq siyasi və akademik tənqidlə müşayiət olundu. Siyasi sahədə bu, hakimiyyəti saxlamaq üçün populizmin təntənəsi kimi qiymətləndirildi. Siyasi ekspertlər hesab edirdilər ki, suveren demokratiya ideyası beynəlxalq ictimaiyyətə xəbərdarlıq deməkdir - o, Rusiyanın siyasi kursunu tənqidsiz qəbul etməli və onu demokratik hesab etməlidir. İstənilən tənqid dostcasına olmayan ton və suverenliyin pozulması kimi qiymətləndirilərdi. Akademik dairələrdə Rusiyanı yeni demokratiya modeli icad etməkdə ittiham edirdilər və Rusiyanın qurmağa çalışdığı demokratiya növünü absurd adlandırdılar. Tədqiqatçıların fikrincə, “suveren demokratiya” Kreml tərəfindən Rusiyanın istəklərinin Qərb standartlarına uyğun olmadığını göstərmək üçün işlədilən termindir və rusların fikrincə suverenlik demokratiyadan üstündür.

Bəzi tədqiqatçılar bu proseslə bağlı millətçiliyə diqqət yetirirlər. Onlar buna inanırlar ki, Kreml hakimiyyəti saxlamaq və möhkəmləndirmək üçün “elitaları milliləşdirməyə” və qondarma “ofşor aristokratiyasını” qovmağa başladı. Bunda nə nəzəzrdə tutulur? “Elitaların milliləşdirilməsi” dövlətin Rusiya elit (varlı) qruplarının əmlakının dövlət sərhədlərindən kənarda dövriyyəsini məhdudlaşdırmaq və ya ciddi şəkildə nəzarət etmək cəhdidir. Bu, onları dövlət daxilində tabe etmək və təcrid etmək məqsədi daşıyır. “Ofşor aristokratiyasının” qovulması ofşor şirkətlər vasitəsilə əmlak sahibi olan və Rusiyada vergi ödəməyən zəngin/nüfuzlu qruplar üzərində hüquqi və vergi nəzarətinin yaradılmasını nəzərdə tutur. Ümumiyyətlə, ofşor yurisdiksiyaların problemli təbiəti və bununla bağlı qara pulların dövriyyəsi qlobal səviyyədə tanınmış problemdir. Lakin, bu halda, suveren demokratiya ideyasının əhatə etdiyi tendensiyalar, böhran zamanı hakimiyyətdə olan insanların yetişdirməli olduğu Kreml dəstəyini (o cümlədən elitaların dəstəyini) səfərbər edə/ehtiyat edə bildi.

“Suveren demokratiya” Gürcüstan üçün nə deməkdir?

“Suveren demokratiya” ideyasının Gürcüstan siyasətinə daxil olması beynəlxalq tərəfdaşlar və institutlar tərəfindən demokratiyanın tənəzzülünün kəskin tənqidi ilə bağlıdır ki, bu da Gürcüstan kontekstində xarici kursun dəyişməsi məsələsi ilə birbaşa bağlıdır. Bunu hakim komanda ilə əlaqəli olan “Xalqın gücü”partyasının nümayəndəsinin 2022-ci ildəki bu bəyənatı da təsdiqləyir: "Avropa İttifaqı halında bu, suverenliyin çox ciddi şəkildə güzəştə gedilməsini nəzərdə tutur." Bununla mübarizə məhz Aİ-nin özundə də mövcuddur“.

Gürcüstanda avtoritarizm istiqamətində atılan addımlara qarşı sərt beynəlxalq reaksiyaların fonunda bu ritorika daha da gücləndi. Hökumət rəsmiləri tərəfdaş dövlətləri, Avropa İttifaqını və ABŞ-ı onların suverenliyinə qəsd etməkdə açıq şəkildə ittiham etməyə başladılar. Məhz o zaman hökumətin özü ölkənin müstəqilliyinə və suverenliyinə qarşı bu cür addımlar atdığını ifşa edir, necə ki, Rusiyaya yaxın şəxslərin dövlət orqanlarında yüksək vəzifələrə təyin edilməsi; Rusiya ilə əlaqəli şirkətlərə strateji obyektlərin tikinti hüququnun verilməsi və s.

Suverenlik haqqında danışarkən nələrə diqqət etməliyik?

Suverenlik dövlətin kimliyinin təməl prinsipidir. Bu, dövlətin öz sərhədləri daxilində baş verənlərə nəzarət etmək hüququnu nəzərdə tutur. Suverenlik həmçinin dövlətin başqa dövlətin daxili işlərinə qarışmamaq öhdəliyini ehtiva edir. Bir dövləti digər dövlətin vicdansız müdaxilələrindən və fəthlərindən qoruyur. Ən əsası, bu suverenlik prinsipi dövlətləri böyük və kiçik, güclü və zəif, iqtisadi cəhətdən zəngin və kasıb dövlətlərə ayırmır. Onlara bərabər təminatlar verir və beləliklə, onlara bərabər şəraitdə mövcud olmaq imkanı verir.

Lakin insan hüquqlarının universallığının tanınması çox şeyi dəyişdi. Suverenlik dövlətin coğrafi və militarist toxunulmazlığının qarantı olmaqdan daha üstün oldu. İnsan hüquqlarının toxunulmazlığının tanınması və onun əsasında beynəlxalq təşkilatların formalaşdırılması qlobal və regional səviyyədə ümumi, kollektiv rifahı əldə etmək və qorumaq üçün dövlətlərin “suverenliyinin birləşdirilməsini” tələb etdi. Belə birliyin məqsədi dövlətlərin təkbaşına təmin edə biləcəyindən daha böyük təhlükəsizlik və daha yüksək təminatlar yaratmaqdır.

Nəyi nəzərə almalıyıq?

Zərərsiz görünən suverenlik anlayışı çox vaxt avtoritar və militarist dövlətlər tərəfindən manipulyasiya vasitəsi olur. Daxili işləri müstəqil şəkildə idarə etmək və antidemokratik mühiti suverenlik və ya “suveren demokratiya” arqumenti ilə ört-basdır etmək ideyası onlar üçün əlverişlidir, Rusiyanın etdiyi də budur. Son dövrün hadisələrini müşahidə etmək bizə onu göstərir ki, Gürcüstan hökuməti Rusiyanın bu və digər tendensiyalarını getdikcə daha fəal şəkildə izləyir. Ötən il hökumətyönlü mitinqlərin birində səslənən xalq hakimiyyəti anlayışını mənimsəyən və vicdansız tərifi ilə ictimaiyyəti çaşdırmağa çalışan “plebisit demokratiyası” ideyasını da bunun tərkib hissəsi hesab edə bilərik. Açığı, bu cür manipulyasiyaların bir məqsədi var - hakimiyyət avtoritarizmi və demokratik dünyadan təcrid olunmağı ört-basdır etməyə və vətəndaşları bu ideya ətrafında seçkilərə səfərbər etməyə çalışır.

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru