Mənzil siyasəti sosial siyasətin bir hissəsidir. O olmadan rifah yaratmaq qeyri-mümkündür.
Bu mövzu ilə niyə maraqlanmalıyam?
Mənzil siyasəti nəinki evsizliklər üzərində qayğını, habelə insanların evsizliyə düçar olmayacaqları bir mühitin yaradılmasını nəzərdə tutur. Daha yaxşı siyasəti necə planlaşdıracağımızı bilməyimiz üçün, siyasi səviyyədə mənzil siyasətinin nə demək olduğunu, Gürcüstan dövləti vətəndaşın və özünün rolunu necə gördüyünü və bu istiqamətdə nələrin edilə biləcəyini bilməliyik.
Rəyimiz
Aydın məsələdir ki, Hakimiyyət yaşayış yeri probleminin həllini öz məsuliyyəti kimi görmür və ona insanın fərdi məğlubiyyəti kimi baxır. Hakimiyyət həmin insanlara yalnız səthi çıxış yolları təklif edir. Ölkədə mənzil siyasətinin hazırlanmasına başlamaq üçün hakimiyyət sosial dövlət prinsipini dərk etməli və ləyaqətli yaşayış yeri ilə insanları təmin etmək kimi bazis məsələlər üzrə dəstəyi eynicür əlçatımlı etməlidir.
Nəyi bilməliyik?
Dövlətdə sosial müdafiənin mövcud modeli evsizlik siyasətini də müəyyənləşdirir. Mənzil və lazımlı resursların əlçatımlığı buna uyğun şəkildə müəyyənləşdirilir. Gürcüstanda mövcud olan siyasət aydın şəkildə göstərir ki, mənzil siyasəti daha çox liberal sosial müdafiə modelinə uyğun şəkildə qurulur. Bu isə onu nəzərdə tutur ki, mənzillə təmin etmək yalnız şəxsi məsuliyyətdir, ifrat halda isə, insanın fiziki xilasına təhlükə yaradılmaması üçün Dövlət minimum dərəcədə müdaxilə edir.
Gürcüstanda əsas diqqət sığıncaqlara- uzunmüddətli, küçədə donmaqdan sığınmaq üçün, sosial həyata uyğun olmayan məkanlara verilir. Onlar şəxsi məkan yaratmaq üçün yayarlı ev deyillər. Başqa, vahid yanaşmağa dövlət diqqət vermir və problemin prevensiyası və uzunmüddətli həlli yollarının planlaşdırılmasına qayğı göstərmir. Bəzi bələdiyyələrdə kirayə üçün ayrılmış kiçik məbləğlər olsa da belə, bu yanaşmanın da kifayət qədər çatışzmazlıqları var.
Problem nədir?
Gürcüstanın mənzil siyasəti, əsasən, evsizlik konsepsiyası ilə bağlıdır və başqa dəstəkçi proqramları nəzrədə tutmur. Həmin proqramlar müxtəlif həssas qrupları qabaqlayıcı ölçülərə cəlb edərdi ki, nəticədə, insanlar öz resursları ilə şəxsi mülkiyyətə sahiblənərdilər. Beləliklə, ölkədə yaşayış yeri hüququ evsiz şəxslərin sığıncaqlarla təmin etməsinə qədər kiçildilib. Sığıncaq usə problemlərin uzunmüddətli həlli yolu deyildir və yalnız ani təhlükələri sığortalayır.
Habelə, evsizlik məsələlərinin bələdiyyə səviyyəsində həlli və mərkəzi səviyyədə koordinasiya çətinliklərinin olması problemdir. Məsələni bələdiyyə səviyyəsinə keçirmək problemin həllinin birmənalı olmayan, uzunmüddətli olmayan, kiçikresurslu yolu deməkdir. Mənzil siyasətinin yaxşı inkişaf etdiyi ölkələrdə, evsizlik haqqında proqramlar mərkəzi səviyyədə həll edilir və bölgə səviyyəsində yalnız dəstəkçi servislər tətbiq edilir.
Müxtəlif ölkələrdə nə kimi dövlət proqramları mövcuddur?
Yaşayış yeri hüququnun təmini müxtəlif ölkədə fərqli proqramlar vasitəsilə baş verir. Misal üçün:
Birbaşa maraqların subsidiyarlığı – bu, ailə/şəxs üçün uyğunlaşdırılmış, konkret meyarlara görə ipoteka krediti və ya kirayə üzərində güzəştli siyasət deməkdir. Bu siyasətdən aşağıdakı ölkələrdə istifadə edilir: Çexiya, Fransa, Macarıstan (2000-2005-ci illərdə), ABŞ (Müəyyən ştatlarda).
Qoruma sxemi – hər hansı bir yolla evi qorumağın, təmirinin və renovasiyası planıdır. O bunun üçün məbləğə qənaət, qrantverilmə sxemi ilə ifadə edilə bilər. Həmin siyasət bu ölkələrdə tətbiq edilir: Çexiya, Fransa, Almaniya, Macarıstan, Slovakiya, Birləşmiş Krallıq.
„Ehtiyatkarlıq fondu” – sığorta kimidir. Dövlət işə götürənə və işçiyə həmin fond üçün vergi ödəməyi tapşırır. Həmin vergi evin yenilənməsi üçün xərclənir. Bu siyasətdən Çində, Malayziyada, Filipinlərdə, Sinqapurda istifadə edilir.
İpoteka faizi vergisinin çıxılması – ipotek kredit vergisini azaltmaq məqsədilə, gəlirlər vergisindən ayrılmış faizlərin çıxılması. Çıxılmış məbləğ vergi ili ərzində verilmiş faizə əsaslanır. Bu strateji bu kimi ölkələrdə tətbiq edilir: Belçika, Finlandiya, Fransa (1998 ilədək), Niderland, İsveçrə, Birləşmiş Krallıq (2000-ci ilədək), ABŞ.
Dövlət mülkiyyətində mövcud olan mənzil maliyyə təsisatları – Hökumət tərəfindən yaşayış yerini təmin etmək üçün maliyyə xidməti və dəstəyə görə təsis edilmiş vahidliklər. Bu yanaşmalardan bu kimi ölkələrdə istifadə edilir: Əlcəzair, Braziliya, Çili, Hindistan, İran, Koreya, Yaponiya, Sinqapur.
Ne iş görülməlidir?
Mənzil siyasətinin real şəkildə həll edilməsi üçün, Dövlət, ilk növbədə, ləyaqətli yaşayış yerinin olmaması problemi insanların şəxsi məsuliyyətidir prinsipi ilə işləməməli, əksinə, onu problemlərin deintifikasiyası və uzunmüddətli həlli yolunda sosial dövlətin rolu kimi görməlidir. Bunun üçün gərəkdir ki:
- İlk növbədə, evsiz və yaşayış yeri olmayan şəxslərin identifikasiyasının dəqiqləşdirilimiş (qaranlıq olmayan)indikatorları olsun. Həmin indikatorlar yalnız küçədə qalmağı deyil, ləyaqətli yaşayış yeri məfhumunu da əhatə etməlidir.
- Evsizliyin aşkarlanmasının adekvat indikatoru mənzil siyasətinin hazırlanmasını müşaiyət edən qorxuları da azaldacaqdır. Həmin qorxu bundan ibarətdir - Dövlət tərəfindən yaşayış yeri probleminin həlli vətəndaşların fərdi töhfələrini azalmasını təşviq etməsin. Əgər dövlət qeyd edilən problemlərin öhdəsindən vətəndaşın özünün gəlib gələ biləməyəcəyini müyyən etməyi və ona böhranıhəll etməsində kömək edəcək planı təklif etməyi bacarsa, nəticədə problemi müstəqil şəkildə həll edə bilməyən qrupu dəstəkləməli olacaqdır.
- Uzunmüddətli strategiyalı mənzil siyasətini mərkəzi səviyyədə hazırlamaq. Burda bələdiyyənin rolu yalnız xidməti çatdırmaq olacaqdır.
- Uzunmüddətli yaşayış yerini təklif etmək– sığıncaqlar problemi uzunmüddətli və əsaslı şəkildə həll edə bilmir. Beləliklə, əgər Dövlət vətəndaşın ləyaqətli həyatı barədə düşünürsə, ona elə yaşayış yeri təklif etməlidir ki, insanların orda uzunmüddətli qarantiyaları, şəxsi məkanı hissi və sosiallaşma qarantiyaları olacaqdır. Bunu beynəlxalq praktika da təsdiqləyir.
- Evsizliyin prevensiyası– ölkədə evsizliyə nələrin səbəb olduğunu aydınlaşdırmaq, bu bank sistemi, gəlirlərin kəsilməsi, sağlamlıq xərclərilə bağlıdır ya yox. Bundan sonra bu istiqamətdə müvafiq siyasəti planlaşdırmaq və həssas qruplar üçün xidmətlər təklif etməklə işləməyə başlamalıdır. Məs. Bu konkret qruplar üçün kredit faizinin subsidiyarlığı, son yaşayış yerindən çıxarılmanın qadağan edilməsi, maaşın sığortalanması və s.
Reniteqrasiya xidmətləri – həmin xidmətlərlə dövlət evsiz şəxslərin nəinki “tavanla” təmin etməlidir, habelə onun cəmiyyətə inteqrasiyasına da dəstək verməlidir. Bu təhsil, işlə təmin və kfalifikasiyanı yüksəltmək xidmətləri ola bilər ki, o gələcəkdə böhranların öhdəsindən özü gələ bilsin.