“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Tələbə yataqxanası – Dövlət siyasəti və çağırışlar
October 12, 2022

Tələbə yataqxanası nəinki yalnız tələbələrin problemini həll edir, habelə, dövlət üçün vətəndaşlarının təhsilə əlçatımlılığının nə qədər əhəmiyyətli olduğunu göstərir.

Bu mövzu ilə niyə maraqlanmalıyam?

Tələbələrin yataqxanalarla təchiz etmək ehtiyacı dünyanın bir çox ölkəsində mövcuddur.  Onların bir qismi tələbələrə mümkün qədər çox əlçatımlı yaşayış yeri təklif etməyə çalışır. Gürcüstan bu problemin həlli üçün nələr etdiyini bilməyimiz olduqca  əhəmiyyətlidir.

 Rəyimiz

  • Dövlətin  səhmanlı mənzil siyasəti yoxdur -  Bu həmçinin tələbə yataqxanalarına da aiddir;
  • Bu isə o deməkdir ki,  Dövlət təhsilin əlçatımlı olmasının qeydinə lazımınca qalmır və onu tələbələrin fərdi ixtiyarına buraxır;
  • Belə çıxır ki, mənzil kirayələməyə imkanı olmayan tələbənin təhsilə əlçatımlılığı məhdudlaşdırılır.

 

Kontekst

2022 -ci ildə Rusiyanın Ukraynaya soxulması və müharibəsinə paralel olaraq, Gürcüstanda yaşamağa gələn Rusiya və Belorusiya vətəndaşlarının sayı artmışdır.  Onlar tərəfindən aldıqları daşınmaz əmlakın miqdarı da   yüksəkdir.

Bu daşınmaz əmlakın dəyəri və mənzil kirayəsinin artmasına  böyük təsir göstərərək tələbələr üçün  paytaxtda mənzil kirayələməyi çətinləşdirdi

Kirayə nəinki mərkəzi məhəllələrdə, habelə şəəhərin kənarlarında da bahalaşdı. Məs.,  hər kvadrat metr başı mənzilin kirayə qiyməti 2022-ci iyulunda 2021-ci ilin iyuluna nisbətən artmışdır:

  • Vakedə - 61%-lə
  • Saburtaloda - 72%-lə
  • Çuğuretidə-79%-lə
  • İsanidə-75%-lə

Qldanidə-59%-lə

  • Samqoridə-71%-lə

 

Problem nədir?

  • Gürcüstanda tələbə yataqxanaları kifayət deyildir, mövcud hissəsi isə yaşamaq üçün  təhlükəlidir.  Bölgələrdən gələn tələbələrin əksəriyyəti təhsil almaq üçün  mənzillər kirayələməli olur.

 

Dövlət tələbələri yaşayış dəstək çərçivəsində iki tələbə yataqxanasının tikilməsi maliyyələşdirildi. Bunlar aşağılardakılardır:

  • 2018-ci ildə tikilən Batumi Dövlət Universitetinin 200 yerlik tələbə yataqxanası;
  • 2017-ci ildə tikilmiş Tbilisi Dövlət Universitetinin 320 yerlik tələbə yataqxanası;
  • Yalnız Tbilisi Dövlət Universitetlərində 22 000 tələbədən 10 000 bölgələrdəndir.

Nəyi bilməliyik

  • Pandemiya müddətində, Dövlət tərəfindən təyin edilmiş reqlamentlərdən irəli gələrək, tələbələrin işlədiyi bir çox biznes, fəaliyyətini dayandırdı;
  • Dövlət, reqlamentlərdən irəli gələrək işlərini itirən işləyənlərə 6 ay müddətində 200 lari ilə yardım edirdi, özünüməşğulluqları isə bir dəfəlik olaraq 300 lari ilə;
  • Yardım işlə təmin edilmiş tələbələrin ehtiyaclarını qarşılamaq üçün kifayət etmirdi, eyni zamanda bu qeyri-formal işləyənlərə, o cümlədən qeyri-formal sektorda işləyən tələbələrə şamil edilmirdi;
  • İş yerlərinin itirilməsi, ictimai nəqliyyatın müvəqqəti dayanması  təhsilin onlayn formata keçirildiyinə görə, bölgələrdən Tbilisiyə gələn tələbələrin böyük hissəsi Paytaxtı tərk etdi;
  • Tbilisi Dövət Universiteinin qərarına görə, bahar semestrinin ikinci yarısından bütün tələbələr təhsilin əyani rejiminə keçdi. Bu isə  2 aylığına yenidən Paytaxta  qayıtmaq  demək idi.  Tələbi yerinə yetirmək üçün tələbələr qısa müddətdə yaşayış yeri axtarmalı oldular, bölgədə işləyən tələbələr isə iş yerlərini tərk etməyə məcbur qaldılar.

 

Tələbələr etirazı

Tbilisi Dövlət Universitetində  təhsilin auditoriya məkanına qayıtması əmrini tələbələr etirazla qarşıladılar. Ölkədə mövcud olan sosial-iqtisadi vəziyyətdən irəli gələrək,  „May tələbə hərəkatı“ bunları tələb edirdi:

  • Semestrin yerdə qalmış hissəsi ərzində, başqa universitetlər kimi, təhsil yenə də onlayn/hibrid rejimdə davam etməli idi;
  • Tələbə yataqxanalarında şəraitlər yaxşılaşmalı, universitetə Baqebinin qəzalı tələbə yataqxanalarından tələbələr şıxarılmalı və yeni yataqxana tikilənə qədər onlara kirayə pulu verilməli idi;
  • Qısa müddət içərisində, yeni tələbə yataqxanası tikilməli  və orda tələbələrin kirayəsi üçün əlçatımlı məbləğ nəzərə alınmalı idi.

Universitetin cavabı

Tbilisi Dövlət Universiteti Administrasiyası tələbələrin etirazını relevant hesab etmir və bunu deyirdi:

  • İmtahanların onlayn şəkildə keçirilməsi paytaxta qayıtmış və imtahanları auditoriyada verəcək tələbələrə qarşı ədalətsizlikdir;
  • Əvvəlcə təhsillərini auditoriyada davam etdirə biləcək imkanları olmayan tələbələrə çıxış yolu təklif etmirdi;
  • Universitet yeni tələbə yataqxanasının nə vaxt tikiləcəyini konkretləşdirmirdi;

 Dövlət siyasəti

Ölkədə, bölgələrdən paytaxta gələn tələbələrin kirayə problemini həll edəcək heç bir böyük dövlət yataqxanası yoxdur

2018-ci ildən yeni tələbə yataqxanasının tikilməsi haqda daima eşitsək də indiyədək tikintisinə başlanılmayıb.

Daha ətraflıGürcüstanda Tələbə Yataqxanaları məqaləsində baxın

Problem necə həll edilə bilər?

Dövlət tələbələrin ümumi yataqxana məsələsi üzərində fəal şəkildə işləməyə başlamalıdır. Problemin həlli üçün kompleksiv addımların atılması vacibdir:

  • Müvafiq miqdar tələbələri yataqxana ilə təchiz etmək üçün büdcə ayırsın və tikinti prosesini tezləşdirsin.
  • Tikdikdən sonra tələbələrin yataqxana vergisinin tənzimlənməsinin qayğısına qalsın. Bununla  Rumınyada olduğu kimi, tələbələrin yataqxanaya əlçatımlılığını təmin etmiş olar.
  • Qəzalı, həyat və sağlamlıq üçün təhlükəli olan tələbə yataqxanalarından tələbələri çıxarsın (Məs., Baqebidəki yataqxanadan) və onlara alternativ yataqxana təklif etsin;
  • Ola bilsin ki, müvəqqəti çıxış kimi tələbələrin yataqxana xərclərini başqa mexanizmlərlə azaltmaq mümkün  Məsələn: Finlandiyada olduğu kimi kirayə subsidiyarlaşdırılsın.

Məqalə Fridrix Ebert Fondunun dəstəyilə hazırlanmışdı. Söylənilən fikirlər Fridrix Ebert Fondunun düşüncələrilə üst-üstə düşməyə bilər.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimai dayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Mətbdə verilmiş düşüncələr, tapıntılar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

 

Məqalə hazırlanmışdır
ნინო ხელაძე
Nino Xeladze
Sosioloq
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru