“Komentar” Gürcüstanda və dünyada baş verən proseslər haqqında geniş ictimaiyyətə tənqidi baxış təqdim edən peşəkarları özündə birləşdirən bir platformadır.
Bələdiyyələrimizin idarəsində iştirak etmək üçün nə kimi mexanizmlərimiz var?
February 6, 2024

Nümayəndəli demokratiya xalqın siyasi proseslər üzərindəki təsirini yavaş-yavaş azaltdı. Bu isə  ictimaiyyətin narazılığına və sistemə qarşı çıxmasına səbəb olur.  Bu şəraitdə ümumi cəlbolunmağa yönəlmiş idarə modeli əhəmiyyətli funksiyaya malikdir. O siyasətdə sıravi insanların iştirak alətlərini yaradır və onları proseslərə qoşur. Məqalədə Gürcüstanda yerli səviyyədə iştirakın nə kimi şəkilləri olduğunu görəcəyik.

 Bu mövzu ilə niyə maraqlanmalıyam?

Demokratiyanın daha yaxşı fəaliyyət göstərməsi üçün, hər bir vətəndaşın qəraralma prosesinə qoşulmaq imkanı olmalıdır.  Bunun üçün,  həmin proseslərdə iştirak etmək üçün qanunun bizə nə kimi mexanizmlər təklif etdiyini yaxşı bilməliyik.

Rəyimiz

Gürcüstanda vətəndaşlar yerli səviyyədə qəraralma prosesinə cəlbolunmayırlar və bu etnik azlıqlar üçün xüsusilə problemlidir.

Qərarlama prosesində iştirak etmək

İştirak etməyin bir neçə səviyyəsi  mövcuddur:

  • Cəmiyyəti yerli proqramlar və planlar haqqında məlumatlandırmaq;
  • Mövcud problemləri həll etmək yollarını axtarmaq üçün məsləhətlər prosesi;
  • Yekun qərarı almaqda iştirak etmək;
  • Nəticələrin monitorinqi mərhələsi.

Gördüyümüz kimi, iştirak etmək vahid bir prosesdir və yalnız ayrıca fazayla məhdudlaşmır. O, xalqın başlanğıcdan son mərhələyə qədər siyasi proseslərdə cəlbolunmasını təmin edən bir sistem yaradır.

Gürcüstanda yerli səviyyədə iştirak etmək şəkilləri

İştiraklı demokratiya cəlbolunmanın müvafiq şəkillərinin mövcudluğunu, habelə vətəndaşların iştirakı alətləri haqqında məlumatlandırmanı tələb edir.

Gürcüstanda iştirak üzrə bu kimi mexanizmlər mövcuddur:

  • Qəsəbənin ümumi toplantısı;
  • Petisiya;
  • Vətəndaş Müşavirlər Şurası;
  • Sakrebulo və Sakrebulo Komissiyasının iclaslarında iştirak etmək;
  • Mer və Sakrebulo üzvü tərəfindən göstərilən fəaliyyət haqqında hesabatı dinləmək.

Formalar əhəmiyyətli olsa da, Formalar əhəmiyyətli olsa da, vətəndaşların qəraralmanın bütün səviyyələrində fəal iştirak etmək və proseslərə lazımınca təsir bağışlamaq imkanları üçün mövcud olan alətlər kifayət etmir. Bizdə beynəlxalq tərcübənin  tanıdığı bir çox alət işləmir. Misal üçün: vətəndaşlar paneli; qonşularla birlikdə planlama; ictimai dinləmələr; Eyni zamanda, araşdırmalar iştirak alətləri haqqında məlumatın  xalq  arasında lazımınca yayılmadığını göstərir. Əlavə mexanizmlərinin gətirilməsi iştirakın hər bir səviyyəsini gücləndirəcək və xalqın ehtiyaclarına yönəlmiş siyasətin formalaşmasına dəstək verəcəkdir.


Məqalə “Etnik azlıqlarla məskunlaşmış bölgələrdə informasiya və təhlilin əlçatımlığı yolu ilə ictimaidayanıqlığın artırılması” layihəsi çərçivəsində Müharibə və Sülhü İşıqlandırma İnstitutu (IWPR) tərəfindən verilmiş fondlarla, Birləşmiş Krallıq Hökumətinin maliyyə dəstəyilə tərcümə edilmişdir. qalədə verilmiş düşüncələr, əsas faktlar və nəticələr yalnız müəlliflərə məxsusdur və onlar IWPR və Birləşmiş Krallıq Hökumətinin baxışlarını əks etdirmir.

 

 

 

Məqalə hazırlanmışdır
თამარ გვასალია
Tamar Qvasaliya
Hüquqşünas
ვახუშტი მენაბდე
Vaxuşti Menabde
Şərikli təsisçi, Demokratiya istiqaməti redaktoru