Liberal demokratiya çərçivəsində inkişaf etmiş iqtisadi sistem azartlı oyunlar industriyasının (yəni oyun biznesinə) inkişafına münbit zəmin yaratmışdır. Bunun üçün həmin sahə üzrə tənzimləmələr və idarəsində Dövlətin rolunu zəiflətmişdir. Vaxt keçdikcə bu sahə büdcənin başlıca gəlir mənbəyinə çevrildi, xüsusilə kasıb ölkələr üçün. Ancaq bu vəziyyət ictimaiyyətin sosial toxumasına təhlükə yaratdı.
Bu mövzu ilə niyə maraqlanmalıyam
Son dövrdə Gürcüstanda oyun biznesi əhəmiyyətli dərəcədə inkişaf etmiş və ən çox böyüməkdə olan sahə olmuşdur. həm investorlar həm də, o cümlədən yetkinlik yaşına çatmamışlar arasında da istifadəçilər göstəriciləri artmışdır Bütün bunlar sosial-iqtisadi bərabərsizliyi dərinləşdirə, kiçik sahibkarlığın inkişafını axsada, işsizliyə, cinayətə, oyuna aludəliliyinə və s. kömək edə bilər.
Rəyimiz
Dövlətin azartlı oyunlarının tənzimlənməsindəki rolu artmalıdır. Mərkəzi və yerli hakimiyyət bu sahədən gələn risklərin qabaqlanması üzrə məsuliyyət daşımalıdır. İctimaiyyətə sosial və iqtisadi inkişafın müxtəlif alternativ təklif edən planın hazırlanması vacibdir. Həmin plan azartlı oyunlara aludə olmaq və bərabərsizlik göstəricisi təhlükələtini artırır
Azartlı oyun biznesinin inkişafına nə dəstək verdi?
Bir çox ölkədə oyun biznesi uzun müddət sərt tənzimlərə tabe idi, o cümlədən şərqi avropada da. Tədqiqatların göstərdiyi kimi, bu sahənin inkişafına siyasi səviyyədə sağçı ideologiyaların güclənməsi və tənzimləmələrin yüngülləşməsi imkan yaratdı. Bu baxış azartlı oyunları müşaiyət edən təhlükələri təkzib edərək, həm onun qadağası, həm də ona qarşı tənzim və ciddi vergi siyasət tətbiq etmək ideyasından yayınır. Bəzi müəllif hesab edir ki, ictimaiyyətin həmin biznesdən irəli gələn sosial təhlükələri qavraması uzun müddət çəkmişdir Sağçılar bundan istifadə edərək azartlı oyunlar industriyasının inkişaf etməsi üçün əllərindən gələn hər şeyi etdilər.
Sağçı yanaşmaya hansı arqumentlər qarşı çıxır?
Müasir tədqiqatlar insanın, arzu etdiyi halda, bu cür əyləncə şəklinə əlinin çata bilməsi hüququnu tanıyır. Lakin, ikinci tərəfdə, oyun biznesinin böyüməsindən irəli gələn təhlükələri sığortalamaq üçün Dövlətin məsuliyyətini gücləndirmək lazımdır. Bunun üçün sosial nəticələri öyrənmək və dəlillərə əsaslanmış dəstək lazımdır. Bu isə Dövlət tərəfindən oyun biznesinin sərt şəkildə tənzimlənməsini, təhlükələrin üzərə çıxarılması və qabaqlanmasını tələb edir.
Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. Məqalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.