Dünya Səhiyyə Təşkilatı oyun biznesini səhhət üçün təhlükəli hesab edir. Lakin, buna baxmayaraq, son illərdə, həmin biznes dünya miqyasında yenə də geniş yayılmaqdadır. Gürcüstanda da eyni iş baş verir. Tədqiqatlarıın göstərdiyi kimi azartlı oyunların təşkilatçılığı Gürcüstanda ən çox mənfəət gətirən fəaliyyətdir və onun dövriyyəsi ilbəil artmaqdadır.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Gürcüstanda azartlı oyunlara aludəçilik göstəriciləri yüksəkdir. Aludəçilik tendensiyası yetkinlik yaşına çatmayanlar arasında da artmaqdadır. Bunun müqabilində qabaqlama üçün atılan addımlar azdır. Oyun biznesilə bağlı təhlükələrdən necə yayınmalı olduğumuzu və bunun üçün dövlətdən nə tələb edəcəyimizi bilməliyik.
Rəyimiz
Dövlət üçün əsas oyun biznesindən alınan mənfəətdir – vergilər və iqtisadi böyümə. Bunun üçün həmin industriya ilə bağlı təhlükələrə lazımınca diqqət vermir və onların azaldılması üçün işləmir. Bu isə ölkəni iqtisadi və sosial cəhətdən ağır nəticələrə gətirib çıxarır.
Gürcüstanda oyun biznesinin yüksəlməsinə nə dəstək verdi?
Ölkəmiz regionda bu sahədəki qadağaları qaldıran və oyun industriyası üçün münbit zəmin yaradan ilk ölkələrdən biridir. Hazırda Gürcüstanda azartlı oyunların 1030 subyekti qeydiyyatdan keçmişdir və bu ölkə üçün böyük gəlir mənbəyidir. Misal üçün, 2022-ci ildə oyun biznesinin dövriyyəsi 52.647 mlrd lari təşkil etdi. Bu isə 2021-ci ilə nisbətən 4.709 milyard lari ilə, 2020 -ci ilə nisbətənsə – 20.556 milyard lari ilə çoxdur.
Oyun biznesinin qurulma modelləri
Oyun biznesinin qurulmasının iki– ümumi və zonal modelləri mövcuddur. Ümumi modelə görə, oyun biznesinə bütün ölkə ərazisində icazə verilmişdir. Zonal qurulmaq isə oyun müəssisələrini limitli şəkildə, əvvəlcədən müəyyənləşmiş ərazilərdə yerləşdirilməsini nəzərdə tutur.
Gürcüstanda hansı model fəaliyyət göstərir?
Gürcüstanda oyun biznesi qurmağın ümumi modeli fəaliyyət göstərir və onun əsasında oyun müəssisələrini ölkənin istənilən ərazisində açmaq mümkündür. Lakin, Dövlət 2005-ci ildən müxtəlif ərazilərdə azartlı oyunların qurulması üçün fərqli vergi rejimi təyin etdi. Bəzi ərazilərdə kazinoların yerləşdirilməsi vergilərdən tamamilə azaddır (Siğnaği, Tsğaltubo, Qudauri və s.) və bununla o həmin biznesin genişlənməsinə zəmin yaratdı. Hal-hazırda bu müəssisələrlə ən çox turist və dənizkənarı bölgələrdə rastlaşırıq. Bunun iki səbəbi var: (1) onun inkişafı turizmlə sıx şəkildə əlaqəlidir; (2) Gürcüstanla həmsərhəd ölkələrdə (Ermənistan istisna olmaqla) oyun biznesi sərt şəkildə tənzimlənmiş və ya qadağandır.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.