“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Əməkçilər bu ədalətsiz şərtlərə niyə dözür?
May 30, 2024

Gürcüstanda əməkçilərin öz haqlarını müdafiə etmək ədalətsiz əmək şərtlərini dəyişmək üçün mübarizə etmələri daha çətindir, nəinki iqtisadi cəhətdən güclü ölkələrdə. Bunun bir çox səbəbi var  

 Bu mövzu ilə niyə maraqlanmalıyam? 

„Komentar“ tərəfindən aparılan kəmiyyət araşdırmasına görə, respondentlərin üçdə biri (28%) iş yerində özünü müdafiəsiz hiss edir, az qalsın yarısı isə (48%) özünü qismən müdafiə edilmiş hiss edir. Respondentlərin 44% hətta hazırkı iş yerində əmək haqlarının pozulma faktlarının olduğunu deyir. Həmin adamlardan 38%-i həmin pozuntuların iş yerindən ədalətsiz şəkildə azad edilməklə bağlı olduğunu vurğulayır. Respondentlərin böyük hissəsi, iş yerində mövcud olan çağırışların öhdəsindən iş yerini dəyişməklə (21%), başqa iş yeri əlavə etməklə (32%) gəldiyini və yaxud, həmin problemlərin ümumiyyətlə öhdəsindən gələ bilmədiyini deyir (18%).  

Beləliklə,  əməkçilərin çağırışlarını nəyin şərtləndirdiyini bilmək əhəmiyyətlidir.  

Rəyimiz 

 Ölkədə mövcud olan ağır iqtisadi vəziyyət, əmək bazarında mövcud olan çağırışlar və struktur xarakterli bərabərsizliklərlə yanaşı ədalətsiz əmək şərtlərinə qarşı çıxmaqda əməkçilərə mane olur.  

Nəyi bilməliyik? 

Gürcüstanda işsiz qalmaq, az müddətdə olsa da belə, bir çox çağırışlarla bağlıdır. Bu, demək olar ki,  bir çox vətəndaş üçün tamamilə gəlirsiz qalmaq deməkdir.  

 Beləliklə,  əməkçilər üçün  əsas problemli məsələlərdən biriiş yerini daima itirmək qorxusu adlanır.  Diqqətə almaq lazımdır ki,  bunun fonunda sahə üzrə ekspertlər və həmkarlar ittifaqının üzvləri son illərdə əmək mübahisələrinin icraatı statistikasının onların praktikasında da artığını deyirlər. Bir çox hallarda işə götürənlər işçilərin işdən azad edilmələrini təşkilatdakı yenidənqurma ilə izah edirlər (reorqanizasiya),   ayrı-seçkilik halları da  az deyil.   

Daha detallı, 

Burdaca demək lazımdır ki, son müddətdə məhkəmə mübahisələri bir çox hallarda əməkçilərin nəfinə başa çatır.  Lakin, bir qayda olaraq, həmin mübahisələr kifayət qədər uzunmüddətli məhkəmə prosesilə bağlıdır  və əməkçilər üçün  rüsum ödəmək də əyyən maneə təşkil edir. Ayrıca hallarda, uduzulmuş iş, ola bilsin ki,  ləngidici, prenevsiya rıçaqı olmasın. Doğrudur, bir qayda olaraq, işə götürənlər işləyənə təzminat ödəməli olur, lakin bu maliyyə itkisi işə götürəni yenə də cilovlaya bilmir. Onlar, mübahisəni uduzacaqlarını əvvəlcədən bilsələr də işçini yenə də işdən azad edirlər.  

 


Qarşıdakı məqalə Amerika xalqı tərəfindən Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Milli-Demokratik İnstitutuna (NDI) maliyyə dəstəyi ilə hazırlanmışdır. Qeyd olunan məqalənin məzmunu üzrə məsuliyyət müəllifin üzərinə düşür və onda söylənilən fikirlər Milli-Demokratik İnstitutu və Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID)   və Amerika Birləşmiş Ştatları Hökumətinin baxışlarını əks etdirməyə bilər.  

Məqalə hazırlanmışdır
მარიამ სვიმონიშვილი
Mariam Svimonişvili
Hüquqşünas
მერაბ ქართველიშვილი
Merab Kartvelişvili
Şərikli təsisçi, Sosial siyasət istiqaməti redaktoru