Gürcüstan Hakimiyyəti, məhkəmə və Ali Ədliyyə Şurasının əsaslı islahatlarına dair çağırışları dəfələrlə və nümayişkəranə şəkildə təkzib etdikdən sonra, Venesiya komissiyası, ilk dəfə və açıq şəkildə Gürcüstanda Vetinq mexanizminin istifadəsi ideyasına işarə etdi. Sonra bu məsələni Avropa Komissiyası da gündəmə gətirdi. Ötən il, Gürcüstan üçün Avropa İttifaqına Namizəd Ölkə Statusunun verilməsilə bağlı, Avropa İttifaqının 9 prioritetində Ali Ədliyyə Şurası üzvlərinin, Ali Məhkəmə hakimlərinin və məhkəmə sədrlərinin vicdanlılığının yoxlanmasının xüsusi mexanizminin tətbiqi haqqında bəndlər qeyd edildi. Vetinqlə bağlı bir çox sual toplandı və bu mətndə onları cavablandırmağa çalışacağıq.
- Vetinq nədir?
Vetinq qeyri-standart, istisna xarakterli prosedurdur. O, dövlət rəsmisinin peşə etikası, səriştəsi, vicdanlılığının tutduğu vəzifəsilə uyğunluğunu təyin edir. Habelə, şəxsin gəlirləri və əmlak bərabərliyi, bəzi hallarda isə onun təşkilatlanmış qruplarla əlaqəsi yoxlanılır.
- Vetinq ədalət mühakiməsinə kim tabe tutulur?
Yoxlayışa namizəd və ya fəaliyyət göstərən hakim, prokuror, kolleqiya orqanının (Məsələn, şurasının) üzvü tabe edilir. Meyar və qiymətləndirmə standartları kimin yoxlanılmasına əsasən fərqlənir. Vetinqin bir neçə növü mövcuddur, o cümlədən qabaqcadan vetinq, bu vaxt özünüidarəetmə orqanına seçiləcək namizəd yoxlanılır. Bir də tammiqyaslı vetinq var, bu vaxt artıq vəzifəli hakim və ya prokuror yoxlanılır. Avropa İttifaqı Gürcüstandan hər iki növ vetinqi keçirməyi gözləyir.
- Vetinqin məqsədi nədir?
Vetinqin məqsədi ədalət mühakiməsinə qarşı ictimai etimadın və legitimliyin qaytarılmasıdır. Vetinqdən istifadə etməyin vacibliyi hesabatlılıq üzrə dərin böhran yarandıqda və ədalət mühakiməsinə qarşı ictimai etimad sarsıldıqda, dərin kök salmış korrupsiya və/ya sistemli vicdansızlılıq şəraitində yaranır. Hesab edilir ki, bu çağırışlar, miqyaslarına görə, standart, artıq qüvvədə olan mexanizmlərlə (məsələn, mütəmadi yoxlanışlar, səriştənin yüksəldilməsilə, hüquqi təqiblə) aradan qaldırılmır.
- Vetinqi kim aparır?
Vetinq üçün xüsusi, müvəqqəti orqanlar yaradılır. Təcrübə göstərir ki, vetinqdə yerlilərlə birlikdə beynəlxalq ekspertlərin iştirakı halları qəbul edilmiş praktikadır. Əcnəbilərin iştirakının məqsədi prosesin tərəfkeşliksizliyini göstərməkdir. Onların iştirak formaları isə müxtəlifdir. Əcnəbilər daha çox prosesin müşahidəçiləri, qiymətləndirmə komissiyası üzvləri və ya ümumiyyətlə proseslərin təşkilatçılığı haqqında müşavirləridirlər.
- Vetinq nə kimi nəticə verə bilər?
Vetinqin nəticəsi hansı növ vetinqin keçirilməsindən asılıdır. Vetinqin nəticələrindən biri onu keçə bilməyən hakimin/prokurorun tutduğu vəzifədən azad edilməsidir. Habelə, kolleqiya orqanında (məsələn, Ədliyyə Şurasına) seçilmək üçün namizədliyi verilmiş hakim/prokuror mənfi qiymətləndirilmədən sonra həmin Şuranın üzvü ola bilməyəcək. Lakin, belə bir şəxs prokuror/hakim vəzifəsində qala bilər. Bunun səbəbi qiymətləndirmənin fərqli standartlarıdır (Bax. Sual N2).
- Müvəqqətidir yoxsa daimi?
Vetinq ədalət mühakiməsinin sistemli çağırışlarına bir dəfəlik və az-çox ani şəkildə cavab verməlidir. Nəzərə almaq lazımdır ki, vetinq islahat deyildir. O, əsasən islahatın köməkçisi, müvəqqəti bir mexanizmdir və həmin islahatın sabitliyini, dayanıqlığını təmin etməlidir.
- Vetinqi nə qabaqlamalıdır?
Vetinq mürəkkəb, xərcli və kompleksiv bir prosesdir. Onun barəsində qərar ifrat zəruriyyət arqumenti və sistemli problemlərlə mübarizənin bütün mümkün yolunun tükənmiş və mənasız olduğunu əsaslandırmaqdan sonra işə düşür. Vetinqi geniş ictimai diskussiya, inklüziv proses və konsensusla alınan qərar qabaqlamalıdır.
- Hansı prinsiplərə əsaslanır?
İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin izahı ilə, vetinq prosesi və nəticəsi yalnız ictimailəşdirildikdə, tərəfsizlikdə, ədalət prinsiplərində əsaslandıqda, ədalətli müzakirə hüququnu və nəticələri şikayət etmək imkanını təmin etdikdə legitimdir.
- Beynəlxalq təcrübə necədir?
Vetinq təcrübəsi bir neçə ölkədə toplandı, o cümlədən, Albaniya, Kosovo, Moldova, Ukrayna. Hər birinin təcrübəsi fərqli və fərdidir. Lakin, toplanan təcrübə prosesin çətinliyini və beləliklə, yüksək legitimlik, ictimai dəstək və siyasi konsensusun lazımlığını aşkarlayır.
- Vetinq suverenliyə qarşıdır yoxsa yox?
Vetinq haqqında qərar geniş ictimai və siyasi dəstəklə qəbul edilir. Yüksək legitimliyi göstərmək üçün, razılaşma Konstitusiyada da öz əksini tapmalıdır. Prosesdə əcnəbilərin mümkün ola biləcək iştirakı (bu öz tərəfindən, vetinqin yeganə forması deyil) suverenlik problemini yaratmır. Vetinq orqanları milli hakimiyyətlər (Məsələn, Parlament) tərəfindən yaradılır və komplektləşdirilir. Həmin orqanların legitimliyini və prosesin Konstitusiya ilə uyğunlaşmasını məhz bu müəyyənləşdirilir.